ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirilib
Cəmiyyət 13 May 2026, 17:07
33
Mayın 13-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC tərəfindən Biləcəri sahəsində növbəti iməcilik təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu (WUF13) öncəsi keçirilən aksiya “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə,“Gələcək təmiz gələcək” şüarı altında keçirilən iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Müvafiq sanitar avadanlıqlarla təchiz olunan əməkdaşlar ərazini, xüsusilə də relslərin üzərini və ətrafını qatarların hərəkət təhlükəsizliyinə risk yaradan məişət tullantılarından təmizləyiblər. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
Həmçinin oxuyun
Bu təşəbbüs ADY-nin ekoloji məsuliyyətinin bir hissəsi olmaqla yanaşı, həm ətraf mühitin qorunmasına, həm infrastrukturun təhlükəsizliyinə, həm də mötəbər qlobal tədbir öncəsi şəhər ekologiyasının dəstəklənməsinə xidmət edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İran Ermənistana qaz ixracını bərpa edir
Ermənistana İrandan mayeləşdirilmiş qaz idxalı məsələsi həll olunub və yaxın günlərdə İran qazının ölkəyə tədarükünə başlanacaq. Modern.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.Nazirin sözlərinə görə, mayın əvvəlində Ermənistana daxil olan mayeləşdirilmiş qaz həcmi az olduğundan bazarda problemlər yaranıb.“Planımız Ermənistanı minimal həcmdə mayeləşdirilmiş qazla təmin etmək idi və hazırda bu təmin olunub. Ermənistanın hər yerində mayeləşdirilmiş qaz var”, – deyə Papoyan bildirib.Onun sözlərinə görə, İran İqtisadiyyat Nazirliyinin attaşesi ona qazın ixracı ilə bağlı məsələnin həll olunduğunu bildirib. Bu isə yaxın günlərdə İran qazının Ermənistana çatdırılacağı anlamına gəlir.Nazir əlavə edib...
13 May 2026, 17:00
Elmar Məmmədov etimadnaməsini Bolqarıstan Prezidentinə təqdim edib
Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov etimadnaməsini bu ölkənin Prezidenti İliana Yotovaya təqdim edib.AZƏRTAC xəbər verir ki, etimadnamənin təqdimetmə mərasimində səfir Elmar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Prezidentinə çatdırıb.Səfir Bolqarıstanda diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu qeyd edib və iki ölkə arasında dostluq münasibətlərini, strateji tərəfdaşlığı daha da gücləndirməyə sadiq olduğunu bildirib.Etimadnamələrin təqdim edilməsindən sonra keçirilən görüşdə Prezident İliana Yotova iki ölkə arasında əməkdaşlığın uğurlu inkişafını yüksək qiymətləndirib.Tərəflər 2015-ci ildə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında qurulan strateji tərəfdaşlığı bir daha təsdiqləyib və ikitərəfli gündəliyin müxtəlif sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar....
13 May 2026, 16:42
Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova 2022-ci ildə qonağın Azərbaycana deputat kimi səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizə getməsini məmnunluqla qeyd edib və bu dəfə həmin ərazilərə səfər zamanı orada aparılmış quruculuq işlərinin qonaqlarda dərin təəssürat yaradacağına əminliyini bildirib.Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri kimi mühüm əhəmiyyət daşıdığını diqqətə...
13 May 2026, 16:38
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Mayın 14-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Xəbərə görə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....
13 May 2026, 16:30
Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı – Baş Konfransının 15-ci sessiyası keçirilib. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir.Nazirlikdən Citypost.az-a bildirilib ki, sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər.Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib.Qeyd...
13 May 2026, 16:20
Saleh Səmədovun ilk məhkəməsi oldu
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Citypost.az xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.Bu gün hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə hazırlıq iclası keçirilib. Mahiyyətə uyğun olaraq əvvəlcə təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilib, ilkin dinləmələr keçirilib.S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilə kimi həbs nəzərdə tutulur.Vəkili Ceyhun Məmmədov müvəkkilinin yaşını və səhhətini nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini...
13 May 2026, 16:03