Bizə yazın

Baku

-°C

USD

-

Sabiq nazir ermənilərin yazdığı şərhlərə cavab verdi

Siyasət 18 May 2026, 10:33

1307

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Ermənistan tərəfdən ünvanlanan şərhlərə cavab olaraq geniş açıqlama yayıb.

Citypost.az xəbər verir ki, O, erməni şərhçilərdən birinə cavabında bildirib:

“Artur Osipyan “Mənə elə gəlir ki, siz müzakirənin mövzusunu dəyişmək istəyirsiniz.

Əgər mənim süni intellektə istinad edən ilkin paylaşımıma baxsanız, aydın görünür ki, mən oxucuların diqqətini 1920–1989-cu illər ərzində Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhədlərin dəyişmə dinamikasına yönəltmək istəyirəm. Çünki sərhədlərin müəyyənləşdirilməsi üçün əsas kimi Alma-Ata Bəyannaməsi təklif olunur (orada “mövcud sərhədlər”dən bəhs edilir).

Bizim aramızda isə 1989-cu ildən sonra de-fakto və de-yure sərhədlər mövcud olmayıb. Çünki Ermənistan parlamenti müstəqillik bəyannaməsi və Konstitusiyaya əsaslanaraq “miatsum” qərarı ilə sovet inzibati sərhədini ləğv edib. Buna görə də sərhədlərin müəyyən edilməsi üçün 28 aprel 1920-ci ildən başlayan sovet inzibati sərhədlərinin istənilən variantı əsas götürülə bilər.

Ona görə də sizin və bir çox erməni şərhçilərin region xalqlarının tarixi və etnogenezi ilə bağlı sualları mövzudan yayınma cəhdi kimi qəbul edirəm.

Sizə və digər şərhçilərə aşağıdakı sənədləri əsas götürməyi tövsiyə edirəm:

– Vaşinqton və Praqa razılaşmaları;

– Alma-Ata Bəyannaməsi (şərhlər deyil, məhz mətn);

– sərhəd dəyişiklikləri ilə bağlı arxiv sənədləri;

– Ermənistanın müstəqillik bəyannaməsi və Konstitusiyası;

– parlament tərəfindən edilmiş düzəlişlər.

Hələlik bu qədər kifayətdir. Əgər sual yaranarsa, verə bilərsiniz.

Siz və digər erməni şərhçilər anlamalısınız ki, 28 aprel 1920-ci ildən əvvəlki bütün xəritələr, sənədlər və tarixçilərin fikirləri aktual deyil və mənim paylaşımımın mövzusu ilə əlaqəli deyil.”

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Şükürov: Milli Qurtuluş Günü Azərbaycanın xilasının təməlidir

Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilən 15 İyun - Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizin ən əlamətdar və taleyüklü hadisələrindən biridir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq, müstəqilliyini itirmək və siyasi xəritədən silinmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyması ilə səciyyələnir. Milli Qurtuluş Günü xalqın öz xilaskar liderinə olan sonsuz etimadının, dövlətçilik ənənələrinə sadiqliyinin və müstəqil Azərbaycan naminə nümayiş etdirdiyi milli həmrəyliyin təntənəsi kimi tariximizə həkk olunmuşdur.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.Deputat əlavə edib ki, Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilən 15...

12 İyun 2026, 21:10

Azər Həsrət: ABŞ-ın zərbələri və Güney Azərbaycanla bağlı iddialar düzgün təqdim edilmir  

Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət ABŞ-ın İrana endirdiyi zərbələrlə bağlı iddialara münasibət bildirib.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında yazıb ki, ABŞ-nin hücumları əsasən İranın fars bölgələrinə yönəlir və bu prosesdə Güney Azərbaycanın hədəf alınmadığı qeyd olunur.Azər Həsrət bildirib ki, İran tərəfi isə cavab addımları kimi raketləri Təbriz və Zəncan ərazilərindən istiqamətləndirir.Jurnalist bu vəziyyətin yanlış interpretasiyalar yaratdığını vurğulayaraq, bəzi şəxslərin hadisələri “Güney Azərbaycan vurulur” kimi təqdim etməsinə etiraz edib.Onun sözlərinə görə, mövcud informasiya axını emosional və yanlış nəticələrə səbəb ola bilər və hadisələr daha diqqətli şəkildə analiz edilməlidir.Əli...

