Bizə yazın

Baku

-°C

USD

-

Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib 

Cəmiyyət 12 Avqust 2025, 16:45

2436

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Xaçmaz rayonunda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqust ayının 29-a dəyişdirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ATV kanalı qəsdən bayağılığı yayır?- ŞOK İTTİHAMLAR 

Bu gün uşaqları zərərli informasiyadan qorumaq, efirdə ədəbsiz, təhqiredici, vulqar məzmunun yayılmasının qarşısını almaq, ailə institutuna, milli və bəşəri dəyərlərə hörmət kimi tələblər qalsa da, hələ də özəl telekanllarımıza dur deyən yoxdur.Artıq cəmiyyətdə müxtəlif səviyyələrdə SOS siqnalı verilib ki, televiziyalarımız cəmiyyətin mədəni-əxlaqi qatını məhv edir, dil, adət-ənənələr, estetik duyğu, normal ənənəvi davranış qaydalarını kobud surətdə pozur, milli dəyərlərə tüpürür. Məsələn, ATV telekanalı bu sahədə liderliyini qoruyub-saxlamaqdadır. Bu kanalda bayağı, ucuz şou-verilişlər xirtdəyə qədərdir. Estetik, əxlaqi və mədəni minimal tələbləri gözləməyən, sadəcə kommersiya marağına istiqamətlənmiş verilişlər efiri zəbt edib. Bu siyasətə isə ATV-nin prezidenti Azər Xəlilov rəhbərlik edir. Etirazı varsa, buyursun,...

09 Dekabr 2025, 16:05

Bakı metrosu "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq 

Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.Bu barədə CityPost.az-a  "Bakı Metropoliteni" QSC-dən bildirilib.Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq....

09 Dekabr 2025, 16:03

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək 

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək.CityPost.az-ın   xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin 5 dekabr tarixli birgə iclasında müzakirəyə çıxarılmış “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.Vergi Məcəlləsi...

09 Dekabr 2025, 14:26

Stadionu alan şəxs Şeyxin Mühafizə xidmətinin rəisi olub 

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.CityPost.az  Teleqraf-a istinadla xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıqovdur.Əslən Masallıdan olan S.Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.S.Sadıqov həm də 20 Yanvardakı “Ləvəngi” restoranının sahibidir.Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı....

09 Dekabr 2025, 14:01

Pensiyaçıların NƏZƏRİNƏ: Təqaüdünüzdən bu qədər pul tutulacaq 

Son zamanlar banklara borcu olan pensiyaçılar arasında ciddi narahatlıq yaranıb. Belə ki, bəzi hallarda pensiyanın tam şəkildə borc ödənişinə yönəldilməsi vətəndaşın gündəlik xərclərini qarşılama imkanlarını məhdudlaşdırır. Bu isə həm sosial rifaha, həm də hüquqi tənzimləmələrin tətbiqinə dair suallar doğurur: borcu olan pensiyaçının yaşayış minimumu necə qorunmalıdır və qanun buna hansı imkanları tanıyır? Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşın gəlirinin, o cümlədən pensiyasının yarısınadək borc öhdəliklərinə görə tutulması mümkündür. Ekspert qeyd edib ki, qanunda məcburi olaraq 50 faiz tutulmalı olduğu göstərilmir. Sadəcə olaraq maksimum hədd 50 faizdir və daha az tutulması da...

09 Dekabr 2025, 12:46

Bakıda iki gün leysan olacaq 

Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var.Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur....

09 Dekabr 2025, 12:30