Bizə yazın

Baku

-°C

USD

-


Cəmiyyət 14 May 2026, 10:06

614

"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Gülüstan" sarayında Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyası keçirilir.

Citypost.az xəbər verir ki, toplantıda Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsi regionlarında yerləşən 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fərhad Mehdiyevdən yol nişanlanmasına etiraz

Fərhad Mehdiyev yol nişanlanmaları və sürücülərə tətbiq olunan cərimələrlə bağlı narazılığını ifadə edib.Citypost.az xəbər verir ki, Beynəlxalq hüquq üzrə professor sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, avtomobil yollarının nişanlanması hələ də köhnə sovet yanaşmasına uyğun şəkildə yetərsiz qalır.O qeyd edib ki, yollarda nişanların əsasən asfalt üzərində çəkilməsi sürücülər üçün ciddi problemlər yaradır. Professorun sözlərinə görə, xüsusilə sıx nəqliyyat şəraitində sürücülərin yerdəki istiqamət nişanlarını görməsi mümkün olmur. Halbuki sürücülərin görə biləcəyi əsas nişanlar yol kənarındakı dirəklərdə yerləşdirilməlidir.Fərhad Mehdiyev bildirib ki, bəzi hallarda yerdə yalnız “düzünə hərəkət” işarəsi olduğu halda, dirək üzərində “düzünə və sağa” istiqamətini göstərən nişan yerləşdirilir və sürücülər...

14 May 2026, 10:23

İlham Əliyev Ağakərim Səmədzadəyə vəzifə verdi

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.Citypost.az xəbər verir ki, Prezidenti İlham Əliyev bununla əlaqədar Sərəncam imzalayıb.A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.

14 May 2026, 10:21

Laçına dolu düşüb

Laçın şəhəri və Daşkəsən rayonuna dolu düşüb.Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mayın 14-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.Mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Saatlıda 21, Zaqatala və Sabirabadda 20, Naftalanda 18, Qobustan və Biləsuvarda 16, Şəkidə 15 m/s-dək güclənib.Düşən yağıntının miqdarı: Qaxda (Sarıbaş) 23, Sabirabad, Şahbuzda 13, İmişlidə 9, Gədəbəydə 8, Saatlı, Qobustanda 7, Şirvan, Ordubad, Biləsuvar, Culfada 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Daşkəsən, Balakən, Zaqatala, Şamaxı, Cəlilabad, Beyləqan, Lənkəran, Astara, Lerikdə 3, İsmayıllı,...

14 May 2026, 10:15

Sahibə Qafarova Özbəkistana səfər edib 

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İkinci Asiya Qadınlar Forumunda iştirak etmək məqsədi ilə Özbəkistan Respublikasına səfər edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Buxara şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İkinci Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur....

14 May 2026, 09:50

FHN növbəti şərti yanğın təlimi keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 2A ünvanında yerləşən “Şəlalə” MTK-ya məxsus çoxmərmərtəbəli yaşayış binasında təlimi keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına, həmçinin yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam...

14 May 2026, 09:40

Ədalət Muradov: “Yaxşı ki, Nurəddin Mehdixanlımız var!”

Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunmuş “Kral Lirin faciəsi” tamaşası sənət ictimaiyyətində böyük maraqla qarşılanıb. Tamaşanı izləyənlər arasında Azərbaycan alimi, iqtisad elmləri doktoru, UNEC-in rektoru Ədalət Muradov da yer alıb.Citypost.az xəbər verir ki, Ədalət Muradov tamaşadan sonra sosial şəbəkə hesabında paylaşım edərək səhnə əsərinin mövzu seçimini, quruluşunu və Nurəddin Mehdixanlının ifasını yüksək qiymətləndirib. O bildirib ki, sənətkar illərdir Azərbaycan teatrının və milli mədəniyyətinin ucalığını öz sənəti, ziyalılığı və vətəndaş mövqeyi ilə yaşadan nadir şəxsiyyətlərdəndir.Rektorun sözlərinə görə, “Kral Lir” tamaşasında Nurəddin Mehdixanlının yaratdığı obraz təkcə səhnə əsəri deyil, insan taleyinin, vicdanın və zamanın fəlsəfəsinə çevrilib: “Sanki bütöv bir mənəviyyat danışırdı”.Ədalət...

14 May 2026, 09:15