Çin səfiri: Si Cinpin və Tramp rəqabəti məqbul çərçivədə saxlamağa razılaşıb
Cəmiyyət 02 İyun 2026, 13:08
296
“Bu yaxınlarda Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çinə dövlət səfəri edib. İki ölkənin liderləri Çin–ABŞ münasibətlərinə, eləcə də dünya miqyasında sülh və inkişaf məsələlərinə dair ən mühüm mövzular ətrafında açıq, dərin, konstruktiv və strateji fikir mübadiləsi aparıblar”.
Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, tərəflər iki böyük dövlət arasında birgəyaşayış üçün düzgün yolu fəal şəkildə axtarıb və bir sıra mühüm razılaşmalara nail olub: “Dövlət başçıları ikitərəfli münasibətləri “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri” kimi xarakterizə ediblər. Bu yanaşma növbəti üç il ərzində və daha uzun perspektivdə Çin–ABŞ münasibətlərinin inkişafına strateji istiqamət verəcək. Həmin yanaşma həm iki ölkənin xalqları, həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
“Konstruktiv strateji sabitlik” ilk növbədə əməkdaşlığa əsaslanan müsbət sabitlik deməkdir. Bu model çərçivəsində qarşılıqlı əlaqələr və əməkdaşlıq vasitəsilə Çin–ABŞ münasibətlərinin dayanıqlılığı davamlı şəkildə möhkəmləndirilir.
Bu anlayış həm də sağlam sabitliyi ifadə edir. Yəni tərəflər rəqabəti məqbul çərçivədə saxlayır, bir tərəfin qazancının digər tərəfin itkisi kimi qiymətləndiriləcəyi sıfır məbləğli oyun yanaşmasından imtina edir.
Bununla yanaşı, konstruktiv strateji sabitlik idarə olunan fikir ayrılıqları şəraitində davamlı sabitliyi nəzərdə tutur. Hər iki tərəf öz siyasətlərində ardıcıllığı qoruyur, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirir və daim bir-birinə doğru addımlar atır.
Eyni zamanda, bu anlayış sülhə əsaslanan uzunmüddətli sabitlik deməkdir. Belə bir model münaqişəni, qarşıdurmanı və xüsusilə müharibəni istisna edir”.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Diplomat qeyd edib ki, dinc yanaşı yaşamaq Çin və ABŞ münasibətlərinin ən böyük ortaq məxrəcidir: “İki ölkə arasında münaqişə və qarşıdurmanın nəticələri hər iki tərəf üçün qəbuledilməz olardı.
Bu baxımdan Çin və ABŞ arasında imzalanmış üç birgə kommünikenin müddəalarına riayət olunması, bir-birinin ictimai quruluşuna və inkişaf yoluna hörmət göstərilməsi, qarşı tərəfin fundamental maraqları və əsas narahatlıqlarının nəzərə alınması, eləcə də inkişaf hüququna hörmət edilməsi xüsusi əhəmiyyət daşıyır.
Bir sözlə, “konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətləri” sadəcə bir şüar deyil. Bu, hər iki tərəfin qətiyyətlə sadiq qalmalı olduğu məqsəd və birgə fəaliyyət tələb edən strateji istiqamətdir.
Sədr Si Cinpinin qeyd etdiyi kimi, Çin–ABŞ münasibətləri iki ölkədə yaşayan 1,7 milyarddan çox insanın rifahına birbaşa təsir göstərir və dünya üzrə 8 milyarddan artıq insanın maraqları ilə bağlıdır”.
Lu Mey əlavə edib ki, Çin tərəfi ABŞ tərəfi ilə birlikdə dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların lazımi şəkildə həyata keçirilməsinə, konstruktiv strateji sabitliyə əsaslanan Çin–ABŞ münasibətlərinin formalaşdırılmasına, ikitərəfli münasibətlərin daha geniş baxış və uzunmüddətli perspektiv əsasında inkişaf etdirilməsinə hazırdır: “Çin həmçinin yeni dövrdə böyük dövlətlər arasında qarşılıqlı fəaliyyətin düzgün modelinin müəyyənləşdirilməsi, iki ölkə xalqlarına daha çox fayda verilməsi və bütün dünyada sülh və inkişaf işinə daha böyük töhfə göstərilməsi istiqamətində ABŞ ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu bildirir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lökbatan qəsəbəsində su kəsiləcək
Bu gündən 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.Bu barədə Citypost.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.Məlumata görə, fasiləyə səbəb yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işlərinin aparılmasıdır.
02 İyun 2026, 14:45
"Şamaxı" Azər Bağırovun təyinatını açıqlayıb
"Şamaxı"nın yeni baş məşqçisi məlum olub."Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Azər Bağırov təyin olunub.Mütəxəssislə 3 illik müqavilə imzalanıb.Xatırladaq ki, Azər Bağırov son olaraq "Kəpəz"i çalışdırıb.
02 İyun 2026, 14:30
Mürsəl İbrahimov Ağsuda vətəndaşları qəbul edəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Mürsəl İbrahimov Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək.Bu barədə Citypost.az-a Dövlət Xidmətindən məlumat verilib.Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 5 iyun tarixində saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək."Qəbula yazılmaq istəyən vətəndaşların 03 iyun 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət...
02 İyun 2026, 14:25
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılır.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılacaq.Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 üzvdən – sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:- Azərbaycan Prezidentinə:- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının...
02 İyun 2026, 14:23
Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclası müzakirə edilib
Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclası ilə bağlı müzakirələr aparılıb.Citypost.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Məlumata görə, P. Şahbazov Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı David Reed ilə görüşüb.Görüşdə iki ölkə arasında həyata keçirilən neft-qaz və dekarbonizasiya layihələrinin inkişafı, regional interkonnektorlar üzrə əməkdaşlıq imkanları ilə də bağlı müzakirələr aparılıb....
02 İyun 2026, 13:34
"Azəralüminium" istehsal və ixracla bağlı hədəflərini açıqlayıb
"Azəralüminium" MMC 2030-cu ilə qədər illik ixrac dəyərini təxminən 340 milyon manata çatdırmağı planlaşdırır."Report" xəbər verir ki, bunu "Azəralüminium"un maliyyə üzrə direktor müavini Ceyhun Abdullayev 31-ci Bakı Enerji Forumunda bildirib.O qeyd edib ki, hazırda bu rəqəm 80 milyon manat civarındadır: "Biz ən böyük istehsalçılardan biriyik, məhsullarımızı əsasən ixrac edirik. ABŞ, Türkiyə, Yunanıstan və Böyük Britaniya bazarları ilə işləyirik ki, bunlar da alüminiumun böyük istehlakçılarıdır. Hazırda illik ÜDM-ə təsirimiz 85 milyon manatdır. 2030-cu ilə qədər yeni investisiyalarla bu, 295 milyon manat artırılmalıdır. Hazırda ildə təxminən 9 milyon manat mənfəət vergisi ödəyirik. 2030-cu ilə qədər təxminən 23 milyon manat vergi töhfəsi verməyi...
02 İyun 2026, 13:25