Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək

Siyasət 15 May 2026, 17:44

2368

Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.

Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Azərbaycan COP29 iqlim konfransında olduğu kimi, Ümumdünya Şəhərsalma Forumu platforması vasitəsilə də yeni tərəfdaşlar və dostlar qazanacaq, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək Qlobal şəhərsalma gündəliyinin Azərbaycanda müzakirə olunması, 180 ölkənin hər birinin öz təcrübəsini bölüşməsi təqdirəlayiqdir. Müasir dövrdə şəhərsalma yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, bu proses sosial rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması və rəqəmsal innovasiyaların vəhdətini təşkil edən mürəkkəb bir ekosistemdir. Bu kontekstdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin nüfuzlu tədbiri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platforma kimi çıxış edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları əsasında azad Qarabağımızda və azad Şərqi Zəngəzurumuzda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayır. Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma prinsiplərinə əsaslanan intibah dövrünü yaşayır. Bu torpaqlarda keçirilən Azərbaycan Milli Şəhərsalma forumları özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm çağırışları ehtiva edir. Bu tədbirlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına gedən yolun başlanğıcı kimi qəbul edildi. Ağdam, Zəngilan və Xankəndi şəhərlərinin ev sahibliyi ilə keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarının iştirakçılarının say tərkibində hər dəfə nəzərə çarpan artımlar tədbirin əhəmiyyətini, müzakirəyə çıxarılan mövzuların aktuallığını, ən əsası tədbirin keçirildiyi məkanların rolunu bir daha təsdiqlədi. Artıq paytaxt Bakı ilə yanaşı, regionlarımızın, işğaldan azad edilmiş ərazilərimizin diplomatik mərkəz kimi dünyanın diqətində olması onların müasir şəhərsalma standartlarına yüksək səviyyədə cavab verdiklərini sübut edir. Bir sözlə, ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan qlobal çağırışları özündə ehtiva edən bu kimi tədbirlərə ev sahibliyi ilə beynəlxalq aləmdə söz sahibliyini, liderliyini təsdiqləyir. Hər bir ölkənin təqdimatında onun sabit, təhlükəsiz məkan olması əsas faktorlardan biridir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsini şərtləndirən amillərdən biri məhz budur. Ən təhlükəsiz ölkə kimi tanınan Azərbaycanın bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının müzakirəyə çıxardığı mövzu günümüzün əsas hədəfini açıqlayır. Bakı Forumunda əsas müzakirə mövzusu olacaq dayanıqlı və təhlükəsiz şəhərlərin qurulması təcrübə mübadiləsini, səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Şəhərsalma hər bir ölkənin müasirliyə, yeniliyə önəmini nümayiş etdirməklə yanaşı, iqtisadi imkanlarının təqdimatında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın dayanıqlı iqtisadi inkişafı qarşıya qoyulan hər bir hədəfə doğru inamla irəliləməsini şərtləndirir. Şəhərlərimiz sürətlə böyüyür, bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan inkişaf strategiyasında bütün bu məqamlara xüsusi önəm verir.

Millət vəkili bildirib ki, mayın 17-dən 22-dək davam edəcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası gündəmə gətirdiyi məsələlərlə bağlı uğurlu nəticələrin əldə edilməsi ilə tarixə düşəcək. Buna əsas verən Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olması, eyni zamanda, ev sahibliyi etdiyi hər bir tədbirin uzun illər uğurlu nəticələri ilə diqqətdə olmasıdır. 2024-cü ildə ev sahibliyi etdiyimiz COP29 iqlim konfransının nəticələri bu gün də dünya mətbuatında geniş müzakirə edilir. Həmin tədbir iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi. 80 ölkənin dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yüksək səviyyədə keçirilməsinin qonaqlarda yaratdığı xoş təəssüratlardan qürur duyduq. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr edilmiş xüsusi Nazirlər Görüşü əvvəlki illərdən fərqli olaraq bütün gün ərzində davam edən genişformatlı tədbirə çevrildi. Dövlətimizin başçısı İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək onu da bildirmişdir ki, mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm dialoq məkanı rolunu oynayacaq. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ model müəyyənləşdirmək imkanı yaradacaq. Azərbaycan üçün bu Forum həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır. Hazırda Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasının uğurları ilə diqqətdədir. Bu strategiya rəqəmsal transformasiya, dayanıqlı urbanizasiya və əhalinin yüksək rifah halını hədəfləyir, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ənənəvi modeldən fərqli, innovativ texnologiyalara əsaslanan yeni yaşayış məntəqələrinin qurulmasını təmin edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dailr Milli Prioritetlər”də Qarabağın və Şərqi Zəngəzurun yaşıl zonaya və dayanıqlı inkişaf məkanına çevrilməsi hədəflənib. Tədbirdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər tədbirdə 32 mindən artıq iştirakçının bir araya gəlməsi Azərbaycanın uğurudur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: Rusiyada hərbi təzyiq güclənir

Professor Qulu Məhərrəmli Ukrayna-Rusiya cəbhəsində son günlər müşahidə olunan hərbi gərginliklə bağlı paylaşım edibCitypost.az xəbər verir ki, professor bildirib ki, Ukrayna ordusu son 3–4 gündə əməliyyatların gedişində ciddi dönüş yaradaraq Rusiyaya qarşı aktiv hücumlar həyata keçirir. Onun sözlərinə görə, Krımın faktiki olaraq Rusiya ilə əlaqələrinin zəifləməsi müşahidə olunur.Qulu Məhərrəmli qeyd edib ki, Ukrayna tərəfindən istifadə olunan “Flaminqo” raketləri və dronlar vasitəsilə Sankt-Peterburqdan Moskva və Tatarıstana qədər müxtəlif bölgələr hədəfə alınır, xüsusilə enerji infrastrukturuna ciddi zərbələr endirilir.Professorun sözlərinə görə, hazırda Rusiyanın bir sıra şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnalları verilir, həmçinin yol və nəqliyyat məhdudiyyətləri səbəbindən Krım və...

