Bizə yazın

Baku

-°C

USD

-

3 həftədən çox davam edən öskürək nəyi göstərə bilər?  

Tibb 19 May 2026, 11:51

401

Üst tənəffüs yolu infeksiyaları keçirdikdən sonra bir çox insanda öskürək bir neçə həftə davam edə bilər. Adətən bu öskürəklər tədricən azalır və öz-özünə keçib gedir.

Citypost.az xəbər verir ki,əgər öskürək zamanı yüksək hərarət, döş qəfəsində ağrı, nəfəs darlığı və ciddi halsızlıq kimi əlamətlər yoxdursa, bu vəziyyət çox vaxt ciddi problem hesab olunmur. Lakin öskürək 3 həftədən artıq davam edərsə, artıq diqqətlə araşdırılması tövsiyə olunur.

Uzunmüddətli öskürəyin əsas səbəbləri arasında Postnazal axıntı sindromu, Qastroezofageal reflüks xəstəliyi və Allergik rinit kimi hallara tez-tez rast gəlinir.

Bundan əlavə, bəzi hallarda yüksək təzyiq üçün istifadə olunan dərmanlar da yan təsir kimi uzunmüddətli öskürəyə səbəb ola bilər. Bu halda dərmanın dəyişdirilməsi və ya tənzimlənməsi üçün həkimə müraciət etmək vacibdir.

Mütəxəssislər bildirirlər ki, 3 həftədən uzun sürən öskürək mütləq həkim tərəfindən qiymətləndirilməli və səbəbə yönəlik müalicə aparılmalıdır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mioma nədir və hansı əlamətlərlə özünü göstərir?  

Uşaqlıq mioması qadınlarda ən çox rast gəlinən ginekoloji problemlərdən biridir. Bu xəstəlik uşaqlığın əzələ hüceyrələrindən inkişaf edən, adətən xoşxassəli xarakter daşıyan hormon-asılı törəmələr kimi xarakterizə olunur.Citypost.az xəbər verir ki, miomanın ən çox rast gəlinən əlamətlərindən biri uzunmüddətli və həddindən artıq menstrual qanaxmalardır.Normalda 2–7 gün davam edən aybaşı mioma zamanı 7–8 gün və daha uzun müddət çəkə bilər. Bu isə orqanizmdə qan azlığı və ümumi zəiflik kimi problemlərə səbəb ola bilər.Böyük ölçülü miomalar qonşu orqanlara təzyiq göstərdikdə əlavə şikayətlər də yaranır. Belə hallarda xəstələrdə qarının aşağı hissəsində ağrılar, qəbizlik, sidik kisəsinə təzyiq nəticəsində tez-tez sidiyə getmə ehtiyacı müşahidə oluna bilər.Mütəxəssislərin bildirdiyinə...

19 May 2026, 08:26

Stomatoloq: “Dişlərin gündə iki dəfə fırçalanması vacibdir”  

Diş və ağız boşluğu sağlamlığının qorunması üçün gündəlik gigiyena qaydalarına əməl etmək vacib hesab olunur.Mütəxəssislər bildirirlər ki, düzgün qulluq edilmədiyi halda dişlərdə çürümə, diş əti problemləri və digər stomatoloji xəstəliklərin yaranma riski artır. Bununla yanaşı, yalnız ev şəraitində edilən qulluq hər zaman kifayət etmir və müəyyən aralıqlarla peşəkar stomatoloji baxış da vacib sayılır.Stomatoloq İsgəndər İsgəndərli Citypost.az-a açıqlamasında bildirib ki, dişlərin sağlam qalması üçün ilk növbədə gündəlik ağız gigiyenasına ciddi şəkildə əməl olunmalıdır. Onun sözlərinə görə, insanlar gündə ən azı iki dəfə dişlərini düzgün qaydada fırçalamalıdırlar. Həkim qeyd edib ki, dişlərin yalnız səhər deyil, xüsusilə gecə yatmazdan əvvəl təmizlənməsi olduqca vacibdir.İ.İsgəndərli...

