Bizə yazın

Baku

-°C

USD

-

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb 

Cəmiyyət 09 Aprel 2026, 16:00

301

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 9-da Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DİN-dən Citypost.az-a verilən xəbərə görə, Mustafa Çiftçi və onu müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin xatirəsini anıblar. Sonra Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksi və Türk Şəhidliyi ziyarət edilib.

General-polkovnik Vilayət Eyvazov görüşdə daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.

Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, cənab Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

V.Eyvazov Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Rosatom”: İran “Buşehr” AES layihəsini yenidən işə salmaq üçün müraciət edib 

İran “Buşehr” Atom Elektrik Stansiyası (AES) layihəsinin mümkün qədər tez yenidən işə salınması imkanlarının axtarılması ilə bağlı Rusiyanın dövlət atom enerjisi korporasiyası olan “Rosatom”a müraciət edib.“Vesti” kanalının verdiyi xəbərə görə, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib.“Mənə İranın atom sənayesinin rəhbəri, bu ölkənin vitse-prezidenti müraciət edərək layihəni mümkün qədər tez yenidən işə salmaq, işə başlamaq imkanlarını axtarmağı xahiş etdi və biz buna mənəvi cəhətdən hazırıq. Aydındır ki, mövcud şərait hələ buna imkan vermir, lakin mənim fikrimcə, İranın atom sənayesindən gələn belə bir siqnal müəyyən dərəcədə nikbinlik yaradır”, - Aleksey Lixaçev qeyd edib.Onun sözlərinə görə, hazırda AES-də təxminən 128 “Rosatom”un mütəxəssisi...

09 Aprel 2026, 17:38

Tramp: NATO-nu ancaq təzyiqlə başa salmaq olar 

“NATO ona təzyiq olmadıqca, heç nə başa düşmür”.Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.“Olduqca məyusedicidir, özümüz və NATO da daxil olmaqla, heç nəyi başa düşməmişik. Ancaq onlara təzyiq göstəriləndə anlayırlar”, - Amerika lideri sosial mediada qeyd edib.

09 Aprel 2026, 17:30

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar 

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq və Ekoloji coğrafiya şöbələrinin əməkdaşları tərəfindən Balakən və Zaqatala rayonlarında növbəti monitorinq işləri həyata keçirilib.AMEA-dan Citypost.az-a bildirilib ki, monitorinqlər Balakən rayonunun Poçtbinə və Mahamalar kəndlərində, eləcə də Zaqatala rayonunun Mazıx və Talaçay ərazilərində aparılıb. Tədqiqat zamanı qeyd olunan ərazilərdə çay yataqlarından lil nümunələri götürülərək analiz üçün toplanılıb. Bununla yanaşı, Mahamalar kəndi ərazisində Balakənçay üzərində yerləşən və kəndi ətraf yaşayış məntəqələri ilə birləşdirən körpünün beton dayaqlarında əvvəl aparılmış ölçmələrə yenidən baxış keçirilib.Təkrar müşahidələrin nəticələrinə əsasən müəyyən olunub ki, körpünün sol tərəfində yerləşən birinci dayağın göstəricisi 1,80 metrdən 1,38 metrə qədər azalıb. Bu isə həmin hissədə...

09 Aprel 2026, 17:22

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

09 Aprel 2026, 17:08

Ukraynada azərbaycanlı döyüşçü dəfn edilib 

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan azərbaycanlı Rüstəm Dilavər oğlu Mustafayev bu gün son mənzilə yola salınıb.Citypost.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist-diaspor fəalı Anar Natiqoğlu bildirib.Rüstəm Mustafayev əslən Naxçıvanın Şahbuz rayonu Badamlı kəndindən idi.Ukrayna vətəndaşı olan 33 yaşlı soydaşımız yaşadığı Zaporojye vilayətində gedən döyüşlər zamanı həlak olmuşdu.“Məscidin qarşısında vida mərasimindən sonra maşın karvanı qəbiristanlığa yola düşüb.(Modern.az)Mərasimdə diasporumuzun fəalları, mərhumun döyüş yoldaşları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.Dəfn mərasimi yaylım atəşi ilə müşaiyət olunub”, - A.Natiqoğlu qeyd edib....

09 Aprel 2026, 17:03

ADY: Dərnəgül dayanacağı tezliklə sərnişinlərin xidmətində olacaq 

"Azərbaycan Dəmir Yolları" QSC-nin ADY-nin Dərnəgül dayanacağının tikintisinin başa çatmaqdadır.ADY-dən Citypost.az-a verilən məlumata görə, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq."Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq", - məlumatda qeyd olunur.

09 Aprel 2026, 16:55