Avstraliyada Trampın adi ilə bağlı 1.5 milyard dollarlıq layihə ləğv edildi
Dünya 13 May 2026, 17:47
33
Avstraliyanın şərq bölgəsində planlaşdırılan və dəyəri 1.5 milyard Avstraliya dolları (təqribən 1.1 milyard ABŞ dolları) həcmində qiymətləndirilən "Tramp Qülləsi" göydələn layihəsinin icrası dayandırılıb. Buna səbəb kimi yerli podratçı şirkətin təqdimatdan üç ay sonra öz öhdəliklərini icra edə bilməməsi göstərilib.
Oxu.Az xəbər verir ki, bu faktı layihənin sifarişçisi qismində çıxış edən "Trump Organization" şirkətinin rəsmisi təsdiqləyib.
"Büdcəsi 1.5 milyard Avstraliya dolları olaraq hesablanan layihə ətrafında aylarla sürən müzakirələr və əsassız vədlərin ardınca "Altus Property Group" şirkəti baza maliyyə öhdəliklərini belə qarşılamaq iqtidarında olmadığını nümayiş etdirib", - deyə qurum nümayəndəsi bildirib.
Həmçinin oxuyun
İnşaat şirkəti olan "Altus Property Group"un rəhbəri Devid Yunqun sözlərinə görə, İrandakı hərbi münaqişə və "bəzi digər olaylar" üzündən Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın brendi Avstraliya bazarında "toksik" mahiyyət qazanıb. "Trump Organization" təmsilçisi isə bu bəyanatı kəskin pisləyərək bildirib ki, "müqavilənin pozulmasında qlobal prosesləri günahlandırmaq" cəhdləri, sadəcə, "şəxsi xəta və uğursuzluqları ört-basdır etmək məqsədi daşıyan manipulyasiyadır". Rəsmi, həmçinin təşkilatın gələcəkdə Avstraliya ərazisində fərqli layihələr həyata keçirə biləcəyini də istisna etməyib.
Xatırladaq ki, ABŞ prezidentinin oğlu Erik Tramp bu ilin fevralında "X" sosial şəbəkəsində Avstraliyanın Qold-Kost şəhərində 91 mərtəbədən ibarət "Tramp Qülləsi"nin tikiləcəyini bəyan edərək layihənin eskizlərini paylaşmışdı. O cümlədən, bu binanın Avstraliyanın ən yüksək göydələni olacağı vurğulanmışdı. Lakin aylar ötsə də, inşaat işlərinə start verilməyib. Bununla yanaşı, bölgə sakinlərinin layihənin ləğv edilməsi tələbi ilə başlatdığı petisiyaya 142 mindən artıq şəxs imza atıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb
Belarusda tibb tələbələri və həkimlər üçün “MedExam” adlı virtual xəstə proqramı yaradılıb.AZƏRTAC Belarusun BelTA informasiya agentliyinə istinadla xəbər verir ki, layihə Vitebsk Dövlət Tibb Universiteti və Yüksək Texnologiyalar Parkının rezidentlərindən biri tərəfindən hazırlanıb. Məlumata görə, proqram simulyasiya olunmuş klinik şəraitdə diaqnoz və müalicə bacarıqlarının inkişafına xidmət edir.Platformanın açıq sistemi müxtəlif tibbi ssenarilərin əlavə edilməsinə imkan verir. Hazırda 12 ssenari hazırlanıb.Qeyd olunub ki, virtual xəstə proqramından həm təlim, həm də gələcək həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün istifadə ediləcək. ...
13 May 2026, 17:12
Trampın Çinə səfəri başlayıb
ABŞ Prezidenti Donald Tramp Çində səfərdədir.APA xəbər verir ki, Trampın təyyarəsi Pekində hava limanına eniş edib.Trampın Çin Xalq Respublikasının sədri Si Cin Pinlə görüşəcəyi gözlənilir.
13 May 2026, 16:02
Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb
Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb. Onların arasında Rusiyanın qanunsuz olaraq saxladığı yüzlərlə mülki şəxs də var.AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Komissarı, ombudsman Dmitri Lubinets parlamentdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, Rusiya əsirliyindən ümumilikdə 9048 Ukrayna vətəndaşı geri qaytarılıb. Bunlardan 452-si mülki şəxsdir.Ombudsman bildirib ki, 2025-ci ildə Ukrayna Rusiya tərəfi ilə birbaşa əlaqə saxlayıb. Bunun sayəsində Rusiyadakı məhbuslara 5 min bağlama isti geyim və tibbi ləvazimatlar və məktub göndərilib....
13 May 2026, 14:18
ABŞ şirkəti TRIPP ərazisində tədqiqat aparmaq üçün Ermənistana gedib
ABŞ-ın AECOM şirkətinin əməkdaşları TRIPP layihəsinin tikintisi ilə bağlı ərazinin araşdırılması məqsədilə Ermənistana səfər ediblər.APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ABŞ nümayəndə heyətini qəbul edib.Görüşdə ABŞ nümayəndələri texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim ediblər.
13 May 2026, 14:06
Serbiya NATO ilə ilk hərbi təlimlərini keçirir
Serbiya tarixində ilk dəfə olaraq NATO ölkələri ilə birgə hərbi təlimlər keçirib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, respublikanın Müdafiə Nazirliyi öz saytında məlumat verib.Bəyanatda deyilir: "NATO-Serbiya adlanan təlimdə Serbiya Ordusu və İtaliya, Rumıniya və Türkiyə silahlı qüvvələrindən təxminən 600 hərbçi, eləcə də Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan olan hərbi planlaşdırıcılar və müşahidəçilər iştirak edir".Təlimlərə Serbiyanın Üçüncü Ordu Briqadasının komandir müavini polkovnik Branislav Stevanoviçin rəhbərlik etdiyi dəqiqləşdirilir.Təlimlər taktiki səviyyədə keçirilir və 23 maya qədər davam edəcək. Departamentin məlumatına görə, təlimlər nəticəsində Serbiya və NATO əsgərlərinin "təcrübə mübadiləsi" apara və birgə əməliyyat bacarıqlarını inkişaf...
13 May 2026, 11:32
Qrenlandiyanın Baş naziri ABŞ ilə danışıqlarda irəliləyiş olduğunu bildirib
Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen Kopenhagendə keçirilən Demokratiya Sammitində Danimarka, Qrenlandiya və ABŞ arasında aparılan danışıqlarda müəyyən irəliləyişin olduğunu bildirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, “düzgün istiqamətdə bir neçə addım” atılsa da, hələlik konkret razılaşma əldə olunmayıb.Məlumata görə, ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək niyyəti müzakirə edilir və tərəflər yanvar ayından bəri bir neçə görüş keçirib.Qrenlandiya və Danimarka rəsmiləri isə adanın statusu ilə bağlı istənilən dəyişikliklərin geniş ictimai və siyasi müzakirə tələb etdiyini bildirirlər.Əli...
13 May 2026, 11:29