Bizə yazın

Baku

-°C

USD

-

Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik ünvanlayıb 

Cəmiyyət 21 May 2026, 15:59

326

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Trinidad və Tobaqo Respublikasının Prezidenti Azərbaycan liderini təbrik edib 

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqalu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.Zati-aliləri, Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:35

Mavritaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri, əziz Qardaşım.Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,dost Azərbaycan xalqına yeni-yeni uğurlar və firavanlıq arzulayıram.Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri daha da artırmaq niyyətimizi xüsusi vurğulayıram.Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”....

21 May 2026, 16:34

Cozef Aun Prezident İlham Əliyevə təbrik ünvanlayıb 

Livan Respublikasının Prezidenti general Cozef Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir.Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:33

CAR Prezidenti İlham Əliyevi təbrik edib 

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"....

21 May 2026, 16:32

Malta Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb 

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”....

21 May 2026, 16:24

Koreya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb 

Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram”....

21 May 2026, 16:13