Memoriat: TANRININ GÖNDƏRDİYİ PUL
Cəmiyyət 23 Avqust 2026, 14:04
456
Mən ali məktəbdə atalı-analı yetim kimi oxumuşam, yəni evdən ciddi maddi dəstək görməmişəm. Elə birinci kursun ikinci ayında kəndə gəldim ki, evdən pul götürəm. Atam dedi, çətinlikdi, oxuma, anam ona etiraz etdi. Bu heys-beysdə kiçik qardaşım ocaqda qaynayan kartof qazanının üstünə yıxıldı, sifəti yandı. Yaranmış vəziyyətdə özümü günahkar bilib, iri paltar çemodanımı götürdüm və yola çıxdım.
Əlbəttə, qardaşım sonralar müalicə olundu və sifətində yanıqdan əsər-əlamət qalmadı. Hadisə baş verən gün nənəm əmimi axtarıb tapdı və ondan 13 manat alıb mənə göndərdi. Pulun 4 manatını avtobus sürücüsünə verdim, doqquz manatla Bakıya gəlib çıxdım.
Bir müddət sonra pulum tükəndi, Yasamalın döşündə yerləşən yataqxanadan endim Mixaylonun heykəlinin yanındakı avtovağzala, Cəlilabada gedən avtobusda yerlilərimi axtarıb taplb, onlardan kəndə xəbər göndərim ki, vəziyyətim çətindir. Yolu da piyada gəldim ki, marşrut pulu 5 qəpik də olsa, qənaət edim.
Avtovağzalda yerlilərimdən kimsəni görmədim, qanıqara üzüyuxarı piyada qalxmağa başladım. Möhkəm külək əsir, tozu adamın gözünə təpirdi.
Olimp mağazasının yanından Alatava məhəlləsi boyunca Müşfiqin heykəlinə tərəf adladım. Orada yuxarı qalxmaq üçün bir neçə pilləkan var. Keçmiş Sovet küçəsini keçəndə gördüm, külək sovetin üç manatlığını cənginə alıb aparır. Tez ayağımı pulun üstünə basdım, ətrafa göz gəzdirdim, kimsə yox idi, uzaqda olanlar da qollarını qatlayıb sifətlərinə sipər eləmişdilər ki, külək tozu gözlərinə təpməsin.
Əyilib üç manatı götürdüm, istədim, cibimə qoyam, gördüm, bir dənə də beşlik uça-uça mənə tərəf gəlir. Onu da qamarladım. Beşliyi yerdən qaldıranda bir dənə də onluq küləyin əlindən baş götürüb qaçdı və gəlib ovcuma sığındı.
Baxdım ki, bu pulları külək haradansa şələləyib mənimçün gətirir. Bir əlim pulun üstündə Sovet küçəsinə tərəf boylandım. Nə görsəm yaxşıdı? Bir az məndən aralı bir dəstə pul kiminsə cibindən sürüşüb düşüb yerə, külək də bu pulun dəstini oynadır, arada birini üzüb mənə göndərir. Tez qaçıb dəsti ovucladım, səliqə ilə yığıb cibimə qoydum. Bir az o tərəfə, bir az da bu tərəfə fırlandım ki, bəlkə külək puldan asfalt boyunca səpələmiş ola, onları da yığam, gördüm, yox, elə pulun olan-qalanı budur. Əllərimi pulu yığdığım ciblərimin üstünə möhkəm basıb, üzüyuxarı, Müşfiqin heykəlinə tərəf qalxdım. Burada, heykəlin arxasındakı binanın birinci mərtəbəsində Müşfiq kitab mağazası da vardı, amma axşamüstü olduğundan mağaza bağlanmışdı. Sovet dönəmində belə mağazalar uzağı saat altıyadək işləyirdi.
Küçəni keçib yataqxanamıza tərəf götürüldüm. Üçüncü mərtəbədə qalırdım, otağımızın nömrəsi 48 idi. İndi bu yataqxanaları söküb, yerində başqa binalar tikiblər. Mən hərdən deyirəm, Universitetin yataqxanalarını yox, bizim bu yataqxanalarla bağlı xatirələrimizi söküblər.
Otaq dörd nəfərlik idi, amma biz üç nəfər idik. Pulu mizin üstünə töküb, saymağa başladım, 488 manat idi.
Otaq yoldaşım soruşdu ki, bu pul haradandı? Mən də dedim, Tanrı göndərib. Otaq yoldaşım daha heç nə soruşmadı.
Birinci kursu bu pulla başa vurdum. Dəyərini başa düşmək üçün gündəlik xərcimi xatırlatmağım kifayətdir: Universitetin indi sökülmüş Kvant adlı yeməkxanasında o zaman səhər yeməyi 11 qəpik, nahar yeməyi 20 qəpik, şam yeməyi 20 qəpik idi. Əlavə xərclərlə birlikdə günə 1 manatım belə çıxmırdı.
Sonrakı ildə isə Tələbə İnşaat Dəstəsinin tərkibində işləyib qazandığım pulu xərclədim. Amma bu qisməti heç vaxt unutmuram. Elə o vaxtdan dar günlərimdə Tanrının mərhəmətinə sığınıram və inanıram ki, O məni daməndə qoymayacaq. Qoymayıb da!
