Bizə yazın

Baku

-°C

USD

-

Döyənəyi kəsmək təhlükəli ola bilər dermatoloqlardan xəbərdarlıq  

Tibb 08 İyun 2026, 10:39

1695

Dəridə yaranan döyənəklər bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Lakin mütəxəssislər bildirirlər ki, döyənəyi ev şəraitində kəsmək və ya müxtəlif üsullarla aradan qaldırmağa çalışmaq vəziyyəti daha da ağırlaşdıra bilər.

Citypost.az-ın məlumatına görə dermatoloqların sözlərinə görə, döyənəyi olan insanların ən çox yol verdiyi səhvlərdən biri onu iti alətlərlə kəsməyə çalışmaqdır. Bəziləri qayçı, ülgüc və ya digər kəsici vasitələrdən istifadə edərək törəməni özbaşına götürmək istəyirlər. Bu isə həm infeksiya riskini artırır, həm də döyənəyin daha da yayılmasına səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, digər geniş yayılmış yanlış yanaşma apteklərdən müxtəlif yapışdırıcı vasitələr, leykoplastlar və ya məsləhətsiz preparatlar alaraq onlardan istifadə etməkdir. Bu cür vasitələr bəzi hallarda dərinin qıcıqlanmasına, iltihabın artmasına və törəmənin daha da böyüməsinə gətirib çıxara bilir.

Döyənəklərin əksəriyyəti insan papilloma virusu (HPV) ilə əlaqəli olduğundan, onların düzgün müalicəsi xüsusi yanaşma tələb edir. Həkimlər vurğulayırlar ki, yanlış müdaxilələr virusun ətraf dəriyə yayılmasına və yeni döyənəklərin yaranmasına səbəb ola bilər.

Dermatologiyada döyənəklərin müalicəsində tətbiq olunan əsas üsullardan biri krioterapiyadır. Bu metod zamanı maye azotdan istifadə edilərək törəmə çox aşağı temperaturda dondurulur və zamanla aradan qalxır. Krioterapiya həm effektivliyi, həm də təhlükəsizliyi baxımından geniş istifadə olunan müalicə üsullarından hesab edilir.

Bununla yanaşı, müalicə üsulunun seçilməsi döyənəyin ölçüsündən, yerləşdiyi nahiyədən və sayından asılı olaraq dəyişə bilər. Məhz buna görə də hər bir pasiyent fərdi şəkildə qiymətləndirilməlidir.

Həkimlər tövsiyə edirlər ki, dəridə döyənəyə və ya ona bənzər hər hansı törəməyə rast gəldikdə özbaşına müdaxilə etmək əvəzinə dermatoloqa müraciət edilsin. Vaxtında qoyulan düzgün diaqnoz və uyğun müalicə həm problemin aradan qaldırılmasına, həm də mümkün ağırlaşmaların qarşısının alınmasına kömək edir.

Beləliklə, döyənəyi kəsmək və ya təsadüfi vasitələrlə müalicə etməyə çalışmaq əvəzinə, mütəxəssis müayinəsindən keçmək ən doğru addım hesab olunur.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qaraciyəri səssizcə zədələyən 4 gündəlik vərdiş 

Qaraciyər insan orqanizmində yüzlərlə vacib funksiyanı yerinə yetirən ən mühüm orqanlardan biridir. O, orqanizmi zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, vitamin və mineralları ehtiyat şəklində saxlayır, hormonların balansında iştirak edir. Lakin mütəxəssislər bildirirlər ki, gündəlik həyatda yol verdiyimiz bəzi vərdişlər qaraciyərin sağlamlığını hiss olunmadan pozur və zamanla piylənmə, iltihab, hətta sirroz kimi ciddi problemlərə səbəb ola bilir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qaraciyərə ən çox zərər verən vərdişlərdən biri hər gün şəkərli içkilərin qəbul edilməsidir. Enerji içkiləri, qazlı şirin sular və paketlənmiş meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər və fruktoza olur. Bu maddələr artıq qəbul edildikdə qaraciyərdə yağa çevrilir...

