Bizə yazın

Baku

-°C

USD

-

Pişiklər niyə sudan qorxur?  

Maraqlı 19 May 2026, 09:56

301

Bir çox insan pişiklərin sudan niyə qaçdığını maraq edir. Əslində bunun səbəbi onların həm instinktiv davranışları, həm də bədən quruluşları ilə əlaqədardır.

Citypost.az xəbər verir ki, pişiyin tükləri islandıqda suyun ağırlığı səbəbindən kürkü ağırlaşır və bu da onun rahat hərəkət etməsinə mane olur. Nəticədə pişik özünü narahat, müdafiəsiz və təhlükədə hiss edir.

İslanmış vəziyyətdə pişiklərin çevikliyi azalır, qaçmaq və sürətli hərəkət etmək qabiliyyəti zəifləyir. Bu isə onlarda güvənsizlik hissi yaradır. Bundan əlavə, pişiklər bədənlərindəki özünəməxsus qoxu vasitəsilə ətraf mühiti və özlərini tanıyırlar. Su həmin tanış qoxunu aradan qaldırdığı üçün pişikdə narahatlıq və stress yaranır.

Gözlənilmədən su ilə təmas da pişiklərdə nəzarəti itirmək hissi yaradır. Onlar adətən olduqları mühiti idarə etməyi sevən heyvanlardır və qəfil islanmaq bu balansı pozur.

Bütün bu səbəblər bir araya gəldikdə, su pişiklər üçün sadəcə narahatlıq deyil, eyni zamanda ciddi stress və qorxu mənbəyinə çevrilir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Niyə ona həm “Zəncirli mülk”, həm də “Ütü ev” deyirlər?

İçərişəhər ərazisində yerləşən və qədim Bakının ən maraqlı memarlıq nümunələrindən hesab olunan tarixi tikili illərdir “Zəncirli mülk” və “Ütü ev” adları ilə tanınır. Özünəməxsus memarlıq quruluşu və maraqlı tarixçəsi ilə seçilən bina bu gün də paytaxtın ən diqqətçəkən abidələrindən biri hesab olunur.Citypost.az-ın məlumatına görə, Böyük Qala və Qüllə küçələrinin başlanğıcında yerləşən bina həm memarlıq xüsusiyyətləri, həm də keçmişi ilə tarixsevərlərin marağına səbəb olur. Arxiv materiallarına əsasən, vaxtilə tikilinin dam hissəsində və yan tərəflərində müxtəlif heykəllər yerləşib.Damın mərkəzində yerləşən yunan üslublu qadın heykəlinin hər iki tərəfinin zəncirlərlə birləşdirilməsi səbəbindən bina xalq arasında “Zəncirli mülk” adı ilə məşhurlaşıb.Tikilinin ikinci məşhur adı olan...

19 May 2026, 11:53

Günəş balığı niyə dənizin ən qəribə canlılarından hesab olunur?  

Dənizlərin ən qeyri-adi canlılarından biri hesab olunan günəş balığı həm görünüşü, həm davranışı, həm də yaşam tərzi ilə alimlərin diqqətini çəkməyə davam edir. Nəhəng ölçüsünə baxmayaraq zəif hərəkət qabiliyyətinə malik olan bu balıq bir çox xüsusiyyətinə görə “dənizin ən qəribə canlısı” adlandırılır.Citypost.az xəbər verir ki, araşdırmalara görə, günəş balığının üzgəcləri digər balıqlarla müqayisədə kifayət qədər zəifdir və bu səbəbdən istiqamət dəyişməkdə çətinlik çəkir. Əksər hallarda su axınları onu hansı istiqamətə aparırsa, həmin istiqamətdə hərəkət edir.Məlumatlara əsasən, günəş balığı aktiv ov edən canlı deyil. O, əsasən kiçik dəniz orqanizmləri ilə qidalanır və çox vaxt yeməyin ona yaxınlaşmasını gözləyir. Maraqlısı isə budur...

