Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə görüşdü
Cəmiyyət 21 May 2026, 15:47
250
Azərbaycan və Dünya Bankı arasında "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işləri müzakirə edilib.
Citypost.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb
Məlumata görə, bu gün nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının "Yaşanıla bilən Bakı" layihə qrupunun nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə hazırlıq mərhələsində olan "Yaşanıla bilən Bakı" layihəsi çərçivəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupu arasında əməkdaşlığın əsas istiqamətləri, eləcə də ölkədə və regionda davamlı şəhər inkişafı, ekoloji dayanıqlıq və yaşıl infrastrukturun təşviqi məsələləri müzakirə olunub.
Nazir deyib ki, Dünya Bankı ilə tərəfdaşlıq Azərbaycanda sosial-iqtisadi inkişafın dəstəklənməsi, institusional islahatların dərinləşdirilməsi və müasir, dayanıqlı infrastrukturun formalaşdırılması baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, "Yaşanıla bilən Bakı" layihəsi paytaxtda ekoloji mühitinin yaxşılaşdırılması, iqlimə dayanıqlığının artırılması və daha dayanıqlı şəhər inkişafı modelinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Nazir onu da bildirib ki, layihə şəhər infrastrukturunun və ictimai məkanların yenilənməsini, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsini, çirklənmiş ərazilərin bərpasını, eləcə də şəhər idarəetmə sistemlərinin gücləndirilməsini nəzərdə tutur. S.Babayev layihənin mərhələli və prioritet əsasda icrasının vacibliyini vurğulayaraq, hazırlıq işlərinin Dünya Bankı ilə sıx koordinasiya şəraitində davam etdirildiyini bildirib və göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Həmçinin oxuyun
Dünya Bankının nümayəndə heyəti Azərbaycanda həyata keçirilən şəhərsalma və iqlim yönümlü islahatları yüksək qiymətləndirərək, "Yaşanıla bilən Bakı" layihəsinin müasir şəhər inkişafı və ekoloji transformasiya baxımından nümunəvi təşəbbüs ola biləcəyini qeyd edib.
Görüşdə həmçinin, ölkəmizdə həyata keçirilən digər infrastruktur və sosial yönümlü təşəbbüslər, o cümlədən regional yol infrastrukturu və məşğulluğa dəstək proqramları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər layihənin növbəti mərhələlərində institusional koordinasiyanın gücləndirilməsinin, texniki hazırlıq səviyyəsinin artırılmasının və uzunmüddətli dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Koreya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram”....
21 May 2026, 16:13
Məhəmməd bin Salman Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az-a xəbər verir ki, məktubda deyilir:“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.Zati-alinizə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.Qardaş Azərbaycan Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.Zati-alinizə hörmət və ehtiramımı ifadə edirəm”.
21 May 2026, 16:11
İsveç Kralı Azərbaycan Prezidentini təbrik edib
İsveç Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib."Report" xəbər verir ki, İsveç Kralının təbrik məktubunda deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
21 May 2026, 16:10
Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş haqqı açıqlanıb
Bakı–Tbilisi–Bakı sərnişin qatarında komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.Citypost.az-a bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata görə, siniflər üzrə gediş haqqı aşağıdakı kimi olacaq:
21 May 2026, 16:08
Kral Filip İlham Əliyevi təbrik edib
Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.Citypost.az məlumatına görə, təbrikə deyilir:"Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram".
21 May 2026, 16:05
Ceyhun Bayramov BMT baş direktorunun müavini ilə görüşüb
21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək birgə fəaliyyət perspektivləri və miqrasiya proseslərinin idarə edilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.Tərəflər ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı ilə qurduğu uzunmüddətli münasibətlərin dinamikasını müsbət qiymətləndirib.Miqrasiya sahəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində reallaşdırılan müştərək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.Görüş zamanı müqabil tərəfə işğaldan azad edilmiş ərazilərdə icra olunan...
21 May 2026, 16:02