Ceyhun Məmmədov: WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunu göstərir
Siyasət 19 May 2026, 09:31
358
Mayın 18-də Bakıda BMT-nin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi təntənəli şəkildə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm beynəlxalq tədbirdə iştirak etdilər.
Belə bir forumun məhz Azərbaycanda keçirilməsi dərin mənaya malikdir. Son illərdə ölkəmizin beynəlxalq arenada qazandığı nüfuz, həyata keçirilən geniş miqyaslı quruculuq layihələri və şəhərsalma sahəsindəki müasir yanaşmalar Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş və əməkdaşlıq mərkəzi kimi tanındığını açıq şəkildə nümayiş etdirir.
Müasir dünya sürətlə dəyişməkdədir. Urbanizasiya prosesləri, iqlim dəyişiklikləri, əhali artımı, miqrasiya axınları və yeni iqtisadi çağırışlar şəhər inkişafına tamamilə fərqli yanaşmalar tələb edir. Belə bir tarixi mərhələdə WUF13 kimi beynəlxalq platformaların rolu xüsusilə artır. Çünki bu tribunada müzakirə olunan məsələlər yalnız tikinti və infrastrukturla məhdudlaşmır — söhbət insanların yaşam keyfiyyətindən, sosial rifah səviyyəsindən, ekoloji sabitlikdən, davamlı inkişafdan və gələcək nəsillərə layiqli mühitin təmin edilməsindən gedir.
Prezident İlham Əliyev açılış mərasimindəki nitqində Azərbaycanın zəngin tarixi-mədəni irsindən, ölkədə qorunan qədim memarlıq nümunələrindən və şəhərsalma ənənələrindən ətraflı bəhs etdi. Dövlət başçısı Bakının tarixi görünüşünün qorunmasının, İçərişəhər kimi dünya əhəmiyyətli abidələrin yaşadılmasının Azərbaycanın milli-mədəni dəyərlərə verdiyi önəmin bariz göstəricisi olduğunu qeyd etdi. Eyni zamanda regionlarımızdakı tarixi abidələrin və qədim yaşayış məskənlərinin bərpası sahəsindəki işlər ölkəmizin mədəni irsə olan dərin məsuliyyətini açıq şəkildə ortaya qoyur.
Dövlət başçısı öz çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa-quruculuq prosesinə xüsusi diqqət yetirdi. Bildirdi ki, onilliklər boyu işğal altında qalaraq viran edilmiş şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, tarixi və dini abidələr əvvəlki əzəmətinə qovuşdurulur. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan azad olunmuş torpaqlarda yalnız yeni yaşayış məntəqələri inşa etmir, həm də həmin ərazilərin tarixi kimliyini və mədəni ruhunu yenidən dirçəldir.
Bu gün işğaldan azad olunmuş torpaqlarda görülən işlər beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi mühüm inkişaf nümunəsinə çevrilib. Qısa müddət ərzində yolların, hava limanlarının, yaşayış məntəqələrinin, sosial infrastrukturun və rabitə şəbəkələrinin qurulması Azərbaycan dövlətinin gücünü, idarəçiliyin səmərəliliyini və möhkəm siyasi iradəni bütün dünyaya nümayiş etdirir. Doğma yurd-yuvalarına qayıdan soydaşlarımızın sevinci isə həyata keçirilən dövlət siyasətinin ən dəyərli bəhrəsidir.
Forum çərçivəsində davamlı şəhərsalma, sosial inklüzivlik, iqlim çağırışları, rəqəmsal transformasiya və gələcəyin şəhərləri mövzusunda aparılan müzakirələr Azərbaycanın bu sahədə beynəlxalq dialoqda fəal iştirakçı olduğunu bir daha təsdiqlədi. Bununla yanaşı, bu forum ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da dərinləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan yalnız enerji, nəqliyyat-logistika və geosiyasi baxımdan deyil, humanitar və inkişaf platforması olaraq da beynəlxalq arenada mövqeyini getdikcə möhkəmləndirir. COP29-un Azərbaycanda keçirilməsinin ardınca WUF13 kimi nüfuzlu forumun da Bakıda təşkil olunması beynəlxalq birliyin ölkəmizə olan inamının və hörmətinin bariz ifadəsidir.
Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionda sabitlik, təhlükəsizlik və inkişaf məkanı kimi qəbul olunur. Dünyanın müxtəlif bölgələrindəki münaqişələr, siyasi böhranlar və iqtisadi qeyri-sabitlik fonunda ölkəmizdəki sabit inkişaf mühiti beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir.
WUF13 forumu bir daha sübut etdi ki, Azərbaycan gələcəyə hesablanmış strateji düşüncəyə malik dövlətdir. Ölkəmiz müasir şəhərsalma, innovasiya, davamlı inkişaf və insan kapitalının gücləndirilməsi istiqamətində mühüm addımlar atır və bu kurs qətiyyətlə davam etdirilir.
Əminliklə demək olar ki, Azərbaycanın bu gün qazandığı uğurlar, böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və qlobal təşəbbüslərdə fəal iştirakı dövlətimizin artan gücünün, siyasi nüfuzunun və xalqımızın möhkəm birliyinin parlaq təcəssümüdür.
