Azərbaycan və Belarus şəhərsalma üzrə əməkdaşlığın inkişafını müzakirə edib
Cəmiyyət 21 May 2026, 15:29
313
Azərbaycan və Belarus arasında şəhərsalma üzrə əməkdaşlığın inkişafı müzakirə edilib.
Citypost.az-a bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb
Məlumata görə, qurumun sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Belarusun memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüş keçirib.
Həmçinin oxuyun
Görüş zamanı iki ölkə arasında həyata keçirilən birgə şəhərsalma, memarlıq, eləcə də layihələndirmə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri çərçivəsində hər iki ölkənin layihə institutları arasında əməkdaşlıq, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş haqqı açıqlanıb
Bakı–Tbilisi–Bakı sərnişin qatarında komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.Citypost.az-a bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata görə, siniflər üzrə gediş haqqı aşağıdakı kimi olacaq:
21 May 2026, 16:08
Kral Filip İlham Əliyevi təbrik edib
Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.Citypost.az məlumatına görə, təbrikə deyilir:"Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".
21 May 2026, 16:05
Ceyhun Bayramov BMT baş direktorunun müavini ilə görüşüb
21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək birgə fəaliyyət perspektivləri və miqrasiya proseslərinin idarə edilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.Tərəflər ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı ilə qurduğu uzunmüddətli münasibətlərin dinamikasını müsbət qiymətləndirib.Miqrasiya sahəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində reallaşdırılan müştərək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.Görüş zamanı müqabil tərəfə işğaldan azad edilmiş ərazilərdə icra olunan...
21 May 2026, 16:02
Mərakeş Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri, əziz Qardaşım.Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı sıx münasibətlərə çox böyük dəyər verirəm.Əməkdaşlığımız onu dərinləşdirmək və qardaş ölkələrimizin vətəndaşlarının istəklərinə uyğun olan xüsusi tərəfdaşlıq qurmaq əzmimizlə daha da möhkəmlənir”....
21 May 2026, 16:00
Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Zati-aliləri cənab Prezident.Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram"....
21 May 2026, 15:59
Petr Pavel Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Zati-aliləri.İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım.Çex Respublikası Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir və əməkdaşlığı daha da möhkəmləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir. Ölkələrimiz arasında enerji, sənaye, ticarət, investisiya, elm və təhsil sahələrində davamlı inkişaf edən əlaqələri yüksək qiymətləndiririk və tərəfdaşlığımızın hər iki ölkə üçün faydalı olacağına əminik. Biz, həmçinin Azərbaycanın daha geniş regionda sabitliyə və əməkdaşlığa töhfə verən tərəfdaş kimi mühüm rolunu yüksək dəyərləndiririk.Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”....
21 May 2026, 15:58