"Azəralüminium" istehsal və ixracla bağlı hədəflərini açıqlayıb
Cəmiyyət 02 İyun 2026, 13:25
357
"Azəralüminium" MMC 2030-cu ilə qədər illik ixrac dəyərini təxminən 340 milyon manata çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bunu "Azəralüminium"un maliyyə üzrə direktor müavini Ceyhun Abdullayev 31-ci Bakı Enerji Forumunda bildirib.
O qeyd edib ki, hazırda bu rəqəm 80 milyon manat civarındadır: "Biz ən böyük istehsalçılardan biriyik, məhsullarımızı əsasən ixrac edirik. ABŞ, Türkiyə, Yunanıstan və Böyük Britaniya bazarları ilə işləyirik ki, bunlar da alüminiumun böyük istehlakçılarıdır. Hazırda illik ÜDM-ə təsirimiz 85 milyon manatdır. 2030-cu ilə qədər yeni investisiyalarla bu, 295 milyon manat artırılmalıdır. Hazırda ildə təxminən 9 milyon manat mənfəət vergisi ödəyirik. 2030-cu ilə qədər təxminən 23 milyon manat vergi töhfəsi verməyi planlaşdırırıq".
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Direktor müavininin sözlərinə görə, illik istehsal gücünün üç il ərzində ikiqat artacağı gözlənilir: "İlkin alüminium üzrə illik gücümüz 2030-cu ilə qədər 50 000 tondan 100 000 tona qaldırılacaq. Yayma məhsullar, xüsusən soyuq yayma məhsulları üzərində işləyirik ki, bu da 50 %-ə qədər çatmalıdır. Alüminium istehsalında əsas istehlak hissələrimizdən biri anod bloklardır. Biz Azərbaycanda anod bloklar istehsalına investisiya qoyacağıq ki, bu da iqtisadiyyatımıza müsbət təsir edəcək".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lökbatan qəsəbəsində su kəsiləcək
Bu gündən 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.Bu barədə Citypost.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.Məlumata görə, fasiləyə səbəb yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işlərinin aparılmasıdır.
02 İyun 2026, 14:45
"Şamaxı" Azər Bağırovun təyinatını açıqlayıb
"Şamaxı"nın yeni baş məşqçisi məlum olub."Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Azər Bağırov təyin olunub.Mütəxəssislə 3 illik müqavilə imzalanıb.Xatırladaq ki, Azər Bağırov son olaraq "Kəpəz"i çalışdırıb.
02 İyun 2026, 14:30
Mürsəl İbrahimov Ağsuda vətəndaşları qəbul edəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rəisi Mürsəl İbrahimov Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək.Bu barədə Citypost.az-a Dövlət Xidmətindən məlumat verilib.Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 5 iyun tarixində saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək."Qəbula yazılmaq istəyən vətəndaşların 03 iyun 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət...
02 İyun 2026, 14:25
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılır.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılacaq.Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 üzvdən – sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:- Azərbaycan Prezidentinə:- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının...
02 İyun 2026, 14:23
Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclası müzakirə edilib
Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclası ilə bağlı müzakirələr aparılıb.Citypost.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Məlumata görə, P. Şahbazov Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı David Reed ilə görüşüb.Görüşdə iki ölkə arasında həyata keçirilən neft-qaz və dekarbonizasiya layihələrinin inkişafı, regional interkonnektorlar üzrə əməkdaşlıq imkanları ilə də bağlı müzakirələr aparılıb....
02 İyun 2026, 13:34
AZAL kollektivi və mülki aviasiyanın nümayəndələri Fəxri xiyabanı ziyarət edib
2 iyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.Bu barədə Citypost.az-a AZAL-dan məlumat verilib.Ziyarətçilər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub....
02 İyun 2026, 13:10