Bizə yazın

Baku

-°C

USD

-

Elxan Şahinoğlu: Rusiya-Çin münasibətləri getdikcə birtərəfli xarakter alır

Siyasət 19 May 2026, 11:44

290

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb. Kreml sahibi səfərdən bir gün əvvəl videomüraciət formasında açıqlama verərək iki ölkə arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. Putinin Pekinə səfəri ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən bir neçə gün sonraya təsadüf etdiyinə görə, Rusiya Prezidenti açıqlamasında zəruri əlavəsini də unutmayıb: “Rusiya-Çin dostluq münasibətləri hər hansı bir ölkəyə qarşı yönəlməyib”. Rusiya Prezidenti, iki ölkə arasında iqtisadi əməkdaşlığı ön plana çəkərək ikitərəfli ticarət dövriyyəsinin 200 milyard dolları keçdyini və hesablaşmaların rubl və yuanla həyata keçirildiyini xatırladıb. 

Vladimir Putin iki ölkə arasındakı əlaqələrin qarşılıqlı anlaşma və etimada, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla bir-birinin əsas maraqlarına dəstək üzərində qurulduğunu vurğulayıb. Putin Rusiya ilə Çin arasındakı sıx əlaqələrin strateji xarakter daşıdığı qənaətindədir. Onun fikrincə, belə bir tandem qlobal miqyasda sabitləşdirici rol oynayır. 

Rusiya-Çin münasibətlərindəki real vəziyyət Putinin söylədiyi kimi deyil. Bu münasibətlər getdikcə birtərəfli xarakter alıb. Rusiya 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropaya sata bilmədiyi neft və qazın böyük həcmini Çinə istiqamətləndirib. Rusiya 2024-cü ildə Çinə təxminən 129 milyard dollar dəyərində mal göndərib - bunların böyük əksəriyyəti xam neft, kömür və təbii qazdan ibarət olub. Ümumilikdə müharibə başladıqdan bu yana Çin Rusiyadan 372 milyard dollar həcmində neft və təbii qaz və digər qanacaq məhsulları alıb. Bunun qarşılığında Rusiya Çinə böyük endirimlərə getmək məcburiyyətində qalıb. 

Beləliklə, Rusiya Çindən əldə etdiyi maliyyə hesabına Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək imkanı qazanıb. Ona görə Qərb ölkələrində belə bir rəy var ki, Pekin Moskvaya təsir etsə, Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Pekinin Rusiya hakimiyyətinin siyasətinə təsir etmək fikri yoxdur. Əksinə, Çin qonşusuna hərbi sahədə də yardımlarını əsirgəmir. 

Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da, qonşusuna milyardlarla dollar dəyərində ikili təyinatlı mallar - hərbi tətbiqi olan mülki məhsullar və texnologiyalar tədarük edib. Bunlar Rusiyanın müdafiə sənayesinin davamlılığına kömək edib. Rusiya həm Çin bazarından, həm də texnologiyalarından asılı vəziyyətə düşüb. Bu ona görə baş verib ki, ABŞ, Avropa Birliyi ölkələri və Böyük Britaniya yarımkeçiricilərin, mikroelektronikanın, dəqiq dəzgahların və silah istehsalı üçün vacib olan digər ikili təyinatlı malların Rusiyaya ixracını qadağan ediblər. Bu isə Rusiyada sənayesində kəskin çatışmazlıqlar yaradıb. “Bloomberg” agentliyinin məlumatına görə, Çin texnologiyası Rusiyaya raketlər, dronlar və digər silahlar istehsalını davam etdirməyə və hətta genişləndirməyə imkan verib və müharibə iqtisadiyyatını işlək vəziyyətdə saxlayıb. 

Müharibə bitdikdən sonra Rusiyanın Çindən asılılığı azalmayacaq. Pekinin Moskva üzərindəki təsiri qarşıdakı illərdə daha da artacaq. Bu Çinin maraqlarına uyğundur. Çinin Rusiya-Ukrayna müharibəsində birincinin məğlubiyyətində maraqlı olmamasının başqa səbəbi də var və bu səbəbi Çinin xarici işlər naziri Van İ bir neçə ay əvvəl Brüsseldəki görüşlərində açıq səsləndirmişdi: “Rusiya müharibədə məğlub olarsa, ABŞ Çini hədəf götürəcək”. Yəni Van İ demək istəyib ki, nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, ABŞ Çinin artan gücünün qarşısını ala bilməyəcək. Pekin eyni səbəbdən İrandakı rejimin də ABŞ qarşısında məğlub olmasını istəmir.

Elxan Şahinoğlu

Politoloq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vüsal Məmmədov: İran böhranı artıq normaya çevrilir

Vüsal Məmmədov beynəlxalq siyasi proseslər və Yaxın Şərqdə gərginliklə bağlı sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan zərbələrin Qətər və BƏƏ rəhbərlərinin xahişi ilə təxirə salındığı barədə açıqlamaları müharibə və hərbi əməliyyatların həssaslığını bir daha gündəmə gətirir. O qeyd edib ki, hərbi qərarlar “mən ölüm – sən öl” məntiqi ilə deyil, daha geniş geosiyasi və diplomatik amillərlə qiymətləndirilir.Vüsal Məmmədov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin də oxşar şəkildə qoşunların Kiyev ətrafından geri çəkilməsi ilə bağlı əvvəlki bəyanatları olmuşdu.Jurnalist Körfəz regionu ölkələrinin İrana qarşı hərbi əməliyyatlara ehtiyatlı yanaşdığını, bunun səbəbinin isə mümkün...

