Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub
Cəmiyyət 13 May 2026, 14:46
278
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.
Citypost.az-a xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Erkin Xəyyam oğlu Rəhimov Respublika Pediatriya Mərkəzinin direktoru, Dinar İlqar qızı Qəhrəmanova Respublika Endokrinoloji Mərkəzinin direktoru, Fərəh Afad qızı Qaraqurbanlı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri və Rəxşəndə Mənsur qızı Əhmədova Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim təyin olunub.
Xatırladaq ki, E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.
2012-2014-cü illərdə "İstanbul Memorial Hizmet" Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistentidir.
2014-cü ildən hazırkı təyinatınadək "Baku Medical Plaza"nın Pediatriya şöbəsinin müdiridir.
O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.
E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.
D.Qəhrəmanova 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetində internaturanı tamamlayaraq, 2023-cü ildə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sertifikasiya imtahanından keçib.
2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsində həkim, 2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Həmçinin oxuyun
D.Qəhrəmanova ÜST-nin yerli və beynəlxalq seminar və təlimlərində iştirak edib. O, həmçinin Qatar, İspaniya və Sloveniyada keçirilən beynəlxalq konqres və seminarlarda iştirakçı olub.
F.Qaraqurbanlıya 1997-ci ildə Azərbaycan Respublikasında tibb elmləri namizədi alimlik dərəcəsi, 2004-cü ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru, 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru alimlik dərəcəsi, 2024-cü ildə isə professor elmi adı verilib.
1991-1999-cu illərdə bir sıra dövlət tibb müəssisələrində həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə 5 nömrəli Kliniki Doğum Evinin Hamiləliyin patologiya şöbəsinin müdiri, 2004-2008-ci illərdə 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.
2004-2010-cu illərdə Odlar Yurdu Universitetinin Tibb fakültəsinin müəllimi kimi əmək fəaliyyətinə davam edib.
2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və "Baku Medical Plaza"da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.
O, 109-dan çox elmi-tədqiqat işinə rəsmi opponentlik edib, 97 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın və 2 dərsliyin müəllifidir.
R.Əhmədova 1988-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 1994-1995-ci illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində internatura təhsili alıb, 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1997-1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2020-ci ildən hazırkı təyinatadək Respublika Dəri-Zöhrəvi Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ADY bayram günlərində əlavə qatar reysləri təyin edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27, 28, 29, 30, 31 mayda sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə reysləri təyin edib.Citypost.az-a bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, Bakıdan Qəbələyə gedəcək qatar saat 17:20-da yola düşəcək, Qəbələdən Bakıya geri dönüş isə saat 19:00-da olacaq.Bakıdan Ağstafaya gedən qatar isə saat 08:30-da yola düşəcək, Ağstafadan Bakıya geri dönüş isə saat 17:20-da baş tutacaq....
13 May 2026, 15:17
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.Bu barədə Citypost.az-a MEDİA-dan məlumat verilib.Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.Müsabiqəyə təqdim edilən materiallar:Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:– ən yaxşı reportaj;– ən yaxşı ictimai-siyasi təhlil;– ən yaxşı sosial-iqtisadi təhlil;– ən...
13 May 2026, 15:05
Külli miqdarda narkotiki Azərbaycana keçirmək istəyən iranlıların cinayət işi məhkəməyə göndərildi
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a daxil olan məlumatda bildirilib.Məlumata görə, istintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış...
13 May 2026, 15:00
Xankəndi şəhərinin baş planı bu tarixdə təqdim ediləcək
Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxış edən E. Yusubov bildirib ki, şəhərin baş planı yaxın vaxtlarda hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək: “Hazırda şəhərin inkişaf konsepsiyası qərb şirkətləri tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və...
13 May 2026, 14:31
Slovakiya Prezidenti iyulda Azərbaycana səfər edəcək
Rixard Raşinin bu səfəri Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında deyib.“Bu gün apardığımız müzakirələrdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq fikrə sahibik”, - Sahibə Qafarova bildirib.Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Milli Məclisin sədri ölkələr arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdiyini, humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.Sahibə Qafarova bu gün parlamentlər arasında əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha çox...
13 May 2026, 13:50
İyunun 1-də yaz imtahan sessiyası başlayır
Elm və təhsil naziri Emin Əmrullayev Ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası 1 iyun tarixində başlamaqla 5 həftə müddətində keçiriləcək.Ali və orta ixtisas təhsili müəssisələrində qiyabi təhsilalma forması üzrə imtahan sessiyalarının keçirilmə vaxtı ali və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən ediləcək və 1 həftə müddətində keçiriləcək.Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını,...
13 May 2026, 13:40