Bizə yazın

Baku

-°C

USD

-

Dünyanın sirli su hövzələri...  

Maraqlı 02 İyun 2026, 13:52

316

Yəqin ki, çoxlarınız bilmir ki, dünyada elə bir göl var ki, ondan su aparmaq belə mümkün deyil. Hətta qabı ağzınacan doldursanız belə bir neçə dəqiqədən sonra onun boş qaldığını görəcəksiniz. Bu qəribə su hövzəsi Cənubi Afrika Respublikasında Limpopo bölgəsində yerləşən Funduzi gölü adlanır. Ondan götürülən istənilən miqdarda su izsiz olaraq yoxa çıxır, bir qətrə belə qalmır. Hələ, 1953-cü ildə alimlər bu sirri araşdırmağa çalışmışdılar. Onlar gölün suyundan nümunələr götürdülər və lakin şəhərə qayıdarkən gördülər ki, su ilə dolu qablar artıq boşdur. Dəfələrlə təkrar edilən təcrübələr yenə eyni nəticəni verdi. Götürülmüş nümunələr hətta hermetik bağlanmış su qablarının içindən bir sutka sonra yoxa çıxdı. Sonradan araşdırmalar nəticəsində bəlli oldu ki, səbəb gölün suyunda xromun həddindən artıq çox olmasıdır. Sən demə, su tez kristallaşır və yaranan kristallar isə qabın divarlarına çökür. 

Amma, Afrikada – konkret olaraq Tanzaniya Respublikasında daha qorxulu və müdhiş bir su hövzəsi də mövcuddur. Natron gölü... Onun suları isə sözün həqiqi mənasında növündən asılı olmayaraq bütün canlıları daşa çevirir. Məhz, bu səbəbdən onun sahilləri daşlaşmış və ya belə deyək ki, daşa dönmüş heyvan fiqurları ilə doludur. Ona görə də bu məkan dünyanın ən təhlükəli nöqtələrindən hesab edilir. 

Müşərrəfxanım

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Təyyarə okeanın üzərində olarkən təcili eniş etməli olsa nə baş verir?  

Bir çox insan düşünür ki, təyyarələr okeanların üzərindən uçarkən hər hansı nasazlıq baş versə, pilotların enmək üçün heç bir seçimi olmur. Əslində isə beynəlxalq aviasiyada bu cür vəziyyətlər üçün xüsusi qaydalar və əvvəlcədən planlaşdırılmış marşrutlar mövcuddur.Citypost.az-ın məlumatına görə, uzaqmənzilli reyslər, xüsusilə Atlantik və Sakit okean üzərindən həyata keçirilən uçuşlar elə planlaşdırılır ki, mümkün qədər ehtiyat hava limanlarına yaxın marşrutlardan istifadə edilsin. Pilotlar uçuş boyunca təyyarənin mövqeyini, hava şəraitini və yaxınlıqdakı alternativ hava limanlarını daim nəzarətdə saxlayırlar.Okean üzərindəki uçuşlarda fövqəladə hallar üçün istifadə edilən bir sıra strateji hava limanları və hərbi aerodromlar mövcuddur. Bunlardan bəziləri adi sərnişinlər tərəfindən çox tanınmasa da,...

02 İyun 2026, 10:40

Dəvələrin qum fırtınalarına qarşı heyrətamiz müdafiə sistemi  

Dəvələr min illərdir ki, dünyanın ən sərt iqlim şəraitlərindən biri olan səhralarda yaşayırlar. Bu heyvanların isti hava, uzunmüddətli susuzluq və güclü qum fırtınalarına dözümlü olması təsadüfi deyil. Onların orqanizmi səhra şəraitinə uyğunlaşmış bir sıra xüsusi anatomik və fizioloji xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən biri də burun quruluşudur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dəvələrin burun dəlikləri digər heyvanlardan fərqli olaraq xüsusi elastik quruluşa malikdir. Güclü qum fırtınaları zamanı onlar burun dəliklərini daralda və ya demək olar ki, tamamilə bağlaya bilirlər. Bu mexanizm havada uçuşan qum hissəciklərinin tənəffüs yollarına daxil olmasının qarşısını alır. Beləliklə, dəvələr nəfəs almaqda çətinlik çəkmədən həyat fəaliyyətlərini davam...