19 May 2026, 10:55

Suyun altında başlayan həyat: Begemot balaları  

Begemot balalarının su altında doğulması təbiətin ən maraqlı hadisələrindən biri hesab olunur. Bu canlılar doğum prosesini suyun içində həyata keçirir və bala dünyaya gələn kimi həyatda qalmaq üçün xüsusi instinktiv reflekslərə sahib olur.Citypost.az-ın məlumatına görə, doğum anında balanın orqanizmi artıq müəyyən qədər formalaşmış vəziyyətdə olur və göbək bağı vasitəsilə ana bətnində oksigen ehtiyacı qarşılanır. Dünyaya gəldiyi ilk saniyələrdən etibarən səthə çıxmaq üçün instinktiv hərəkət edir, burun dəlikləri refleks olaraq bağlanır və boğulmanın qarşısı alınır.Təxminən 8 ay davam edən hamiləlik dövründə begemot balasında orqanların sürətli inkişafı baş verir. İlk mərhələlərdə ürək döyünməyə başlayır, qan dövranı sistemi formalaşır, daha sonra isə beyin...

18 May 2026, 10:40

Kirpi tikanları necə yaranır və möhkəmlənir?  

Kirpilər təhlükə zamanı tikanlarını qabardaraq özlərini qoruyan ən maraqlı canlılardan biri hesab olunur. Ancaq bir çox insanın bilmədiyi maraqlı fakt ondan ibarətdir ki, bu iti tikanlar kirpi balaları ana bətnində olarkən formalaşmağa başlayır.Citypost.az xəbər verir ki, alimlərin sözlərinə görə, ilk baxışda təhlükəli görünən bu tikanlar doğum zamanı ana kirpiyə heç bir zərər vermir. Çünki kirpi balası dünyaya gələnə qədər tikanlar tamamilə yumşaq, elastik və dərinin altında gizli vəziyyətdə olur.Mütəxəssislər bildirirlər ki, hamiləlik dövründə balanın dərisində milyonlarla xüsusi follikul yaranır və həmin follikullar “keratin” adlı zülal ifraz etməyə başlayır. Bu zülal insan saçının və dırnaqlarının əsas quruluş maddəsi ilə eynidir. Məhz...

18 May 2026, 10:09

Dəniz xiyarı təhlükə zamanı daxili orqanlarını bədənindən çıxarır

Okeanların ən qəribə canlılarından biri hesab olunan dəniz xiyarı və ya dəniz salatalığı təhlükə hiss etdiyi zaman inanılmaz müdafiə mexanizmi işə salır.Citypost.az-ın məlumatına görə, alimlərin sözlərinə görə, bu canlı bəzi hallarda mədəsini, bağırsaqlarını, hətta tənəffüs sistemi ilə bağlı orqanlarını belə bədənindən xaricə ata bilir.Mütəxəssislər bildirirlər ki, bu proses biologiyada “evisserasiya” adlanır. Təhlükə anında dəniz xiyarının bədən divarındakı əzələlər güclü şəkildə yığılır, daxili təzyiq artır və nəticədə bəzi daxili orqanlar bədəndən xaric olur.Araşdırmalara görə, xaricə atılan bu orqanlar sadəcə təsadüfi toxuma parçaları deyil. Onlar yapışqan və zəhərli xüsusiyyətə malik olur. Həmin orqanların tərkibində “holoturin” adlı toksik maddə yerləşir. Bu maddə yırtıcını...

18 May 2026, 09:47

Dezodorantlar tərləməni dayandırır, yoxsa sadəcə qoxunu gizlədir?  

Bir çox insan düşünür ki, dezodorantlar tər vəzilərini bağlayaraq tərləməni tamamilə dayandırır. Halbuki mütəxəssislərin sözlərinə görə, tərləmənin özü əslində qoxusuzdur. Tər əsasən sudan və duzdan ibarət olur.Bəs o zaman xoşagəlməz qoxu necə yaranır?Citypost.az xəbər verir ki, alimlər bildirirlər ki, qoltuqaltı nahiyəsində yaşayan milyonlarla bakteriya ifraz olunan təri parçalayır. Məhz bu proses nəticəsində müxtəlif qoxulu maddələr və qazlar əmələ gəlir. İnsanların hiss etdiyi pis qoxunun əsas səbəbi də bakteriyaların fəaliyyəti hesab olunur.Mütəxəssislər qeyd edirlər ki, adi dezodorantların əsas funksiyası tərləməni tam dayandırmaq deyil, bakteriyaların çoxalmasını azaltmaq və qoxunu neytrallaşdırmaqdır.Dezodorantların tərkibində olan xüsusi antibakterial maddələr bakteriyaları ya məhv edir, ya da onların...

15 May 2026, 10:57