ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 15 May 2026, 17:37
138
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.
Xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.
Qeyd edək ki, WUF13 könüllüləri Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlarla ödənişsiz səfər edə bilərlər.
Həmçinin oxuyun
Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun təhlükəsizliyinin tam təmin edilməsi üçün vağzallarda və qatarlarda nəzarət tədbirləri gücləndiriləcək və bütün zəruri qabaqlayıcı tədbirlər görüləcək. Hüquq-mühafizə orqanlarının iştirakı ilə stansiyalarda təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət gücləndiriləcək.
ADY Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştiral edərək tədbir çərçivəsində “Şəhərlərin inkişafı və urbanizasiyada ADY-nin rolu” və “Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzularında infosessiyalar keçirəcək.
WUF13 günlərində hərəkət cədvəli barədə məlumatı dəmiryol kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və ya 24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Baş prokuror Masallı rayonunda vətəndaşları qəbul etdi
Mayın 15-də Baş prokuror Kamran Əliyev Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonundan olan vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.Qəbulda iştirak edən 51 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....
15 May 2026, 17:52
FHN-in Bakı Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqləri keçirildi
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətində və Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqləri keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə...
15 May 2026, 17:48
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şuşada bu şəhərdən, eləcə də Füzuli, Xocalı, Laçın, Ağdam, Xankəndi, Xocavənd, Kürdəmir, Ağcabədi rayonlarından və Xankəndi şəhərindən olan vətəndaşları qəbul edib.Citypost.az bu barədə nazirliyə istinadən xəbər verir.Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən işğaldan azad edilən ərazilərdə torpaq sahəsi ilə təmin olunma, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə bağlı yaranan borc, işlə təmin olunma, arıçılıq və digər məsələlərlə bağlı olub.M.Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi...
15 May 2026, 17:33
Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşların müraciətlərini dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 15-də ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın rayonunda Laçın və Kəlbəcər rayonlarından olan sakinləri qəbul edib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər...
15 May 2026, 17:28
Energetika naziri Neftçalada vətəndaşlarla görüşüb
Energetika naziri Pərviz Şahbazov Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.Nazirlikdən Citypost.az-a bildirilib ki, görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, kəndin qazlaşdırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Neftçala, Biləsuvar rayonlarından və Bakı şəhərindən olan 11 vətəndaş iştirak edib....
15 May 2026, 17:14
BDU ilə AzMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Mayın 15-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb.Citypost.az xəbər verir ki, konfrans zamanı BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi, eləcə də tədris prosesinin təkmilləşdirilməsidir. Sənəd çərçivəsində memarlıq, şəhərsalma və mühəndislik sahələrində birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur.Qeyd edilib ki, bu əməkdaşlıq ali təhsil müəssisələri arasında inteqrasiyanın gücləndirilməsi, ölkənin davamlı...
15 May 2026, 17:06