Bizə yazın

Baku

-°C

USD

-

Sabah bəzi yerlərdə  yağış yağacaq 

Cəmiyyət 02 İyun 2026, 12:33

376

Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Azəralüminium" istehsal və ixracla bağlı hədəflərini açıqlayıb 

"Azəralüminium" MMC 2030-cu ilə qədər illik ixrac dəyərini təxminən 340 milyon manata çatdırmağı planlaşdırır."Report" xəbər verir ki, bunu "Azəralüminium"un maliyyə üzrə direktor müavini Ceyhun Abdullayev 31-ci Bakı Enerji Forumunda bildirib.O qeyd edib ki, hazırda bu rəqəm 80 milyon manat civarındadır: "Biz ən böyük istehsalçılardan biriyik, məhsullarımızı əsasən ixrac edirik. ABŞ, Türkiyə, Yunanıstan və Böyük Britaniya bazarları ilə işləyirik ki, bunlar da alüminiumun böyük istehlakçılarıdır. Hazırda illik ÜDM-ə təsirimiz 85 milyon manatdır. 2030-cu ilə qədər yeni investisiyalarla bu, 295 milyon manat artırılmalıdır. Hazırda ildə təxminən 9 milyon manat mənfəət vergisi ödəyirik. 2030-cu ilə qədər təxminən 23 milyon manat vergi töhfəsi verməyi...

02 İyun 2026, 13:25

AZAL kollektivi və mülki aviasiyanın nümayəndələri Fəxri xiyabanı ziyarət edib 

2 iyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.Bu barədə Citypost.az-a AZAL-dan məlumat verilib.Ziyarətçilər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub....

02 İyun 2026, 13:10

Çin səfiri: Si Cinpin və Tramp rəqabəti məqbul çərçivədə saxlamağa razılaşıb 

“Bu yaxınlarda Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çinə dövlət səfəri edib. İki ölkənin liderləri Çin–ABŞ münasibətlərinə, eləcə də dünya miqyasında sülh və inkişaf məsələlərinə dair ən mühüm mövzular ətrafında açıq, dərin, konstruktiv və strateji fikir mübadiləsi aparıblar”.Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey APA İnformasiya Agentliyinə müsahibəsində deyib.Səfir bildirib ki, tərəflər iki böyük dövlət arasında birgəyaşayış üçün düzgün yolu fəal şəkildə axtarıb və bir sıra mühüm razılaşmalara nail olub: “Dövlət başçıları ikitərəfli münasibətləri “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri” kimi xarakterizə ediblər. Bu yanaşma növbəti üç il ərzində və daha...

02 İyun 2026, 13:08

SOCAR: Xəzərdə indiyədək araşdırılmamış laylarda neft-qaz axtarırıq 

SOCAR Xəzər dənizində indiyədək kifayət qədər araşdırılmamış dərin və dayaz laylarda yeni neft-qaz ehtiyatlarının axtarışını aparır."APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Arzu Cavadova deyib.Onun sözlərinə görə, şirkət hazırda Orta Xəzər və Cənubi Xəzər hövzələrində bir sıra perspektivli strukturlar üzrə kəşfiyyat işlərini davam etdirir.Arzu Cavadova bildirib ki, SOCAR yalnız ənənəvi məhsuldar laylarla kifayətlənmir.“Biz yalnız ənənəvi layları deyil, daha dərin horizontları, eləcə də indiyədək lazımi səviyyədə araşdırılmamış dayaz layları da hədəfləyirik”, – deyə o qeyd edib.SOCAR rəsmisinin sözlərinə görə, Orta Xəzərdə bir neçə layihə artıq daha inkişaf etmiş mərhələyə çatıb.O...

02 İyun 2026, 13:00

Samir Şərifov Minskdə Qələbə abidəsini ziyarət edib 

Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi altında nümayəndə heyəti Minsk şəhərindəki Qələbə meydanında Qələbə abidəsini ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabienti məlumat yayıb.Bildirilib ki, ziyarət Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarusa rəsmi səfər çərçivəsində baş tutub.​Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyublar.​Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər....

02 İyun 2026, 12:45

Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib 

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən, əlilliyi olan 800-dək şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib. Onlara 2 mindən çox reabilitasiya xidməti göstərilib.Bu barədə Citypost.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, qeyd edilən səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir. Müraciətə əsasən agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi olan şəxsin yaşadığı ünvana gedərək, onun ilkin...

02 İyun 2026, 12:08