Sabiq prezident Bibiheybət məscidini ziyarət edib
Cəmiyyət 19 May 2026, 11:07
331
Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF 13) iştirak etmək üçün Bakıya gələn Mavriki Respublikasının sabiq prezidenti Əminə Qurib-Fakim Bibiheybət məscidini ziyarət edib.
Citypost.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev qonaqlara Bibiheybət ziyarətgahının tarixi, Azərbaycan dövləti tərəfindən məscid-kompleksdə həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.
Ziyarətgah kompleksi ilə yaxından tanış olan Mavriki Respublikasının keçmiş rəhbəri Əminə Qurib-Fakim burada ziyarətçilərə yaradılan şəraiti yüksək qiymətləndirib, qədim dini-tarixi məkanı görməkdən məmnun qaldığını bildirib.
Həmçinin oxuyun
Sonda qonağa və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub. (Reytinq.az)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mikayıl Cabbarov Deryageldi Orazovla görüşdü
Azərbaycan və Türkmənistan arasında iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edilib.Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Nazir qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu ölkəmizdə qarşılayıb.İki ölkə arasında investisiya, nəqliyyat-logistika, tranzit daşımaları sahəsində əməkdaşlığın müsbət nəticələrini, ticarət, enerji və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi məsələlərini müzakirə edilib....
19 May 2026, 12:01
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək
Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.Citypost.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir: "Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur....
19 May 2026, 11:30
Aslan İsmayılov: “Gənclər qaydaları kobud pozur”
Aslan İsmayılov Bakıda yol hərəkəti qaydalarının pozulması ilə bağlı sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, Vəkil qeyd edib ki, Bibiheybət–AzNeft dairəsi istiqamətində hərəkət edərkən iki dəfə piyadaların qaydaları kobud şəkildə pozduğu və qəza riski yaratdığı halların şahidi olub. Onun sözlərinə görə, piyada keçidi olmayan yerdən telefonla danışaraq yolu keçən gənc xanımlar yalnız sürücülərin operativ reaksiyası nəticəsində mümkün faciədən xilas olublar.Aslan İsmayılov bildirib ki, belə halların artması ciddi narahatlıq doğurur və xüsusilə gənclər arasında qaydalara laqeyd yanaşma müşahidə olunur. O, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının bu kimi pozuntulara daha sərt nəzarət etməsinin vacibliyini vurğulayıb.Vəkil həmçinin qeyd...
19 May 2026, 10:41
Ədalət Verdiyev: “Sarkis Saturyan qeyri-ciddi fikirlər səsləndirir”
Ədalət Verdiyev Ermənistanla bağlı növbəti paylaşımı ilə diqqət çəkib.Citypost.az xəbər verir ki, hərbi ekspert sosial şəbəkə hesabında müasir Ermənistan ədəbiyyatının nümayəndələrindən biri kimi təqdim etdiyi Sarkis Saturyanın “Erməni Arzusu” adlı kitabına münasibət bildirib. Ədalət Verdiyev qeyd edib ki, kitabın adı qonşu ölkədə fəaliyyət göstərən Gürcü Arzusu partiyasının adını xatırladır.O bildirib ki, müəllif kitabında “ən böyük erməni arzusu”nun “hayların Allah ilə müqavilə bağlaması” olduğunu iddia edir.Paylaşımının sonunda hərbi ekspert Sarkis Saturyanı tənqid edərək ironik fikirlər səsləndirib və onun açıqlamalarını qeyri-ciddi adlandırıb.Əli...
19 May 2026, 10:31
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev görüşün əhəmiyyətindən danışıb, belə tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Akademiya rəisi nəzəri biliklərin praktiki...
19 May 2026, 10:30
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bir sıra görüşlər keçirib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Məlumatda qeyd edilib ki, Misir Ərəb Respublikasının təhsil və texniki təhsil naziri Mohamed Abdel Latif ilə görüş zamanı tərəflər təhsil sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb. Eyni zamanda mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.Emin Əmrullayevin serbiyalı həmkarı Dejan Vuk Stankoviç ilə baş tutan görüşündə də iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.Bundan başqa, Emin Əmrullayev qlobal texnologiya şirkətləri olan "Microsoft" və...
19 May 2026, 10:08