Bizə yazın

Baku

-°C

USD

-

Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib 

Cəmiyyət 21 May 2026, 15:56

285

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi təbrik edib.

Citypost.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Zoran Milanoviç

Xorvatiya Respublikasının Prezidenti

Xəbər yenilənir

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik edib 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri, əziz Qardaşım.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.Zati-alinizlə və əziz Qardaşımız Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Azərbaycanda iştirak etmək şərəfinə nail olduğum Müstəqillik Günü tədbirləri yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq.Zati-aliləri, Pakistan müdrik rəhbərliyinizlə davamlı şəkildə güclənən və inkişaf...

21 May 2026, 16:37

Trinidad və Tobaqo Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib 

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqalu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.Zati-aliləri, Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:35

Mavritaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri, əziz Qardaşım.Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,dost Azərbaycan xalqına yeni-yeni uğurlar və firavanlıq arzulayıram.Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri daha da artırmaq niyyətimizi xüsusi vurğulayıram.Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”....

21 May 2026, 16:34

Cozef Aun Prezident İlham Əliyevə təbrik ünvanlayıb 

Livan Respublikasının Prezidenti general Cozef Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir.Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:33

CAR Prezidenti İlham Əliyevi təbrik edib 

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:32

Malta Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb 

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”....

21 May 2026, 16:24