Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov BMT baş direktorunun müavini ilə görüşüb 

Cəmiyyət 21 May 2026, 16:02

322

21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək birgə fəaliyyət perspektivləri və miqrasiya proseslərinin idarə edilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

Tərəflər ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı ilə qurduğu uzunmüddətli münasibətlərin dinamikasını müsbət qiymətləndirib.

Miqrasiya sahəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində reallaşdırılan müştərək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müqabil tərəfə işğaldan azad edilmiş ərazilərdə icra olunan irimiqyaslı infrastruktur layihələri və regionun iqtisadi reabilitasiyası barədə ətraflı məlumat verilib.

Hökumətin əsas strateji prioritetlərindən biri olan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına dayanıqlı və mərhələli şəkildə qayıdışının uğurla həyata keçirildiyi vurğulanıb.

Uqoçi Daniels Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları, xüsusilə məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən işləri, “Böyük Qayıdış” proqramını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumun ölkəmizlə miqrasiya sahəsində əməkdaşlığı davam etdirməyə və müvafiq layihələrə zəruri dəstək verməyə hazır olduğunu bildirib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Avstraliya General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib 

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.APA xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir"....

21 May 2026, 16:42

Tailand Kralı Azərbaycan liderini təbrik edib 

Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə, xalqınıza əmin-amanlıq və firavanlıq arzu edirəm.Tailand ilə Azərbaycan arasında 30 ildən artıq davam edən, qarşılıqlı anlaşmaya və ortaq dəyərlərə əsaslanan dostluq münasibətləri əhəmiyyətli dərəcədə inkişaf etmişdir.Qəti şəkildə əminəm ki, biz güclü iradəmizlə ölkələrimizin və xalqlarımızın mənafeyi naminə dostluq münasibətlərimizi möhkəmləndirmək, xüsusilə ticarət, investisiya və turizm sahələrində ikitərəfli əməkdaşlığımızın inkişafı istiqamətində fəaliyyətimizi davam etdirərək birgə səylərimizi daha da artıracağıq"....

21 May 2026, 16:40

Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik edib 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri, əziz Qardaşım.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.Zati-alinizlə və əziz Qardaşımız Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Azərbaycanda iştirak etmək şərəfinə nail olduğum Müstəqillik Günü tədbirləri yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq.Zati-aliləri, Pakistan müdrik rəhbərliyinizlə davamlı şəkildə güclənən və inkişaf...

21 May 2026, 16:37

Trinidad və Tobaqo Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib 

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqalu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.Zati-aliləri, Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:35

Mavritaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri, əziz Qardaşım.Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,dost Azərbaycan xalqına yeni-yeni uğurlar və firavanlıq arzulayıram.Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri daha da artırmaq niyyətimizi xüsusi vurğulayıram.Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”....

21 May 2026, 16:34

Cozef Aun Prezident İlham Əliyevə təbrik ünvanlayıb 

Livan Respublikasının Prezidenti general Cozef Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir.Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:33