12 İyun 2026, 10:41

Tofiq Zülfüqarov: 1994 və 2020-ni müqayisə etmək olmaz

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistan cəmiyyətində və bəzi ekspert dairələrində səsləndirilən “siz birinci Qarabağ müharibəsini, biz isə ikinci Qarabağ müharibəsini uduzduq” tezisini tənqid edib.Citypost.az xəbər verir ki, Tofiq Zülfüqarov bildirib ki, 1994-cü ildə əldə olunan atəşkəs razılaşması ilə 2020-ci ilin nəticələrini müqayisə etmək doğru deyil. Onun sözlərinə görə, 1994-cü ildə tərəflər arasında yazılı sülh sazişi imzalanmayıb, yalnız atəşkəs barədə razılıq əldə olunub və həmin razılaşma tərəflərin hüquqi statusunu müəyyənləşdirməyib.Sabiq nazir qeyd edib ki, həmin dövrdə tərəflər döyüş əməliyyatlarının dayandırıldığı vaxt tutduqları mövqelərdə qalıblar. O vurğulayıb ki, danışıqlar birbaşa qarşı tərəflə deyil, ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik...

12 İyun 2026, 09:55

Heydər Oğuz: “Ya İran Trampı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir”  

ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları müxtəlif reaksiyalara səbəb olub.Jurnalist Heydər Oğuz sosial şəbəkə hesabında paylaşdığı fikirlərində bildirib ki, Tramp son aylarda dəfələrlə İranla “tarixi” və ya “fövqəladə” razılaşma əldə olunduğunu bəyan etsə də, bu açıqlamaların əksəriyyəti real nəticələrlə müşayiət olunmayıb.Onun sözlərinə görə, Tramp son açıqlamasında İrana qarşı planlaşdırılan hərbi əməliyyatların dayandırıldığını, həmçinin danışıqlarda ciddi irəliləyiş əldə edildiyini bildirib. ABŞ prezidenti razılaşmanın yaxın günlərdə imzalana biləcəyini və bunun nəticəsində Hörmüz boğazının açılacağını qeyd edib.Lakin İran tərəfi danışıqların mətni üzrə yekun razılığın əldə olunması barədə iddiaları təkzib edib.Məsələyə münasibət bildirən Heydər Oğuz qeyd edib ki, Trampın tez-tez dəyişən bəyanatları...

12 İyun 2026, 09:50

Zaur Əliyev kürd-erməni əməkdaşlığından yazdı

Professor Zaur Əliyev ABŞ Prezidenti Donald Trampın kürdlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək tarixi bir sənədi ictimaiyyətə təqdim edib.Citypost.az xəbər verir ki, Zaur Əliyev qeyd edib ki, Trampın “ABŞ-ın İranda yaşayan və hakimiyyəti dəstəkləməyən kürdlərə verdiyi silahların başqalarına ötürülməyərək onların özlərində saxlanılması” barədə açıqlaması ona tarixi bir faktı xatırladıb.Professorun sözlərinə görə, söhbət Türkiyə Daxili İşlər Nazirliyinin Urfadakı xüsusi şöbəsinin 24 yanvar 1937-ci ildə Baş Qərargaha göndərdiyi sənəddən gedir.Sənəddə qeyd olunur ki, Hasiçədən (müasir Suriyanın Əl-Həsəkə şəhəri) erməni və ərəb liderləri kürd qəbilə başçısı Hajo Ağanın yanına gələrək toplantı keçiriblər. Toplantıda Suriyanı qorumaq məqsədilə türklərə qarşı silahlı dəstələrin yaradılması, həmçinin Fransanın...

12 İyun 2026, 08:41

Pərvanə Vəliyeva: Şuşa Bəyannaməsi qardaşlığın siyasi təsdiqidir

15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, “Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi. Bu gün biz əminliklə deyə bilərik ki, dünyada elə iki dövlət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-biri ilə bu qədər yaxın dostluq və qardaşlıq münasibətlərində olsun. Şuşa bəyannaməsi məhz, bu dostluq və qardaşlığın institutsionallaşdırılması, “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsi idi.Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında...

11 İyun 2026, 15:10