Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Məmmədov: “28 May Azərbaycan dövlətçiliyinin şanlı tarixidir”

Siyasət 28 May 2026, 09:21

1557

Xalqımızın tarixində mühüm və qürurverici günlərdən biri olan 28 May – Müstəqillik Gününü böyük ehtiram hissi ilə qeyd edirik.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın çoxəsrlik dövlətçilik ənənələri yeni mərhələyə qədəm qoydu. Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti milli iradənin, azadlıq ideallarının və müstəqil dövlətçilik düşüncəsinin parlaq nümunəsi idi. Bu mühüm tarixi hadisə Azərbaycan xalqının öz taleyini müstəqil şəkildə müəyyən etmək əzmini bütün dünyaya nümayiş etdirdi.

Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

"Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Parlamentin formalaşdırılması, milli ordunun yaradılması, dövlət atributlarının təsis olunması, təhsil sahəsində həyata keçirilən islahatlar və qadınlara seçmək və seçilmək hüququnun verilməsi həmin dövr üçün olduqca mühüm və tarixi qərarlar idi. Bütün bunlar Azərbaycan xalqının demokratik dəyərlərə və müasir dövlətçilik prinsiplərinə sadiqliyini açıq şəkildə göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu siyasi və mənəvi irs sonrakı dövrlərdə də xalqımızın milli yaddaşında yaşadı və müstəqillik ideyasının qorunmasında mühüm rol oynadı. Məhz bu ideoloji əsaslar üzərində yenidən bərpa olunan müstəqil Azərbaycan dövləti bu gün daha da güclənərək inkişaf yolunda inamla irəliləyir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərərək müstəqilliyimizin əbədi və dönməz xarakter almasını təmin etdi. Ulu Öndər hər zaman vurğulayırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaq qədər məsuliyyətli və vacib məsələdir. Onun müəyyən etdiyi strateji inkişaf kursu nəticəsində Azərbaycan sabitlik, tərəqqi və güclü dövlətçilik yoluna qədəm qoydu.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzu daha da artır, ölkəmiz regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini möhkəmləndirir. Xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda yenidən qurulan şəhər və kəndlər dövlətimizin gücünün, xalqımızın birliyinin və müstəqilliyimizin möhkəm təməllər üzərində qurulduğunun bariz nümunəsidir.

Bu gün 28 May tarixi yalnız keçmişimizin şanlı səhifəsi deyil, eyni zamanda gələcəyimizə olan inamın, milli birliyimizin və dövlətçilik ənənələrimizin rəmzidir. Müstəqilliyimizin qorunması, daha da möhkəmləndirilməsi və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsi hər birimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

28 May – Müstəqillik Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, dövlətimizə daim inkişaf, qüdrət və firavanlıq arzulayıram." - deyə Ceyhun Məmmədov bildirib.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Qocayev: Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən jurnalist, Ordu.az saytının rəhbəri Şahin Qocayev hesab edir ki, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması həm bugünkü siyasi reallıqlar, həm də gələcək perspektivlər baxımından təhlil edilməlidir.Citypost.az xəbər verir ki, Ş.Qocayev bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi Azərbaycan üçün vacib məqamlardan biri olsa da, diqqət artıq Ermənistanın gələcək siyasi mərhələsinə yönəlməlidir.“Paşinyanın seçilməsini həm indiki, həm də gələcək zamana əsasən təhlil etmək lazımdır. Hər bir halda bu nəticə Azərbaycan üçün əhəmiyyətli idi. Lakin artıq Paşinyandan sonrakı dövrün konturlarını cızmaq vaxtıdır”, – deyə o qeyd edib.Jurnalistin fikrincə, gələcəkdə Ermənistanda revanşist qüvvələrin bu və ya digər formada hakimiyyətə gəlmək cəhdləri...

08 İyun 2026, 10:35

Vüsal Məmmədov: Paşinyan hökuməti təkbaşına quracaq

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edən jurnalist Vüsal Məmmədov bildirib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası mövcud seçki mexanizmi sayəsində parlamentdə çoxluq əldə edəcək.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, partiyanın səslərin 49,81 faizini toplaması faktiki olaraq hakimiyyətin yenidən Paşinyanın nəzarətində qalacağı anlamına gəlir.“Ermənistanın seçki qanunvericiliyinə əsasən, 4 faizlik baryeri keçə bilməyən kiçik partiyaların səsləri mandat bölgüsündə nəzərə alınmır. Bu isə ‘Vətəndaş Müqaviləsi’nin ümumi hesablamalarda payının 50 faizdən yuxarı qalxmasına şərait yaradır”, – deyə V.Məmmədov qeyd edib.Jurnalist vurğulayıb ki, bundan sonra Ermənistanın seçki sistemində nəzərdə tutulan xüsusi bonus mexanizmi işə düşür.“Qanunvericiliyə görə, qalib partiyanın...

08 İyun 2026, 10:23

Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır  

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad...

08 İyun 2026, 10:11

Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir

Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib."Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh...

08 İyun 2026, 09:10

Elşad Paşasoy: Kreml seçkilərdə Paşinyanın mövqeyinin güclənməsinə çalışdı  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən politoloq Elşad Paşasoy hesab edir ki, Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında münasibətlərə dair ictimaiyyətə təqdim olunan mənzərə reallığı tam əks etdirmir.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, uzun müddətdir Kreml tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyi planlarının hazırlandığı barədə iddialar səslənsə də, o, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müəyyən anlaşmanın mövcud olduğunu düşünür.E.Paşasoyun sözlərinə görə, bu qənaəti gücləndirən məqamlardan biri Paşinyanın aprelin 1-də keçirdiyi görüşdən sonra Rusiya lideri ilə iyunun ikinci yarısında görüş barədə razılığın əldə olunduğunu açıqlaması olub.Politoloq hesab edir ki, son dövrlərdə Rusiya...

08 İyun 2026, 08:19

Tural İrfan: Yaxın Şərqdə baş verənlər müəyyən geosiyasi hesablamalardan xəbər verir  

İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xarici media vasitələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Baş nazir Benjamin Netanyahu isə təcili olaraq Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.Citypost.az xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bölgədə baş verən son hadisələr təsadüfi deyil və müəyyən geosiyasi hesablamaların mövcudluğundan xəbər verir.Onun sözlərinə görə, İranın hücumları ilk baxışdan İsrailin Livandakı əməliyyatlarına cavab kimi qiymətləndirilsə də, proseslərin daha geniş siyasi kontekstdə təhlilinə ehtiyac var.“İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ‘Tehran bu gecə...

08 İyun 2026, 08:05