Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Cəmiyyət 19 Yanvar 2026, 14:43
143
20 yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin, yaradıcılıq təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Citypost.az xəbər verir kİ,Milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzülüb, ölməz ruhlarına ehtiram ifadə olunub.
1990-cı ilin 20 yanvarında – 36 il öncə Bakıda baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsini qırmağa çalışdılar. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya göstərdi. Qaradan qara, lakin milli istiqlalımıza və istiqbalımıza işıqlı yolun açıldığı o gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqın mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər...
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsində qazandığı şanlı Zəfər və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütün Vətən fədailərinin narahat ruhları şad olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu avtobusların HƏRƏKƏTİ dəyişdiriləcək
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.Bu barədə Citypost-a AYNA-dan bildirilib.Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
19 Yanvar 2026, 16:52
Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.Citypost.az xəbər verir ki, mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və...
19 Yanvar 2026, 16:19
Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.Bu barədə Citypost.az-a SHXÇDX-dən məlumat verilib.Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.Sonra "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
19 Yanvar 2026, 16:16
Türkiyədə qarı yağışını rəqs edərək qeyd etdilər
Türkiyənin Balıkesir vilayətinin Edremit rayonun Kazdağlarının Hanlar ərazisinə yağan qar, bazar günü və semestr tətili ilə üst-üstə düşüb. Uzun müddətdir şəhər mərkəzində qar görməyən Edremitlilər ağ örpəyə bürünmüş təbiətin dadını çıxarmaq üçün əraziyə axışıb.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşların bir qismi musiqi sədaları altında əylənərək qar yağışını qeyd edib, digərləri isə manqal qalayaraq vaxt keçirib. Tətilə təsadüf edən qar yağışı uşaqlar üçün də əsl sevincə çevrilib – onlar qar topu oynayıb, xizəklə sürüşüblər.Bölgəyə çox sayda avtomobilin gəlməsi Kazdağlarının bir neçə hissəsində sıxlığa səbəb olub, bəzi məqamlarda hərəkət çətinləşib. Səlahiyyətli qurumlar sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl...
19 Yanvar 2026, 15:57
Prezident birinci xanımla İsveçrədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gəlib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşıladılar.
19 Yanvar 2026, 15:16
Ölkədə evlənənlərin sayı AZALIB
Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb....
19 Yanvar 2026, 14:40