WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 13 May 2026, 21:04
315
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspress marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.
CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə əsasən,
Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu dəmiryol stansiyasının qarşısında təşkil ediləcək.
Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Ulduz” stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.
Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayş massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.
Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.
Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, “8-ci kilometr” bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.
Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.
Həmçinin oxuyun
Metronun “Azadlıq prospekti” stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, “Koroğlu” NMM-in yaxınlığında olacaq.
32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil ediləcək.
“Cəmşid Naxçıvanski adına Hərbi Lisey” istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları “Koroğlu” NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək.
18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək.
199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - “Gənclik” NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq.
133 nömrəli marşrutun son dayanacağı “Gənclik” NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, “Gənclik Mall”un qarşısında təşkil ediləcək.
Hövsan, Mərdəkan qəsəbələri və metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
AAYDA: Bakının İzmir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün saat 23:00-dan, 15 may saat 24:00-dək Bakının İzmir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Məlumata görə, məhdudiyyətin tətbiqi Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədardır.AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir....
13 May 2026, 21:14
Məşhur generalın xanımı vəkilliyə başladı
Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.Modern.az xəbər verir ki, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisinin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurmuşdu.Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlxanovun həyat yoldaşıdır. Hüseyn Əlixanov 2004-cü ildən Ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib.2007-ci...
13 May 2026, 17:33
Elçin Yusubov: "Xankəndi 80 min nəfərlik müasir mərkəzə çevriləcək"
Xankəndi təxminən 80 min nəfər əhalisi olmaqla Qarabağın aparıcı şəhərlərindən birinə çevriləcək.Citypost.az xəbər verir ki, bunu Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.O, bu barədə bu gün Xankəndidə keçirilmiş Milli Biznesin İnkişafı Forumunda danışıb.Xüsusi nümayəndə vurğulayıb ki, Xankəndi şəhərinin baş planı üzərində iş yaxın müddətdə tamamlanacaq və bu məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat çatdırılacaq: "Hazırda şəhərin inkişaf strategiyası qərb şirkətlərinin iştirakı ilə işlənib hazırlanır. Planın əsas istiqamətlərindən biri Xankəndinin "gənclər şəhəri" konsepsiyası əsasında inkişaf etdirilməsidir.Təhsil və sosial infrastrukturun gücləndirilməsi əsas prioritet sahələrdən biri olaraq təyin olunub. Xüsusi olaraq, Qarabağ Universiteti üçün geniş ərazilər ayrılıb...
13 May 2026, 17:25
Bakıda keçiriləcək beynəlxalq üzgüçülük turniri üçün müzakirələr aparılıb
Dünya Su İdmanı Federasiyasının (World Aquatics) nümayəndələri - Namhi Ço, Ben Haris və Vadim Axmadiyev Azərbaycana səfər ediblər.Azərbaycan Üzgüçülük Federasiyasından Citypost.az-a verilən məlumata görə, məqsəd oktyabrda keçiriləcək "Silk Road Tour"un Bakı mərhələsinin hazırlıq prosesi ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ofisini ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin WA rəsmiləri yarışın keçiriləcəyi Bakı Su İdmanı Sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar.Xatırladaq ki, 2026-cı ilin oktyabrın 1-3-də üzgüçülük üzrə "Silk Road Tour" Dünya Kubokunun...
13 May 2026, 17:18
ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirilib
Mayın 13-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC tərəfindən Biləcəri sahəsində növbəti iməcilik təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu (WUF13) öncəsi keçirilən aksiya “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.ADY-dən "APA-Economics"ə verilən məlumata görə,“Gələcək təmiz gələcək” şüarı altında keçirilən iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Müvafiq sanitar avadanlıqlarla təchiz olunan əməkdaşlar ərazini, xüsusilə də relslərin üzərini və ətrafını qatarların hərəkət təhlükəsizliyinə risk yaradan məişət tullantılarından təmizləyiblər. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.Bu təşəbbüs ADY-nin ekoloji məsuliyyətinin bir hissəsi olmaqla yanaşı, həm ətraf mühitin qorunmasına, həm infrastrukturun təhlükəsizliyinə, həm də mötəbər qlobal tədbir öncəsi şəhər ekologiyasının dəstəklənməsinə xidmət edir....
13 May 2026, 17:07
İran Ermənistana qaz ixracını bərpa edir
Ermənistana İrandan mayeləşdirilmiş qaz idxalı məsələsi həll olunub və yaxın günlərdə İran qazının ölkəyə tədarükünə başlanacaq. Modern.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.Nazirin sözlərinə görə, mayın əvvəlində Ermənistana daxil olan mayeləşdirilmiş qaz həcmi az olduğundan bazarda problemlər yaranıb.“Planımız Ermənistanı minimal həcmdə mayeləşdirilmiş qazla təmin etmək idi və hazırda bu təmin olunub. Ermənistanın hər yerində mayeləşdirilmiş qaz var”, – deyə Papoyan bildirib.Onun sözlərinə görə, İran İqtisadiyyat Nazirliyinin attaşesi ona qazın ixracı ilə bağlı məsələnin həll olunduğunu bildirib. Bu isə yaxın günlərdə İran qazının Ermənistana çatdırılacağı anlamına gəlir.Nazir əlavə edib...
13 May 2026, 17:00