Bizə yazın

Baku

-°C

USD

-

Luvr qarətində Belçika izi aşkarlanıb

Dünya 03 İyun 2026, 09:46

463

Ötən ilin oktyabr ayında Fransanın Luvr muzeyində baş vermiş qarətlə bağlı aparılan istintaq çərçivəsində müstəntiqlər Belçika ilə əlaqəli yeni versiyanı araşdırırlar.

Trend xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Belçika polisi Şərqi Avropadan olan bir neçə şübhəlini (Abduley N., Gelamalla A., Sliman K. və Rəşid X.) sıradan yük oğurluğu işi üzrə saxlayıb. Saxlanılan şəxslərin mobil telefonlarına baxış keçirilərkən müstəntiqlər Luvrun, o cümlədən Fransa kral zinət əşyalarının oğurlandığı Apollon qalereyasının fotolarını aşkar ediblər.

Dəlillər Mədəniyyət dəyərlərinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Mərkəzi İdarənin mütəxəssislərinə təhvil verilib. Hazırda ekspertlər həmin fotoşəkillərin necə və nə vaxt çəkildiyini, eləcə də onların oğurluqla mümkün əlaqəsini müəyyən etməyə çalışırlar.

Qeyd edək ki, qarətdən aylarlar müddət keçməsinə baxmayaraq Fransa kral kolleksiyasına aid, dəyəri 88 milyon avrodan çox olan səkkiz zərgərlik məmulatı hələ də tapılmayıb

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hazırda Ebola virusuna qarşı üç yeni peyvənd üzərində tədqiqat aparılır

Hazırda Ebola virusuna qarşı üç yeni peyvənd üzərində tədqiqat aparılırCitypost.az  BBC-yə istinadən xəbər verir ki, dünyada yayılmaqda olan yeni Ebola ştamına qarşı mübarizə məqsədilə hazırda üç fərqli peyvənd layihəsi üzərində iş aparılır.Məlumata görə, artıq 250 nəfərin həyatına son qoyduğu bildirilən nadir Ebola epidemiyası qlobal səhiyyə qurumlarını hərəkətə keçirib. Alimlər yeni ştammın potensial olaraq tarixdə ən geniş Ebola yayılmalarından birinə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.Bildirilib ki, HİV Peyvəndi Təşəbbüsü yeni Ebola ştamına qarşı peyvənd hazırlamaq istiqamətində iş aparır və hazırkı epidemiyanın miqyasının indiyə qədər qeydə alınan ən böyük yayılmalardan biri ola biləcəyini qeyd edir.Eyni zamanda Oxford University və əczaçılıq şirkəti...

03 İyun 2026, 11:10

Almaniya kansleri: Macarıstanın ikitərəfli problemləri Ukraynanın Aİ üzvlük danışıqlarına mane olmamalıdır

Almaniya kansleri Fridrix Merts Macarıstan və Ukrayna arasında mövcud ikitərəfli məsələlərin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinə təsir göstərməməli olduğunu bildirib.Citypost.az RİA Novosti-yə istinadən xəbər verir ki, Merts bu barədə açıqlamasında Budapeştin Ukraynadakı macar azlığının hüquqları ilə bağlı narahatlıqlarını anladığını, lakin bu məsələlərin Aİ-nin genişlənmə prosesini ləngitməməli olduğunu qeyd edib.“Biz başa düşürük ki, Budapeşt əvvəlcə Ukraynada macar azlığının hüquqları kimi ikitərəfli məsələləri aydınlaşdırmaq istəyir. Lakin bu, Avropa dəstəyinin hesabına olmamalı və bizi Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara rəsmi olaraq başlamaq kimi əsas məqsədimizdən yayındırmamalıdır”, – deyə kansler bildirib.Daha əvvəl Avropa Komissiyasının sözçüsü Qiyom Mersye Mertsin Ukraynaya Aİ-nin assosiativ üzvü...

