Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşların müraciətlərini dinləyib
Cəmiyyət 15 May 2026, 17:28
31
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 15-də ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın rayonunda Laçın və Kəlbəcər rayonlarından olan sakinləri qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.
Həmçinin oxuyun
Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.Qeyd edək ki, WUF13 könüllüləri Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlarla ödənişsiz səfər edə bilərlər.Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun təhlükəsizliyinin tam təmin edilməsi üçün...
15 May 2026, 17:37
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şuşada bu şəhərdən, eləcə də Füzuli, Xocalı, Laçın, Ağdam, Xankəndi, Xocavənd, Kürdəmir, Ağcabədi rayonlarından və Xankəndi şəhərindən olan vətəndaşları qəbul edib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən işğaldan azad edilən ərazilərdə torpaq sahəsi ilə təmin olunma, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə bağlı yaranan borc, işlə təmin olunma, arıçılıq və digər məsələlərlə bağlı olub.M.Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi...
15 May 2026, 17:33
Energetika naziri Neftçalada vətəndaşlarla görüşüb
Energetika naziri Pərviz Şahbazov Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.Nazirlikdən Citypost.az-a bildirilib ki, görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, kəndin qazlaşdırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Neftçala, Biləsuvar rayonlarından və Bakı şəhərindən olan 11 vətəndaş iştirak edib....
15 May 2026, 17:14
BDU ilə AzMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Mayın 15-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb.Citypost.az xəbər verir ki, konfrans zamanı BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi, eləcə də tədris prosesinin təkmilləşdirilməsidir. Sənəd çərçivəsində memarlıq, şəhərsalma və mühəndislik sahələrində birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur.Qeyd edilib ki, bu əməkdaşlıq ali təhsil müəssisələri arasında inteqrasiyanın gücləndirilməsi, ölkənin davamlı...
15 May 2026, 17:06
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türküstan Bəyannaməsi imzalanıb
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşünün yekununda Türküstan Bəyannaməsini imzalayıblar.Bu barədə "Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir.
15 May 2026, 16:40
Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin-şəhidləri Sadıqov Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlu dəfn edilib.Qarabağ bürosunun məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidlərin qalıqları Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında şəhidlərin cərgəsində torpağa tapşırılıblar. Dəfn zamanı yaylım atəşi açılıb.Qeyd edək ki, hər iki şəhid 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb. Onların şəxsiyyətləri aparılan ekspertiza nəticəsində müəyyən olunub....
15 May 2026, 16:39