Türkiyədə qarı yağışını rəqs edərək qeyd etdilər
Cəmiyyət 19 Yanvar 2026, 15:57
219
Türkiyənin Balıkesir vilayətinin Edremit rayonun Kazdağlarının Hanlar ərazisinə yağan qar, bazar günü və semestr tətili ilə üst-üstə düşüb. Uzun müddətdir şəhər mərkəzində qar görməyən Edremitlilər ağ örpəyə bürünmüş təbiətin dadını çıxarmaq üçün əraziyə axışıb.
Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşların bir qismi musiqi sədaları altında əylənərək qar yağışını qeyd edib, digərləri isə manqal qalayaraq vaxt keçirib. Tətilə təsadüf edən qar yağışı uşaqlar üçün də əsl sevincə çevrilib – onlar qar topu oynayıb, xizəklə sürüşüblər.
Bölgəyə çox sayda avtomobilin gəlməsi Kazdağlarının bir neçə hissəsində sıxlığa səbəb olub, bəzi məqamlarda hərəkət çətinləşib. Səlahiyyətli qurumlar sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
10 gün komada olan qazi vəfat etdi
Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib.Citypost.az xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb.Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyətinin daha da ağırlaşması səbəbindən komaya düşüb.Əsgər Hüseynov bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunub. (Modern.az)
19 Yanvar 2026, 17:20
Baş nazir həkimlərlə bağlı QƏRAR imzaladı
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi aprel ayınadək uzadılıb.
19 Yanvar 2026, 17:19
“Qarabağ” - “Ayntraxt” oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.Bu barədə Metropolitendən bildirilib.Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə azarkeş marağı nəzərə alınmaqla, bütün stansiyalar yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək.Gün...
19 Yanvar 2026, 17:10
Bu avtobusların HƏRƏKƏTİ dəyişdiriləcək
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.Bu barədə Citypost-a AYNA-dan bildirilib.Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
19 Yanvar 2026, 16:52
Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.Citypost.az xəbər verir ki, mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və...
19 Yanvar 2026, 16:19
Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.Bu barədə Citypost.az-a SHXÇDX-dən məlumat verilib.Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.Sonra "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
19 Yanvar 2026, 16:16