Bizə yazın

Baku

-°C

USD

-

Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb.

Cəmiyyət 13 May 2026, 16:38

172

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova 2022-ci ildə qonağın Azərbaycana deputat kimi səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizə getməsini məmnunluqla qeyd edib və bu dəfə həmin ərazilərə səfər zamanı orada aparılmış quruculuq işlərinin qonaqlarda dərin təəssürat yaradacağına əminliyini bildirib.

Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri kimi mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Görüşdə qonaq iki ölkə arasında iqtisadi, təhsil, mədəniyyət, müdafiə sənayesi, enerji təhlükəsizliyi və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Slovakiya Respublikası Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiya Milli Şurasının sədri Rixard Raşi imzalayıblar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib 

Mayın 14-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Xəbərə görə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

13 May 2026, 16:30

Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı – Baş Konfransının 15-ci sessiyası keçirilib. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir.Nazirlikdən Citypost.az-a bildirilib ki, sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər.Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib.Qeyd...

13 May 2026, 16:20

Saleh Səmədovun ilk məhkəməsi oldu

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Citypost.az xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.Bu gün hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. Mahiyyətə uyğun olaraq əvvəlcə təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilib, ilkin dinləmələr keçirilib.S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilə kimi həbs nəzərdə tutulur.Vəkili Ceyhun Məmmədov müvəkkilinin yaşını və səhhətini nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini...

13 May 2026, 16:03

Sabah Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək 

Sabah Salyan və Hacıqabul rayonlarının bir sıra küçə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Salyan şəhərinin M.F.Axundov, C.Cabbarlı, Ə.Quliyev (Plassmas massiv) küçələrinin və rayonun Arbatan, Qaraqaşlı, Cəngən, Beşdəli və Xocalı kəndlərinin, həmçinin Hacıqabul rayonunun Rəncbər və Qubalı Baloğlan kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq....

13 May 2026, 15:44

ADY bayram günlərində əlavə qatar reysləri təyin edib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27, 28, 29, 30, 31 mayda sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə reysləri təyin edib.Citypost.az-a bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Məlumata görə, Bakıdan Qəbələyə gedəcək qatar saat 17:20-da yola düşəcək, Qəbələdən Bakıya geri dönüş isə saat 19:00-da olacaq.Bakıdan Ağstafaya gedən qatar isə saat 08:30-da yola düşəcək, Ağstafadan Bakıya geri dönüş isə saat 17:20-da baş tutacaq....

13 May 2026, 15:17

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi 

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.Bu barədə Citypost.az-a MEDİA-dan məlumat verilib.Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.Müsabiqəyə təqdim edilən materiallar:Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:– ən yaxşı reportaj;– ən yaxşı ictimai-siyasi təhlil;– ən yaxşı sosial-iqtisadi təhlil;– ən...

13 May 2026, 15:05