Ceyhun Məmmədov
Millət vəkili
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elxan Şahinoğlu: Rusiya-Çin münasibətləri getdikcə birtərəfli xarakter alır
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb. Kreml sahibi səfərdən bir gün əvvəl videomüraciət formasında açıqlama verərək iki ölkə arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. Putinin Pekinə səfəri ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən bir neçə gün sonraya təsadüf etdiyinə görə, Rusiya Prezidenti açıqlamasında zəruri əlavəsini də unutmayıb: “Rusiya-Çin dostluq münasibətləri hər hansı bir ölkəyə qarşı yönəlməyib”. Rusiya Prezidenti, iki ölkə arasında iqtisadi əməkdaşlığı ön plana çəkərək ikitərəfli ticarət dövriyyəsinin 200 milyard dolları keçdyini və hesablaşmaların rubl və yuanla həyata keçirildiyini xatırladıb. Vladimir Putin iki ölkə arasındakı əlaqələrin qarşılıqlı anlaşma və etimada, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla bir-birinin əsas...
19 May 2026, 11:44
Vüsal Məmmədov: İran böhranı artıq normaya çevrilir
Vüsal Məmmədov beynəlxalq siyasi proseslər və Yaxın Şərqdə gərginliklə bağlı sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan zərbələrin Qətər və BƏƏ rəhbərlərinin xahişi ilə təxirə salındığı barədə açıqlamaları müharibə və hərbi əməliyyatların həssaslığını bir daha gündəmə gətirir. O qeyd edib ki, hərbi qərarlar “mən ölüm – sən öl” məntiqi ilə deyil, daha geniş geosiyasi və diplomatik amillərlə qiymətləndirilir.Vüsal Məmmədov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin də oxşar şəkildə qoşunların Kiyev ətrafından geri çəkilməsi ilə bağlı əvvəlki bəyanatları olmuşdu.Jurnalist Körfəz regionu ölkələrinin İrana qarşı hərbi əməliyyatlara ehtiyatlı yanaşdığını, bunun səbəbinin isə mümkün...
19 May 2026, 11:18
Sabiq nazir ermənilərin yazdığı şərhlərə cavab verdi
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Ermənistan tərəfdən ünvanlanan şərhlərə cavab olaraq geniş açıqlama yayıb.Citypost.az xəbər verir ki, O, erməni şərhçilərdən birinə cavabında bildirib:“Artur Osipyan “Mənə elə gəlir ki, siz müzakirənin mövzusunu dəyişmək istəyirsiniz.Əgər mənim süni intellektə istinad edən ilkin paylaşımıma baxsanız, aydın görünür ki, mən oxucuların diqqətini 1920–1989-cu illər ərzində Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhədlərin dəyişmə dinamikasına yönəltmək istəyirəm. Çünki sərhədlərin müəyyənləşdirilməsi üçün əsas kimi Alma-Ata Bəyannaməsi təklif olunur (orada “mövcud sərhədlər”dən bəhs edilir).Bizim aramızda isə 1989-cu ildən sonra de-fakto və de-yure sərhədlər mövcud olmayıb. Çünki Ermənistan parlamenti müstəqillik bəyannaməsi və Konstitusiyaya...
18 May 2026, 10:33
Yusuf Tekinay: İlham Əliyevin bu çağırışı həm də gənc nəsilin qarşısında mühüm vəzifələr qoyur
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır” fikrini səsləndirmişdi. Bu dəfə isə Türkistanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev bəyan edib ki, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Bu çağırış türk dünyasında geniş əks-səda doğurub.Öz növbəsində mövzu ilə bağlı Citypost.az-a açıqlama verən Şimali Kiprdə fəaliyyət göstərən Gənc İş İnsanları Dərnəyinin (GİAD) sədri Yusuf Tekinay öncə onu deyib ki, cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi çox güclü və dərin məna daşıyan mesajdır: “Çünki “ailə” anlayışı yalnız siyasi yaxınlığı deyil, eyni...
18 May 2026, 09:28
Tural İrfan: ABŞ özünü supergüc hesab edir, lakin...
Lütf içində qəhr, qəhr içində lütf əta etmək ilahi hikmətdəndir. Dini inanca görə ilkin mənada yağış rəhmətdir. Lakin bəzən bu rəhmətin içində lənət də gələ bilir. Necə ki, Nuh tufanı da rəhmət adlandırdığımız yağışla başladı. Yaxud xəbərdarlıq, ibrət, ilahi mesaj təbiət hadisələri vasitəsilə əyan olub bəyan edilir.İnsan bəzən hər şeyə qadir olduğunu düşünür, eqosu yerə - göyə sığmır. Amma evini sel basanda çarəsizcə boynunu bükür. Bu, ilahi mesajdır. Nüvə bombası atmadan, silah işlətmədən Yerin sahibi suyun miqdarını bir azca artırır.ABŞ özünü supergüc hesab edir. Lakin tsunamilər, zəlzələlər qarşısında Fələstin körpələrindən daha aciz duruma düşür. Lut qövmü dövrünün bütün nailiyyətlərinə sahib...
18 May 2026, 08:12
Fərid Əkbərli: “Bakıda keçirilən forum ölkənin nüfuzunu göstərir”
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakıda keçirilir. Dünyada ən mühüm urbanizasiya platformalarından biri sayılan bu forum, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir. Tədbir Azərbaycanın beynəlxalq ictimaiyyətlə inteqrasiyasının növbəti təzahürü kimi dəyərləndirilir.Naxçıvandan olan mədəniyyət işçisi və ictimai fəal Fərid Əkbərli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.Oxu24.com-a açıqlama verən Fərid Əkbərlinin sözlərinə görə, belə beynəlxalq tədbirlərin Bakıda təşkil olunması ölkənin beynəlxalq arenada mövqeyinin və nüfuzunun bariz göstəricisidir.İctimai fəal vurğulayıb ki, forum çərçivəsində şəhərlərin inkişafı, dayanıqlı yaşayış, urbanizasiya və ictimai iştirakçılıq kimi mühüm mövzular müzakirəyə çıxarılır. Onun fikrincə, bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən...
17 May 2026, 19:34