18 May 2026, 12:00

Uzun müddət telefon istifadəsi depressiv əlamətlər yarada bilər   

Son illər smartfon və sosial şəbəkələrdən həddindən artıq istifadə insanların həm fiziki, həm də psixoloji sağlamlığına təsir edən əsas problemlərdən birinə çevrilib. Xüsusilə gecə saatlarınadək telefondan istifadə etmək, fasiləsiz internetdə vaxt keçirmək və yuxu rejiminin pozulması bir çox insanlarda psixoloji gərginlik yaradır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, telefon və sosial şəbəkələr birbaşa depressiya yaratmasa da, depressiv əlamətlərin ortaya çıxmasına ciddi təsir göstərə bilər. Xüsusilə gecə saatlarında uzun müddət telefondan istifadə edən insanlarda yuxu keyfiyyəti pozulur və bu da psixoloji vəziyyətə mənfi təsir edir.Mütəxəssislərin sözlərinə görə, telefon ekranından yayılan işıq beynin dərin yuxuya keçməsinə mane olur. Nəticədə insan səhər yorğun,...

18 May 2026, 10:42

Dermatoloqlardan xəbərdarlıq: pullu dəmrov yalnız dəri xəstəliyi deyil  

Psoriaz və ya xalq arasında “pullu dəmrov” kimi tanınan xəstəlik təkcə dəri problemi hesab olunmur. Citypost.az-a mütəxəssislər bildirirlər ki, bu xəstəlik zamanında nəzarət altına alınmadıqda oynaqlara və bəzi daxili orqanlara da ciddi təsir göstərə bilər.Həkimlərin sözlərinə görə, psoriaz xəstələrinin müəyyən hissəsində zamanla “psoriatik artrit” adlanan oynaq xəstəliyi inkişaf edir. Statistik məlumatlara əsasən, təxminən hər 5 psoriaz xəstəsindən birində bu problemə rast gəlinə bilər. Bəzi hallarda isə oynaq problemləri dəri əlamətləri olmadan belə başlaya bilir.Mütəxəssislər qeyd edirlər ki, psoriatik artrit zamanı əl və ayaq barmaqlarında şişkinlik, ağrı və hərəkət məhdudiyyəti yaranır. Xüsusilə barmaq falangalarının şişməsi “daktilit” adlanan vəziyyətə səbəb olur. Bu zaman...

18 May 2026, 08:46

Uşaqlarda xoruldama və ağız açıq nəfəs alma ciddi problemlərin xəbərçisi ola bilər  

Mütəxəssislər bildirirlər ki, uşaqlarda davamlı xoruldama, ağız açıq nəfəs alma və burun tutulması valideynlərin ciddi yanaşmalı olduğu problemlərdəndir.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu hallar əksər vaxt burun əti və boğaz ətinin böyüməsi ilə əlaqəli olur və uşağın həm sağlamlığına, həm də inkişafına mənfi təsir göstərə bilər.Həkimlər qeyd edirlər ki, normalda uşaq burun vasitəsilə rahat nəfəs almalıdır. Əgər uşaq daim ağız açıq şəkildə nəfəs alırsa, xüsusilə gecələr xoruldayırsa, bu artıq hava yollarında maneənin olduğunu göstərə bilər. Belə uşaqların bir çoxunda yeməkdən qaçma halları da müşahidə olunur. Çünki ağız onların əsas nəfəs alma yoluna çevrildiyi üçün yemək yeyərkən nəfəs almaqda...

15 May 2026, 10:55

Göz ətrafına botoks vurulması katarakta yaradırmı?  

Son illərdə estetik prosedurlar arasında Botoks injeksiyalarına maraq xeyli artıb. Xüsusilə göz ətrafındakı qırışların aradan qaldırılması məqsədilə tətbiq edilən botoksla bağlı ən çox verilən suallardan biri də onun göz sağlamlığına təsiri və katarakta yaradıb-yaratmamasıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, botoks əsasən əzələlərə təsir edən preparatdır və göz ətrafında yerləşən mimik əzələlərin fəaliyyətini müvəqqəti zəiflətmək üçün istifadə olunur. Həkimlər bildirirlər ki, hazırkı tibbi müşahidələrdə botoksun birbaşa Katarakta yaratdığı və ya onun inkişafını sürətləndirdiyi elmi şəkildə təsdiqlənməyib.Lakin mütəxəssislər qeyd edirlər ki, botoks tamamilə risksiz prosedur da hesab olunmur. Xüsusilə inyeksiyanın düzgün nahiyəyə vurulmaması və ya preparatın ətraf toxumalara yayılması bəzi fəsadlara...

15 May 2026, 10:44