Erməni jurnalist azərbaycanlıları təbrik etdi
Cəmiyyət 28 May 2026, 09:41
607
Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, Natali Aleksanyan sosial şəbəkə hesabında erməni, türk və azərbaycanlılara sülh arzulayaraq bildirib:
“Bu günlər müsəlman dünyası iman, mərhəmət, xeyirxahlıq və humanizm rəmzi olan müqəddəs Qurban Bayramını qeyd edir.
Mən hər zaman sülhü, dialoqu və xalqlar arasında qarşılıqlı hörməti müdafiə edən bir insan kimi, bütün türk və azərbaycanlıları bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Biz mürəkkəb və ağrılı tarixə sahib bir bölgədə yaşayırıq və hər bir xalqın öz ağrısı, öz xatirələri var. Amma mən inanıram ki, ən çətin şəraitdə belə insanlar bir-birinə qarşı insan münasibətini qoruya və sülh dolu gələcək haqqında danışa bilərlər.
Bu gündə bütün xalqlara — erməni, türk və azərbaycanlılara sülh arzulayıram.
Həmçinin oxuyun
Qoy gələcək nəsillər daha təhlükəsiz, daha humanist və daha dinc bir dünyada yaşasınlar; nifrətdən üstün olan isə insan ləyaqəti və qarşılıqlı hörmət olsun.
Bu müqəddəs bayramı qeyd edən hər kəsi ürəkdən təbrik edirəm.
Bütün xalqlara və bütün ailələrə sülh arzulayıram.
Qurban Bayramınız mübarək olsun!”
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyə XİN Azərbaycanı Müstəqlillik Günü münasibətilə təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.“Əziz Azərbaycan, Müstəqillik Günün mübarək!Biz azərbaycanlı qardaş və bacılarımızın qürur və sevincini ürəkdən bölüşürük”, - Türkiyə XİN-in paylaşımında bildirilib.
28 May 2026, 10:13
İsrail səfirliyi Azərbaycanı təbrik edib
İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib."Müstəqillik Günün mübarək, əziz Azərbaycan! Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. İsrail və Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir, Azərbaycana davamlı rifah, güc və firavanlıq arzulayırıq", - paylaşımda vurğulanıb.
28 May 2026, 10:00
Argentinada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanın Argentinadakı səfirliyinin təşkilatçılığı ilə Buenos-Ayres şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.Səfirlikdən Citypost.az-a bildirilib ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Argentinadakı səfiri Rəmzi Teymurov açılış nitqi ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tarixindən danışıb. Səfir Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun ən güclü dövlətinə çevrilməsinı, dünya miqyasında artan nüfuzu və həyata keçirilən müdrik siyasətin nəticəsi olaraq torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edilməsini diqqətə çatdırıb,Daha sonra Azərbaycan-Ermənistan normallaşma prosesi barədə tədbir iştirakçıları məlumatlandırılıb....
28 May 2026, 09:57
BTQ dəmir yolunun rəsmi açılışı olacaq
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.APA-nın yerli bürosu xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir.
28 May 2026, 09:55
Firuz Mustafa: “Arvad” sözünə görə narahat olmağa dəyməz
Yazıçı-filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafa “arvad” sözünün Azərbaycan dilindən çıxarılması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.Citypost.az xəbər verir ki, yazıçı qeyd edib ki, zaman-zaman dilçi alimlər və ədəbiyyatşünaslar “arvad” sözünün mənşəyi və semantikası ətrafında müzakirələr aparıblar. Son günlər isə bəzi mütəxəssislər kimi bir deputatın da həmin sözün lüğətdən çıxarılmasını təklif etməsi ictimai müzakirələrə səbəb olub.Firuz Mustafanın sözlərinə görə, bu təklifin əsaslandırılması sözün ərəb dilindəki “avret” (övrat) sözündən yaranması ilə əlaqələndirilir. Lakin o hesab edir ki, söz Azərbaycan dilində artıq tamamilə fərqli məna qazanıb və “həyat yoldaşı” anlamında işlədilir.Yazıçı bildirib ki, bəzi araşdırmalara görə, “arvad” sözü türk mənşəli olub “ər-vad”,...
28 May 2026, 09:35
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda Müstəqillik Günüdür.Citypost.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür.Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı...
28 May 2026, 09:30