Bizə yazın

Baku

-°C

USD

-

Külli miqdarda narkotiki Azərbaycana keçirmək istəyən iranlıların cinayət işi məhkəməyə göndərildi 

Cəmiyyət 13 May 2026, 15:00

190

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a daxil olan məlumatda bildirilib.

Məlumata görə, istintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib “Layner” tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycan Respublikasına aid bölməsi üzrə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriblər.

Ətraflı

Daha sonra həmin şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən sərhəd orqanı əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq cinayətin predmetini təşkil edən narkotik vasitələri dənizə atıblar.

Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil hissəsində və dənizin digər ərazilərində aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlu (Ghanghermeh Omid Chaljeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1 (satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşıma) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ADY bayram günlərində əlavə qatar reysləri təyin edib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27, 28, 29, 30, 31 mayda sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə reysləri təyin edib.Citypost.az-a bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, Bakıdan Qəbələyə gedəcək qatar saat 17:20-da yola düşəcək, Qəbələdən Bakıya geri dönüş isə saat 19:00-da olacaq.Bakıdan Ağstafaya gedən qatar isə saat 08:30-da yola düşəcək, Ağstafadan Bakıya geri dönüş isə saat 17:20-da baş tutacaq....

13 May 2026, 15:17

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi 

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.Bu barədə Citypost.az-a MEDİA-dan məlumat verilib.Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.Müsabiqəyə təqdim edilən materiallar:Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:– ən yaxşı reportaj;– ən yaxşı ictimai-siyasi təhlil;– ən yaxşı sosial-iqtisadi təhlil;– ən...

13 May 2026, 15:05

Bir sıra tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.Citypost.az-a xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb.Əmrlərə əsasən, Erkin Xəyyam oğlu Rəhimov Respublika Pediatriya Mərkəzinin direktoru, Dinar İlqar qızı Qəhrəmanova Respublika Endokrinoloji Mərkəzinin direktoru, Fərəh Afad qızı Qaraqurbanlı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri və Rəxşəndə Mənsur qızı Əhmədova Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim təyin olunub.Xatırladaq ki, E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası...

13 May 2026, 14:46

Xankəndi şəhərinin baş planı bu tarixdə təqdim ediləcək 

Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxış edən E. Yusubov bildirib ki, şəhərin baş planı yaxın vaxtlarda hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək: “Hazırda şəhərin inkişaf konsepsiyası qərb şirkətləri tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və...

13 May 2026, 14:31

Slovakiya Prezidenti iyulda Azərbaycana səfər edəcək 

Rixard Raşinin bu səfəri Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında deyib.“Bu gün apardığımız müzakirələrdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq fikrə sahibik”, - Sahibə Qafarova bildirib.Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Milli Məclisin sədri ölkələr arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdiyini, humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.Sahibə Qafarova bu gün parlamentlər arasında əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha çox...

13 May 2026, 13:50

İyunun 1-də yaz imtahan sessiyası başlayır 

Elm və təhsil naziri Emin Əmrullayev Ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası 1 iyun tarixində başlamaqla 5 həftə müddətində keçiriləcək.Ali və orta ixtisas təhsili müəssisələrində qiyabi təhsilalma forması üzrə imtahan sessiyalarının keçirilmə vaxtı ali və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən ediləcək və 1 həftə müddətində keçiriləcək.Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını,...

13 May 2026, 13:40