Həmçinin oxuyun
Bilal Alarli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
QAÇAQ NƏBİ VƏ HƏCƏRİN ETNİK KİMLİYİ
Bu gün Qaçaq Nəbi və onun ömür gün və döyüş yoldaşı Həcər xanımla bağlı müzakirələrdə bəzi şəxslər onları “kürd” olaraq adlandırırlar. Əzizlərim nə Nəbi, nə də Həcər kürd millətinə aid olmayıblar. Lap belə olsalar da kürd olmaq mərd olmaq deməkdir. Kürd də bu torpağın övladıdır və onlar bizim əbədi və çiyin söykədiyimiz qonşularımız, can qardaşlarımızdır. Lakin həqiqət mənim dostumdur deyərək əminliklə yazıram ki, Qaçaq Nəbi və Həcər tər təmiz türk olublar.Birinci Nəbinin yaşadığı Mollu kəndinin sakinlərinin kürdlərlə heç bir bağlılığı yoxdur. Bəri başdan deyim ki, qəzanın 51 min sakinindən yalnız 3 mini kürd olub. 34 min adamı dəf-dolaqla kürd elan...
23 Avqust 2026, 14:11
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib....
23 Avqust 2026, 13:56
Şahmar Ələkbərovun doğum günüdür
Bu gün Azərbaycan mədəniyyət və incəsənətinin əfsanəvi nümayəndəsi, həm aktyor, həm ssenarist, həm rejissor, həm də dublaj sənətçisi kimi qısa ömründə mədəniyyətimizə dəyəri ölçüyəgəlməz töhfələr vermiş böyük sənətkar, Azərbaycan SSR-in xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun doğum günüdür. 1943-cü ilin bu günü Gəncədə dünyaya göz açan sənətkar kino və dublyaj sənətindəki yorulmaz fəaliyyəti, oynadığı və səsləndirdiyi rollarla xalqımızın qəlbində taxt qurmuş, adını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırmışdır. "Dağlarda döyüş", "Arxadan vurulan zərbə", "Babək" kimi filmlərdə oynadığı rollarla əfsanələşən sənətkar "Qanlı zəmi" filmində yaradıcılığının son illərində oynadığı “İbiş” rolu ilə həm müsbət, həm də mənfi rolun necə ustalıqla oynanıla biləcəyini göstərdi....
23 Avqust 2026, 13:34
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.CityPost.az xəbər verir ki, "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
23 Avqust 2026, 13:11
Bu adamların hamısı təfəkkürcə Məhəmmədhəsən əmidir - FAZİL MUSTAFA
Orta əsrlər Azərbaycan tarixinin görkəmli simalarından olan Şah İsmayıl Xətai haqqında fikirləri ilə gündəmə gələn deputat Fazil Mustafa Hafta.az-a müsahibə verib.Düzdür, müsahibimiz suallarımızın əsas mahiyyətindən yayınmağa, konteksdən uzaqlaşmağa çalışa da, onun cavablarını olduğu kimi təqdim edirik.- Azərbaycan tarixini tədqiq edən, Şah İsmayıl Xətainin Azərbaycan xalqının böyük oğlu olduğunu elmi araşdırmalarla təsdiq etməyə çalışan saysız-hesabsız tarixçiyə qarşı çıxan Fazil Mustafanın Xətaiyə münasibəti şəxsi fikirlərdən doğur, yoxsa tarixi-elmi faktlara söykənir? Əgər faktlardan irəli gəlirsə, mənbələr barədə danışa bilərsinizmi?- Hər bir tarixçinin tarixi mənbələr üzrə hansısa dövrün proseslərini araşdırma haqqı var və bu da əslində, onun əsas işidir. Ama mənbələr üzrə araşdırdığı tarixi...
23 Avqust 2026, 13:04
Dadaş Bünyatzadə kimdir? -Orxan Saffari yazır
Dadaş Bünyadzadə küçəsi şəhərin aktiv küçələrindən biridir. O cümlədən, elə Dadaş Bünyadzadənin özü də bolşevizmə aktiv xidmət edən, Cümhuriyyətin süquta uğramasına çalışan tarixi simalardandır. Başqa sözlə, o, Azərbaycanda kommunist təşkilatlanmasının üç əsas simasından biridir. Bəs görəsən, onun çirkin əməllərinə nələr daxildir?Bünyadzadə 1920-ci il 11–12 fevralda Bakıda keçirilən Azərbaycan kommunist təşkilatlarının I qurultayında Bakı Komitəsi, Hümmət və Ədalətin birləşməsi nəticəsində yaradılan Azərbaycan Kommunist Partiyasının formalaşmasında fəal iştirak edib. Bundan başqa, AXC-yə qarşı silahlı mübarizənin hazırlanmasında da biləvasitə canla-başla iştirak edib.Xain xidmətinə görə, qurultaydan sonra Bünyadzadə hərbi-inqilab qərargahının və onun əməliyyat qurumunun üzvü də seçilib. Bünyadzadə eyni zamanda fəhlə döyüş dəstələrinin təşkilinə və silahlandırılmasına rəhbərlik edirdi. Şübhəsiz, Bünyadzadənin...
23 Avqust 2026, 12:01