Bizə yazın

Baku

-°C

USD

-

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 

Cəmiyyət 28 May 2026, 09:30

412

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

Citypost.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür.

Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.

Azərbaycan Xalq Cümhuriyyətini (AXC) rəsmən tanıyan ilk dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).

1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.

AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qalaraq, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq edildikdən sonra artıq beşinci dəfədir, Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyə XİN Azərbaycanı Müstəqlillik Günü münasibətilə təbrik edib 

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.“Əziz Azərbaycan, Müstəqillik Günün mübarək!Biz azərbaycanlı qardaş və bacılarımızın qürur və sevincini ürəkdən bölüşürük”, - Türkiyə XİN-in paylaşımında bildirilib.

28 May 2026, 10:13

İsrail səfirliyi Azərbaycanı təbrik edib 

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib."Müstəqillik Günün mübarək, əziz Azərbaycan! Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. İsrail və Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir, Azərbaycana davamlı rifah, güc və firavanlıq arzulayırıq", - paylaşımda vurğulanıb.

28 May 2026, 10:00

Argentinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub 

Azərbaycanın Argentinadakı səfirliyinin təşkilatçılığı ilə Buenos-Ayres şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.Səfirlikdən Citypost.az-a bildirilib ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Argentinadakı səfiri Rəmzi Teymurov açılış nitqi ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tarixindən danışıb. Səfir Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun ən güclü dövlətinə çevrilməsinı, dünya miqyasında artan nüfuzu və həyata keçirilən müdrik siyasətin nəticəsi olaraq torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edilməsini diqqətə çatdırıb,Daha sonra Azərbaycan-Ermənistan normallaşma prosesi barədə tədbir iştirakçıları məlumatlandırılıb....

28 May 2026, 09:57

BTQ dəmir yolunun rəsmi açılışı olacaq 

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.APA-nın yerli bürosu xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir.

28 May 2026, 09:55

Erməni jurnalist azərbaycanlıları təbrik etdi 

Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.Modern.az-ın məlumatına görə, Natali Aleksanyan sosial şəbəkə hesabında erməni, türk və azərbaycanlılara sülh arzulayaraq bildirib:“Bu günlər müsəlman dünyası iman, mərhəmət, xeyirxahlıq və humanizm rəmzi olan müqəddəs Qurban Bayramını qeyd edir.Mən hər zaman sülhü, dialoqu və xalqlar arasında qarşılıqlı hörməti müdafiə edən bir insan kimi, bütün türk və azərbaycanlıları bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm.Biz mürəkkəb və ağrılı tarixə sahib bir bölgədə yaşayırıq və hər bir xalqın öz ağrısı, öz xatirələri var. Amma mən inanıram ki, ən çətin şəraitdə belə insanlar bir-birinə qarşı insan münasibətini qoruya...

28 May 2026, 09:41

Firuz Mustafa: “Arvad” sözünə görə narahat olmağa dəyməz

Yazıçı-filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafa “arvad” sözünün Azərbaycan dilindən çıxarılması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.Citypost.az xəbər verir ki, yazıçı qeyd edib ki, zaman-zaman dilçi alimlər və ədəbiyyatşünaslar “arvad” sözünün mənşəyi və semantikası ətrafında müzakirələr aparıblar. Son günlər isə bəzi mütəxəssislər kimi bir deputatın da həmin sözün lüğətdən çıxarılmasını təklif etməsi ictimai müzakirələrə səbəb olub.Firuz Mustafanın sözlərinə görə, bu təklifin əsaslandırılması sözün ərəb dilindəki “avret” (övrat) sözündən yaranması ilə əlaqələndirilir. Lakin o hesab edir ki, söz Azərbaycan dilində artıq tamamilə fərqli məna qazanıb və “həyat yoldaşı” anlamında işlədilir.Yazıçı bildirib ki, bəzi araşdırmalara görə, “arvad” sözü türk mənşəli olub “ər-vad”,...

28 May 2026, 09:35