Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlı hacıların dönüş cədvəli açıqlanıb

Cəmiyyət 03 İyun 2026, 08:58

325

Həcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və 6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcək.

Cityposr.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, son qrup iyunun 6-da Məkkədən Mədinəyə hərəkət edəcək:

"Zəvvarlar Mədinədə üç gün qalacaqlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub.

İlk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçiriləcək. İyunun 7-si və 9-da isə zəvvarlar səhər və axşam reysləri ilə ziyarətlərini başa vuraraq Azərbaycana qayıdacaqlar", - o qeyd edib.

(Trend)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb 

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində iyunun 2-də bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, Milli Məclisin sədrini salamlayan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç bildirib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və iki ölkə arasında münasibətlər günbəgün inkişaf edir.Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkilini qeyd edərək, bu cür tədbirlərin mövcud problemlərin müzakirə olunmasında mühüm platforma olduğunu diqqətə çatdırıb.Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolundan danışan...

03 İyun 2026, 10:10

AAYDA: Həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa, həm də ödənişsiz Zəfər Yolundan istifadə edilə bilər 

Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Citypost.az-a verilən məlumata görə, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər....

03 İyun 2026, 10:01

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Ukraynada Azərbaycana reabilitasiya üçün göndərilən uşaqların növbəti qrupu bu gün Kiyevdən yola salınıb.AZƏRTAC xəbər verir ki, növbəti qrup Mariupol şəhərindən qaçqın düşən ailələrin uşaqlarıdır.Yola salınma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin müşaviri Fərid Babayev də iştirak edib. Səfir Seymur Mərdəliyev Azərbaycanın humanitar yardımda daim fəal olduğunu xatırladaraq, ukraynalı uşaqların reabilitasiyası üçün qəbulunun da bunun bir hissəsi olduğunu deyib. Bildirilib ki, bununla indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 630-a çatıb. Azərbaycan dövləti tərəfindən humanitar missiya bundan sonra da davam etdiriləcək.Mariupol merinin müavini Yuri Pivovarov bildirib ki, bu gün 30-dan çox uşaq yola salınır."Bu gün burada olmaq, ilk qrup mariupollu...

03 İyun 2026, 09:26

Mavritaniya sahillərində 110 miqrant xilas edilib

Mavritaniyanın Sahil Mühafizəsi Qüvvələri Nuakşot sahilləri yaxınlığında batma təhlükəsi ilə üzləşən qayıqdan 110 qanunsuz miqrantı təxliyə edib.AZƏRTAC xəbər verir ki, bu barədə Mavritaniyanın Sahil Mühafizəsi Qüvvələrinin yaydığı bəyanatda bildirilib.Məlumata görə, miqrantları daşıyan qayıq Qambiyanın paytaxtı Bancul şəhərindən yola çıxıb. Qeyd olunur ki, qayığın mühərriki sahildən təxminən səkkiz dəniz mili məsafədə əlverişsiz hava şəraitində sıradan çıxıb. Nəticədə qayığın kapitanı təcili yardım çağırışı edib.Xilas edilən şəxslər arasında 80 Mali, 12 Seneqal, 10 Qambiya, 4 Mavritaniya, 3 Kot-d’İvuar və bir Nigeriya vətəndaşı olub.Sahil Mühafizəsi Qüvvələri bildirib ki, xilas olunan bütün miqrantlarla bağlı qüvvədə olan hüquqi və humanitar prosedurlara uyğun tədbirlər görülüb....

03 İyun 2026, 09:17

Bu ərazilərdə qaz olmayacaq

Bakının bir hissəsində qaz olmayacaq.Citypost.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilir ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinin (Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələri) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

03 İyun 2026, 08:37

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20...

03 İyun 2026, 08:22