03 İyun 2026, 11:08

CENTCOM İrana qarşı özünümüdafiə əməliyyatları barədə məlumat yayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən əməliyyatlar və Fars körfəzi bölgəsində baş verən hərbi insidentlərlə bağlı yeni bəyanatlar yayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  CENTCOM 3 iyunda yayımladığı açıqlamada ABŞ qüvvələrinin İranın ballistik raketlərini və dronlarını zərərsizləşdirdiyini bildirib.Bəyanatda qeyd olunur ki, ABŞ hərbi qüvvələri İran tərəfindən Yaxın Şərq regionunda həyata keçirildiyi iddia edilən hücumlara cavab olaraq Qeşm adasına “özünümüdafiə zərbələri” endirib.Komandanlığın məlumatına görə, İranın atdığı raketlər hədəflərinə çatmayıb. Küveytə yönələn iki raketin yolda sıradan çıxdığı, Bəhreyn istiqamətində buraxılan üç raketin isə ABŞ və Bəhreyn hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib.CENTCOM həmçinin İran tərəfindən mülki dənizçilik hərəkətinə...

03 İyun 2026, 11:05

Polşa ABŞ-ın Avropa ölkələri ilə nüvə silahları üzrə danışıqlar apardığını təsdiqlədi

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ və bir sıra Avropa ölkələri arasında NATO-nun Nüvə Paylaşımı proqramının genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir bu barədə TVP Info telekanalına müsahibəsində danışıb.“Əlbəttə ki, NATO səviyyəsində danışıqlar davam edir. İyunun 18-də Brüsseldə yerləşən qərargahda müdafiə nazirlərinin görüşü keçiriləcək. Gündəmdəki mövzulardan biri də nüvə silahından çəkindirmə potensialı olacaq”, – deyə Kosinyak-Kamış bildirib.Nazir əlavə edib ki, məsələ son dərəcə həssas xarakter daşıdığından mövzu ilə bağlı əlavə şərh vermək istəmir.“Artıq bu barədə danışmaq istəmirəm, çünki bu, çox həssas bir mövzudur. Əgər bu barədə hər hansı açıqlama veriləcəksə, bu yalnız NATO...

03 İyun 2026, 11:03

PSJ-nin qələbəsini qeyd etməsindən sonra baş verən iğtişaşlarda ölənlərin sayı üçə çatıb

“Le Parisien” qəzetinin məlumatına görə, Paris Saint-Germain (PSG) klubunun Çempionlar Liqasındakı qələbəsindən sonra Fransanın paytaxtında baş verən iğtişaşlar zamanı ölənlərin sayı üç nəfərə çatıb.Citypost.az Nəşr-ə istinadən xəbər verir ki,   əvvəlcə hadisələr zamanı bir motosikletçinin öldüyü qeyd olunub. Daha sonra isə iki nəfərin Sena çayına düşməsi nəticəsində həyatını itirdiyi açıqlanıb.Şahidlərin sözlərinə görə, ölənlərdən biri özünü qəsdən çaya atıb. Qəzetin məlumatında həmin şəxsin 1997-ci il təvəllüdlü ruandalı olduğu qeyd olunur. Parisin 5-ci və 6-cı rayonlarının polis idarələri hadisə ilə bağlı ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparır.Fransa daxili işlər naziri Loran Nunyes daha əvvəl açıqlamasında iğtişaşlar zamanı 890-dan çox şəxsin saxlanıldığını, 200-dən artıq...

03 İyun 2026, 11:01

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib.Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.Nobitex, Wallex, Bitpin və Ramzinex kimi ticarət platformaları məhdudiyyətlərə məruz qalıb. ABŞ hakimiyyət orqanlarının fikrincə, onlar sanksiyalardan yayınmaq üçün istifadə olunub.ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə Nobitex İranın rəqəmsal aktiv əməliyyatlarının 50%-dən çoxunu, o cümlədən İran mərkəzi bankı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməliyyatlarını idarə edib. Bu ticarət platformasının təsisçiləri və top menecerləri arasında dörd İran vətəndaşı da sanksiya siyahısına daxil edilib....

03 İyun 2026, 09:35