Faşizm üzərində Qələbənin 81-ci ildönümü Polşada qeyd olunub
Cəmiyyət 07 May 2026, 14:00
246
Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərinin müsəlman-tatar qəbiristanlığında, azərbaycanlı zabit Vəli bəy Yadigarın məzarı qarşısında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə səfir Nərgiz Qurbanova, səfirliyin əməkdaşları, Polşada akkreditə edilmiş Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin səfirləri və dini icmanın təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində Vəli bəy Yadigarın məzarı üzərinə əklil qoyulub, onun və müharibədə həlak olmuş bütün soydaşlarımızın ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən səfir Nərgiz Qurbanova qeyd edib ki, Azərbaycan müharibə illərində həm ön, həm də arxa cəbhədə mühüm rol oynayıb. 681 mindən artıq azərbaycanlı müharibədə iştirak edib, onların yarıdan çoxu həlak olub və ya itkin düşüb. Respublikanın hər beşinci sakininin cəbhəyə yollandığı diqqətə çatdırılıb və vurğulanıb ki, Azərbaycan ərazisində formalaşdırılmış milli diviziyalar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. Azərbaycan əsgərləri göstərdikləri igidliyə görə yüksək dövlət mükafatları, yüzdən çox azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Nərgiz Qurbanova, həmçinin Azərbaycanın müharibə dövründə enerji təminatında oynadığı mühüm rolu xüsusi qeyd edərək, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə həyata keçirilən elmi nailiyyətləri vurğulayıb, Azərbaycan xalqının arxa cəbhədə göstərdiyi fədakarlıqdan bəhs edib.
Həmçinin oxuyun
Tədbirdə səfir Polşa ilə tarixi əlaqələrə də toxunub və görkəmli azərbaycanlı zabit Vəli bəy Yadigarın fəaliyyətini xüsusi qeyd edib. Onun həm Azərbaycan Xalq Cümhuriyyəti ordusunda, həm də Polşa Silahlı Qüvvələrində xidmət etdiyi, İkinci Dünya müharibəsi illərində Polşa müqavimət hərəkatında iştirak etdiyi və 1944-cü il Varşava üsyanının təşkilində mühüm rol oynadığı vurğulanıb.
Çıxışının sonunda səfir diqqətə çatdırıb ki, bu kimi tədbirlər tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın qələbəyə verdiyi töhfə və Vəli bəy Yadigar kimi şəxsiyyətlərin fəaliyyəti azadlıq və sülh uğrunda mübarizənin ümumbəşəri dəyərlərə əsaslandığını bir daha təsdiqləyir.
Daha sonra tədbirdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Şəhla Kazımova çıxış edərək, Azərbaycanın nasizm üzərində qələbəyə verdiyi mühüm töhfəni vurğulayıb, həm cəbhədə döyüşənlərin, həm də bütövlükdə cəmiyyətin fədakarlığını qeyd edib. O, xüsusilə Azərbaycanəsilli zabitlərin Polşa tarixindəki roluna diqqət çəkərək, Vəli bəy Yadigar və Cahangir Kazım bəy kimi şəxsiyyətləri xatırladıb, eyni zamanda, müharibə illərində fəal iştirak edən qadınların xidmətlərini xüsusi qeyd edib.
Tədbirin sonunda iştirakçılarına çay süfrəsi açılıb və xalqımızın adət-ənənəsinə uyğun olaraq təamlar təqdim olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vilayət Eyvazov İmişlidə vətəndaşları qəbul etdi
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Polis Şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.Səfər çərçivəsində Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını...
07 May 2026, 13:45
Bu tarixdə Hacıqabulun 7 kəndində qaz olmayacaq
Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
07 May 2026, 13:00
Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir
Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.Citypost.az xəbər verir ki, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi isə mərhumun əmlakı hesabına təmin oluna bilər. Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilirlər.Qeyd...
07 May 2026, 12:45
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
İnsanın vəzifəsi səviyyəsindən qat-qat yuxarı, üstün olanda çox vaxt adətən özünü apara bilmir, idarəetməni itirir.Həyatda sıfıra bənzəyən insanlar da var. Onlar hər zaman qarşılarında hansısa bir rəqəmə ehtiyac duyurlar. Əks təqdirdə onlar heç kəsə və ya sıfıra çevrilirlər.Saat zamanı göstərdiyi kimi, zaman da səbirlə hər şeyi öz süzgəcindən keçirərək kimin-kim olduğunu göstərir, ortaya qoyur.Layiq oldu-olmadı özündən vəzifəlinin,varlının gözünə girmək üçün onu həddindən artıq tərifləmək, ona yaltaqlanmaq-yalmanmaq, insanın kiçikliyini - yəni sıfır olduğunu göstərir. Böyük bir rayonun Mərkəzi Xəstəxanasının direktoru görəsən özünə necə sığışdırır ki, gedib kiminsə bağında kababçılıq etsin. Dünən bağında qonaq-qarasının kabab bişirdiyi adam vəzifədən uzaqlaşdırılan kimi, oturduğu kreslo...
07 May 2026, 12:30
Sabah 22 dərəcə isti olacaq
Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında gözlənilən havaMilli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəyi ehtimalı var.Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 45-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən...
07 May 2026, 12:27
Kəngərlidə kompleks mülki müdafiə təlimi keçirilib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, təlimdə Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Ələsgər Ələsgərov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, FHN-in aidiyyəti strukturlarının nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun nümayəndələri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.Əvvəlcə, Kəngərli rayonunda təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib.Sonra...
07 May 2026, 12:15