15 İyun 2026, 09:49

Ceyhun Məmmədov: Uğurların başlanğıcı 15 İyun

Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edibCitypost.az xəbər verir ki, deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.Ceyhun Məmmədov qeyd edib ki, bu gün milli birliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi tarixə düşüb və əldə olunan uğurların təməlində həmin dövrdə atılan uzaqgörən addımlar dayanır.Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün...

15 İyun 2026, 09:45

Ədalət Verdiyev: Saziş İranı çətin vəziyyətə sala bilər

Hərbi ekspert Ədalət Verdiyev İsrailin Livana endirdiyi zərbələrdə mümkün fasilə və ABŞ ilə İran arasında İsveçrədə gözlənilən sazişlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin Livana hərbi əməliyyatları müvəqqəti dayandıracağı təqdirdə, iyunun 19-da İsveçrədə ABŞ və İran arasında çərçivə sazişinin imzalanması ehtimalı yaranır. Bildirilir ki, nəzərdə tutulan sənəd əsasən çərçivə xarakteri daşıyacaq və yaxın iki ay ərzində icra planının hazırlanmasını əhatə edəcək.Ədalət Verdiyev qeyd edib ki, sazişin bütün bəndləri ictimaiyyətə tam şəkildə açıqlanacağı halda, İran cəmiyyətində ciddi narazılıqlar yarana bilər. Onun fikrincə, bu, müharibə dövründə itkilərin və daxili siyasi-hərbi proseslərin fonunda ölkə daxilində məyusluğa səbəb ola bilər.Ekspert...

15 İyun 2026, 09:43

Azər Qismət o tarixi görüşdən yazdı

Jurnalist Azər Qismət Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Ermənistanın ikinci prezidenti Robert Köçəryan arasında 1999-cu ildə Sədərəkdə keçirilən görüşlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Azər Qismət bildirib ki, həmin görüşün videogörüntülərini izləmək onda hər zaman xüsusi hisslər oyadır:“Həyatda iki səhnəyə baxa bilmirəm. Biri “Ölsəm, bağışla” filminin final səhnəsi, digəri isə 1999-cu ildə Heydər Əliyevlə Robert Köçəryan arasında keçirilən görüşdür”.Jurnalistin sözlərinə görə, Sədərəkdə baş tutan görüş zamanı Robert Köçəryanın davranışları diqqət çəkir:“Köçəryanın jestləri, gülüşü və laqeyd görünən davranışları onun danışıqlara həvəssiz yanaşdığını göstərirdi. Onun baxışları sanki işğal altında olan torpaqların taleyi ilə bağlı aparılan müzakirələrin nəticə verməyəcəyinə işarə edirdi”.Azər Qismət qeyd edib ki,...

15 İyun 2026, 09:36

E.Şahinoğlu: Sülhün gecikməsi Kremlin maraqlarına xidmət edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Rusiyaya səfər edəcək. Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla iki ölkə arasında münasibətlərin hazırki durumu ilə yanaşı Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazirlərin 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının fəallaşdırılması ətrafında da fikir mübadiləsi aparılacağı bildirilib. Moskva son zamanlar bu formatı fəallaşdırmağa çalışır. Bunun sadə səbəbi var. Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın Cənubi Qafqaza təsir imkanların getdikcə azalır, Moskvanın bölgədə uzun illər forpostu rolunda çıxış edən Ermənistan da əldən çıxmaq üzrədir. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu...

15 İyun 2026, 09:26

Heydər Oğuz: Körfəzin “xüms”ü Vaşinqtona gedir

Kimin dərdi daha böyükdür: “Qara qızların”, yoxsa “sarı oğlanların”? – Trampın “xüms” qurbanlarıTəkcə qara qızınmı dərdi var?ABŞ prezidenti Donald Trampın "The New York Times" qəzetinə verdiyi açıqlamasından aydınlaşır ki, yox; “sarı oğlanlar”ın dərdi qara qızların dərdindən daha böyük imiş.Tramp açıqlamasında deyib: “İranla nüvə razılaşmasına nail ola bilməsən, ABŞ-ı 20% gəlir müqabilində Yaxın Şərqin keşikçisinə çevirəcəyik”.O, xəbərdarlıq edib ki, İranla yekun nüvə razılaşması əldə olunmasa, Tehrana qarşı hərbi hücumlar yenidən başlayacaq və Vaşinqtonu regionun gəlirlərinin 20 faizi müqabilində “Yaxın Şərqin keşik çəkəcək”. Yəni dünyanın ən zəngin ərəb ölkələrinin qazancının beşdə biri müqabilində ABŞ Yaxın Şərqin jandarmı rolunu oynayacaq. Yeri gəlmişkən, məncə, Tramp...

15 İyun 2026, 08:52