Mürsəl İbrahimov Ağsuda vətəndaşları qəbul edəcək
Cəmiyyət 02 İyun 2026, 14:25
349
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Mürsəl İbrahimov Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək.
Bu barədə Citypost.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 5 iyun tarixində saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
"Qəbula yazılmaq istəyən vətəndaşların 03 iyun 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir",-deyə məlumatda bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fridrix Merts: Almaniyanı çox yaxşı günlər gözləyir
“Bütün iqtisadi çətinliklərə baxmayaraq, Almaniyanı çox yaxşı günlər gözləyir”.Citypost.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.“Pessimizm və ya ölkəmizin gələcəyinin tutqun mənzərəsi üçün heç bir səbəb yoxdur. Ölkəmiz üçün ən yaxşı dövrlər geridə qalmayıb, əksinə, qarşıda çox yaxşı illər var”, - Kansler bildirib.Fridrix Merts Almaniyanın gələcəyi naminə birgə işləməyə, siyasi oyunları kənara qoymağa çağırıb. (Teleqraf)
02 İyun 2026, 15:28
Denis Beçiroviç İlham Əliyevi təbrik etdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Zati-aliləri.Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı ən xoş arzularımı çatdırıram.Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qarşılıqlı mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə səmimi olaraq əminliyimi bildirirəm.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"....
02 İyun 2026, 15:20
Şəhid və qazi övladları Şamaxı Astrofizika Rəsədxanasının qonağı olublar
Şəhid və qazi övladları Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) qonağı olublar.Bu barədə Citypost.az-a rəsədxanadan bildirilib. Uşaqlar üçün rəsədxananın muzeyinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı onlara rəsədxananın yaranma tarixi, fəaliyyəti, əldə olunan elmi nailiyyətlər, həmçinin burada istifadə olunan müxtəlif elmi avadanlıqlar barədə məlumat verilib.Daha sonra uşaqlar ŞAR-ın teleskopları ilə tanış olublar. Onlar teleskopların yerləşdiyi günbəzləri ziyarət edərək teleskopların quruluşu, iş prinsipi və astronomik müşahidələrin necə aparıldığı haqqında ətraflı məlumat alıblar. Rəsədxana əməkdaşları tərəfindən uşaqların ünvanladıqları çoxsaylı suallar cavablandırılıb, kosmos və astronomiya sahəsinə dair maraqlı söhbətlər aparılıb.Tədbirin məqsədi uşaqlarda elmə və astronomiyaya marağın artırılması, onların asudə...
02 İyun 2026, 15:00
Lökbatan qəsəbəsində su kəsiləcək
Bu gündən 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.Bu barədə Citypost.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.Məlumata görə, fasiləyə səbəb yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işlərinin aparılmasıdır.
02 İyun 2026, 14:45
"Şamaxı" Azər Bağırovun təyinatını açıqlayıb
"Şamaxı"nın yeni baş məşqçisi məlum olub."Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Azər Bağırov təyin olunub.Mütəxəssislə 3 illik müqavilə imzalanıb.Xatırladaq ki, Azər Bağırov son olaraq "Kəpəz"i çalışdırıb.
02 İyun 2026, 14:30
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılır.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılacaq.Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 üzvdən – sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:- Azərbaycan Prezidentinə:- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının...
02 İyun 2026, 14:23