19 May 2026, 11:18

Ceyhun Məmmədov: WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunu göstərir

Mayın 18-də Bakıda BMT-nin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi təntənəli şəkildə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm beynəlxalq tədbirdə iştirak etdilər.Belə bir forumun məhz Azərbaycanda keçirilməsi dərin mənaya malikdir. Son illərdə ölkəmizin beynəlxalq arenada qazandığı nüfuz, həyata keçirilən geniş miqyaslı quruculuq layihələri və şəhərsalma sahəsindəki müasir yanaşmalar Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş və əməkdaşlıq mərkəzi kimi tanındığını açıq şəkildə nümayiş etdirir.Müasir dünya sürətlə dəyişməkdədir. Urbanizasiya prosesləri, iqlim dəyişiklikləri, əhali artımı, miqrasiya axınları və yeni iqtisadi çağırışlar şəhər inkişafına tamamilə...

19 May 2026, 09:31

Sabiq nazir ermənilərin yazdığı şərhlərə cavab verdi

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Ermənistan tərəfdən ünvanlanan şərhlərə cavab olaraq geniş açıqlama yayıb.Citypost.az xəbər verir ki, O, erməni şərhçilərdən birinə cavabında bildirib:“Artur Osipyan “Mənə elə gəlir ki, siz müzakirənin mövzusunu dəyişmək istəyirsiniz.Əgər mənim süni intellektə istinad edən ilkin paylaşımıma baxsanız, aydın görünür ki, mən oxucuların diqqətini 1920–1989-cu illər ərzində Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhədlərin dəyişmə dinamikasına yönəltmək istəyirəm. Çünki sərhədlərin müəyyənləşdirilməsi üçün əsas kimi Alma-Ata Bəyannaməsi təklif olunur (orada “mövcud sərhədlər”dən bəhs edilir).Bizim aramızda isə 1989-cu ildən sonra de-fakto və de-yure sərhədlər mövcud olmayıb. Çünki Ermənistan parlamenti müstəqillik bəyannaməsi və Konstitusiyaya...

18 May 2026, 10:33

Yusuf Tekinay: İlham Əliyevin bu çağırışı həm də gənc nəsilin qarşısında mühüm vəzifələr qoyur  

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır” fikrini səsləndirmişdi. Bu dəfə isə Türkistanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev bəyan edib ki, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Bu çağırış türk dünyasında geniş əks-səda doğurub.Öz növbəsində mövzu ilə bağlı Citypost.az-a açıqlama verən Şimali Kiprdə fəaliyyət göstərən Gənc İş İnsanları Dərnəyinin (GİAD) sədri Yusuf Tekinay öncə onu deyib ki, cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi çox güclü və dərin məna daşıyan mesajdır: “Çünki “ailə” anlayışı yalnız siyasi yaxınlığı deyil, eyni...

18 May 2026, 09:28

Tural İrfan: ABŞ özünü supergüc hesab edir, lakin...

Lütf içində qəhr, qəhr içində lütf əta etmək ilahi hikmətdəndir. Dini inanca görə ilkin mənada yağış rəhmətdir. Lakin bəzən bu rəhmətin içində lənət də gələ bilir. Necə ki, Nuh tufanı da rəhmət adlandırdığımız yağışla başladı. Yaxud xəbərdarlıq, ibrət, ilahi mesaj təbiət hadisələri vasitəsilə əyan olub bəyan edilir.İnsan bəzən hər şeyə qadir olduğunu düşünür, eqosu yerə - göyə sığmır. Amma evini sel basanda çarəsizcə boynunu bükür. Bu, ilahi mesajdır. Nüvə bombası atmadan, silah işlətmədən Yerin sahibi suyun miqdarını bir azca artırır.ABŞ özünü supergüc hesab edir. Lakin tsunamilər, zəlzələlər qarşısında Fələstin körpələrindən daha aciz duruma düşür. Lut qövmü dövrünün bütün nailiyyətlərinə sahib...

18 May 2026, 08:12

Fərid Əkbərli: “Bakıda keçirilən forum ölkənin nüfuzunu göstərir”

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakıda keçirilir. Dünyada ən mühüm urbanizasiya platformalarından biri sayılan bu forum, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir. Tədbir Azərbaycanın beynəlxalq ictimaiyyətlə inteqrasiyasının növbəti təzahürü kimi dəyərləndirilir.Naxçıvandan olan mədəniyyət işçisi və  ictimai fəal Fərid Əkbərli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.Oxu24.com-a açıqlama verən Fərid Əkbərlinin sözlərinə görə, belə beynəlxalq tədbirlərin Bakıda təşkil olunması ölkənin beynəlxalq arenada mövqeyinin və nüfuzunun bariz göstəricisidir.İctimai fəal vurğulayıb ki, forum çərçivəsində şəhərlərin inkişafı, dayanıqlı yaşayış, urbanizasiya və ictimai iştirakçılıq kimi mühüm mövzular müzakirəyə çıxarılır. Onun fikrincə, bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən...

17 May 2026, 19:34