02 İyun 2026, 09:43

Məqsədi sonradan müəyyənləşən bina: Heydər Əliyev Sarayının maraqlı tarixi  

Bu gün Azərbaycanın ən möhtəşəm mədəniyyət məkanlarından biri hesab edilən və minlərlə tamaşaçını qəbul edən Heydər Əliyev Sarayının tikintisi ətrafında maraqlı məqamlar var. Maraqlıdır ki, Bakının mərkəzində ucaldılan bu nəhəng binanın inşasına başlanarkən onun hansı məqsədlə istifadə ediləcəyi tam dəqiqləşdirilməmişdi.Citypost.az-ın məlumatına görə, sarayın yerləşdiyi ərazi XIX əsrin sonu və XX əsrin əvvəllərində Çar Rusiyası dövründə Piotr meydanı kimi tanınırdı. Sovet hakimiyyəti illərində isə burada müxtəlif obyektlər fəaliyyət göstərib. Bir müddət ərazidə Tilman adına klub, eləcə də tütün fabriki yerləşib. Sonralar paytaxtın mərkəzində daha möhtəşəm və müasir bir tikilinin inşası gündəmə gəlib.1960-cı illərdə həmin ərazidə böyük ictimai bina tikilməsi barədə qərar...

02 İyun 2026, 08:41

“Cayıl” sözü Bakı danışığında nə deməkdir? – Yerli şivədə sosial rol ifadəsi  

Bakı və Abşeron bölgəsinin canlı danışıq dilində bəzi sözlər ədəbi dildəki mənasından tam fərqli məna qazanır və gündəlik ünsiyyətdə daha çox sosial münasibətləri ifadə edir. Bu sözlərdən biri də “cayıl” ifadəsidir. Çox insan bu sözü eşidəndə ədəbi dildəki “cahil” sözü ilə qarışdırsa da, Bakı ləhcəsində onun mənası tamamilə fərqlidir.Citypost.az-ın məlumatına görə, yerli danışıqda “cayıl” adətən savadsızlıq və ya məlumatsızlıq mənasında işlədilmir. Əksinə, bu söz daha çox “ara adamı”, “iş bilən”, “sözü keçən”, “problem həll edən”, “insanlar arasında körpü rolunu oynayan” şəxs mənasında istifadə olunur. Yəni “cayıl adam” dedikdə, bir işin düzəlməsində vasitəçilik edən, kiminsə problemini yoluna qoyan, xeyir-şər işlərində aktiv olan,...

01 İyun 2026, 10:56

Kaktuslar və ya “tikanlı əncir” – sadəcə dekorasiya deyil  

Kaktuslar çox vaxt evlərdə və bağlarda yalnız dekorativ bitki kimi yetişdirilir. Onların “çətin baxımlı” və “səhra bitkisi” kimi tanınması da bu yanaşmanı gücləndirir. Amma əslində bəzi kaktus növləri təkcə görünüşü ilə deyil, həm də verdiyi meyvələrlə olduqca dəyərlidir.Citypost.az xəbər verir ki, bu növlərdən ən məşhuru “tikanlı əncir” (prickly pear) kimi tanınan kaktus meyvəsidir. Xaricdən baxıldıqda olduqca sərt və qoruyucu bir quruluşa malikdir. Üzəri çox xırda, gözlə çətin görünən tikanlarla örtülür və bu səbəbdən diqqətsiz toxunuş zamanı dərini asanlıqla zədələyə bilər. Lakin diqqətlə təmizləndikdən sonra iç hissəsi tamamilə fərqli bir görünüş ortaya çıxarır.Meyvənin içi yumşaq, sulu və təbii şirinliyə malik olur....

01 İyun 2026, 09:57

Bayıl İstintaq Təcridxanası – Bakının mərkəzində gizlənən yüzillik həbsxana tarixi  

Bakının ən tanınmış və ən çox müzakirə olunan keçmiş cəza müəssisələrindən biri olan Bayıl istintaq təcridxanası uzun illər paytaxtın hüquq-mühafizə və penitensiar sistemində xüsusi yer tutub. Bu kompleks təkcə bir həbsxana deyil, həm də şəhərin sosial və siyasi tarixinin müxtəlif mərhələlərinə şahidlik etmiş mühüm bir məkandır.Citypost.az xəbər verir ki, məlumata görə, bu ərazidə ilk tikililər XIX əsrin əvvəllərində, təxminən 1820-ci illərdə hərbi məqsədlərlə inşa edilən qazarmalar kimi salınıb. Sonrakı dövrlərdə, xüsusilə 1888-ci ildən etibarən həmin binaların funksiyası dəyişdirilərək qapalı tipli istintaq təcridxanasına çevrilib. Zaman keçdikcə bu kompleks genişləndirilib və ilkin 400 nəfərlik nəzərdə tutulmuş imkan 1000–1500 nəfərlik böyük həbs müəssisəsinə...

01 İyun 2026, 08:58