22 İyul 2026, 10:38

Gecə yatmazdan əvvəl əsəbiləşmək sağlamlığınıza necə təsir edir?

Gün ərzində yaşanan gərginlik, mübahisələr və ya yatmazdan əvvəl alınan pis xəbərlər təkcə əhval-ruhiyyəyə deyil, həm də orqanizmin ümumi sağlamlığına ciddi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında əsəbiləşmək və stress keçirmək yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, ürək-damar sisteminə əlavə yük yaradır və uzunmüddətli dövrdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, insan yatmazdan əvvəl əsəbiləşdikdə orqanizmdə stress hormonları – adrenalin və kortizolun səviyyəsi artır. Bunun nəticəsində ürək döyüntüsü sürətlənir, arterial təzyiq yüksəlir və orqanizm sanki təhlükə vəziyyətində qalır. Bu hal beynin rahatlaşmasına mane olur və insanın yuxuya getməsini çətinləşdirir.Mütəxəssislər qeyd edirlər ki,...

22 İyul 2026, 09:36

Səpkisiz bədən qaşınması allergiya əlamətidirmi?

Heç bir səpki və ya dəri dəyişiklikləri olmadığı halda bütün bədəndə yaranan qaşınma bir çox insanın rastlaşdığı narahatedici problemlərdən biridir. Əksər hallarda insanlar bu əlaməti allergiya ilə əlaqələndirərək özbaşına antihistamin preparatlardan istifadə etməyə başlayırlar. Halbuki mütəxəssislər bildirirlər ki, səpkisiz qaşınmanın səbəbi təkcə allergiya olmur və bu simptom bəzən daha ciddi xəstəliklərin ilk əlaməti ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi allergik xəstəliklər zamanı həqiqətən də dəridə səpki olmadan güclü qaşınma müşahidə edilə bilər. Belə hallarda qaşınma gün ərzində davam edə, xüsusilə gecə saatlarında daha da şiddətlənə və insanın yuxusunu, gündəlik fəaliyyətini, eləcə də həyat keyfiyyətini ciddi şəkildə poza...

22 İyul 2026, 08:34

Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı

Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən...

21 İyul 2026, 10:39

Yaddaşı gücləndirən dərman var ? 

Yaddaş zəifliyi və diqqət pozğunluğu son illərdə ən çox şikayət olunan problemlərdən biridir. Bir çox insan yaddaşını gücləndirmək üçün müxtəlif dərman və ya qida əlavələrinə üz tutur. Lakin mütəxəssislər bildirirlər ki, hazırda yaddaşı möcüzəvi şəkildə yaxşılaşdıran hər hansı dərman mövcud deyil. Beynin sağlam və məhsuldar işləməsinin əsas yolu onun davamlı məşq etdirilməsidir.Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, insan orqanizmində olduğu kimi, beyin də işlədikcə inkişaf edir. Necə ki, əzələlər fiziki məşqlər nəticəsində güclənir, beyin də intellektual fəaliyyət hesabına daha çevik və məhsuldar olur. Buna görə də yaddaşı qorumağın və inkişaf etdirməyin ən təsirli üsulu zehni fəaliyyəti daim aktiv saxlamaqdır.Mütəxəssislər...

21 İyul 2026, 09:33

Səhər acqarına zeytun yağı içmək faydalıdırmı?

Son illər sağlam qidalanma ilə maraqlanan insanların gündəlik vərdişlərindən biri də səhər acqarına zeytun yağı qəbul etməkdir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda iddia olunur ki, zeytun yağı bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini dəstəkləyir, xolesterini azaldır və hətta arıqlamağa kömək edir. Bəs bu fikirlər nə dərəcədə doğrudur?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zeytun yağı dünyanın ən faydalı bitki yağlarından biri hesab olunur. Onun tərkibində orqanizm üçün vacib olan mono doymamış yağ turşuları, xüsusilə olein turşusu, E vitamini, polifenollar və güclü antioksidant maddələr mövcuddur. Bu komponentlər ürək-damar sisteminin sağlamlığının qorunmasına, iltihabi proseslərin azalmasına və hüceyrələrin sərbəst radikalların zərərli...

21 İyul 2026, 08:32