Bizə yazın

Baku

-°C

USD

-

İran televiziyası Xameneinin müşavirinin ölüm xəbərini yayıb 

Dünya 10 Aprel 2026, 08:37

287

İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi evinin bombalanması nəticəsində aldığı yaralardan vəfat edib.

APA xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Xatırladaq ki, aprel ayının birində Xarazinin evinin bombalanması nəticəsində ağır yaralandığı haqqında xəbər yayılmışdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq 

İran İslam Respublikası Hörmüz boğazının idarə olunmasını yeni səviyyəyə qaldırmaq niyyətindədir.AZƏRTAC İran dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Müctəba Xameneinin bəyanatında bildirilib.Xameneinin sözlərinə görə, hücumlar və bombardmanlar nəticəsində yaranan dağıntılara baxmayaraq, İran Körfəz müharibəsində qalib gəlib.

10 Aprel 2026, 09:00

YouTuber-lər Amazon-u məhkəməyə verdi 

ABŞ-də bir qrup "YouTube" kontent yaradıcısı "Amazon" şirkətinə qarşı kollektiv iddia qaldırıb.Modern.az TNW platformasına istinadən bildirir ki, şirkət onların videolarını "YouTube" platformasından icazəsiz şəkildə yükləyərək süni intellekt modeli olan Nova Reel-in öyrədilməsi üçün istifadə edib.Şikayətçilər arasında məşhur H3H3 Productions kanalının sahibi şirkət, həmçinin fərdi golf kontent yaradıcısı və bir golf media platforması yer alır. Onlar bildirirlər ki, Amazon YouTube-un texniki qoruma sistemlərini aşmaq üçün virtual maşınlardan və IP ünvanlarının dəyişdirilməsi üsullarından istifadə edib.İddia əsasən Digital Millennium Copyright Act (DMCA) qanununun “anti-circumvention” (texniki qorumanın aşılması) maddəsinə əsaslanır. Şikayətçilərin fikrincə, YouTube-un qoruma mexanizmlərini keçərək videoların yüklənməsi qanun pozuntusudur, hətta bu videolar açıq...

10 Aprel 2026, 08:53

Livana zərbələr nəticəsində ölənlərin sayı 300-ü keçdi 

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1150-dən çox insan yaralanıb.Modern.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna olunmur.Məlumata görə, aprelin 8-də İsrail ordusu Livanda "Hizbullah" infrastrukturuna qarşı fevraldan bəri ən böyük hücumu həyata keçirib.

10 Aprel 2026, 08:43

Dağıstan və Çeçenistanda fövqəladə vəziyyət tətbiq edilib 

Dağıstan və Çeçenistanda intensiv yağışların səbəb olduğu daşqınların ağır nəticələrinə görə fövqəladə hal rejimi regional səviyyədən federal səviyyəyə qaldırılıb.Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov hökumət komissiyasının iclasında bildirib.O, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını koordinasiya etmək üçün Dağıstana gəlib. Respublika rəhbəri Sergey Melikovun sözlərinə görə, Dağıstanda daşqından 6,2 mindən çox insan zərər çəkib.A.Kurenkov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin qərarına uyğun olaraq, hökumət tərəfindən onun rəhbərliyi altında daşqınların nəticələrinin aradan qaldırılması üzrə ayrıca hökumət komissiyası formalaşdırılıb. Onun tərkibinə federal icra hakimiyyəti orqanlarının rəhbərləri və zərər çəkmiş regionların başçıları daxildir."Fövqəladə halın...

10 Aprel 2026, 08:00

Kallas: ABŞ və İran arasında atəşkəs kövrəkdir, Hörmüzün açılması prioritetdir 

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini və xarici işlər naziri şeyx Abdulla bin Zayed Əl Nəhyanla Yaxın Şərqdəki gərginliyin artmasını və onun regional nəticələrini, o cümlədən Livan və İraq üçün nəticələrini müzakirə edib.Citypost.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb."ABŞ və İran arasında atəşkəs kövrək olaraq qalır, lakin alternativ tutqun görünür. Hörmüz boğazının tezliklə açılması prioritet olmalıdır", - o qeyd edib.Bundan əlavə, tərəflər ikitərəfli əməkdaşlığı, həmçinin Avropa İttifaqı ilə BƏƏ arasında tərəfdaşlığın gücləndirilməsi perspektivlərini, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi...

09 Aprel 2026, 17:43

Xaç suyuna salınarkən boğuldu 

Böyük Britaniyada qadın keşişin həyata keçirdiyi xaç suyuna salma mərasimi faciə ilə nəticələnib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şeril Bartli Londonda öz evində, həyətdə qurduğu kiçik uşaq hovuzunda xaç suyuna salma mərasimləri təşkil edirmiş. Bu məqsədlə onun yanına gələn 61 yaşlı kişi mərasim zamanı gözlənilmədən həyatını itirib. Belə ki, kiçik hovuzda boğularaq ölüb.Məlumata görə, Bartli prosesi sosial şəbəkə hesabında canlı yayımlayıb. Daha sonra paylaşdığı videoda mərhum şəxsi İsa ilə birlikdə gördüyünü iddia edib.Hadisə ilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanları qadının hərəkətlərində ehtiyatsızlıqdan adam öldürmə əlamətləri müəyyən edib və ona qarşı ittiham irəli sürülüb. Kişinin ölümünün dəqiq şəraiti məhkəmə maraqları...

09 Aprel 2026, 17:18