Bizə yazın

Baku

-°C

USD

-

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Cəmiyyət 04 İyun 2026, 09:30

1096

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı və yerli istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Naxçıvan Tikiş” ASC və “Pozitif” MMC-nin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə və Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya son illərdə Naxçıvanda özəl sektorun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və ixracyönümlü yerli istehsalın təşviqi istiqamətində görülən işlərdən bəhs ediblər.

Dövlət başçısının Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafına göstərdiyi diqqətin növbəti nümunəsi olaraq 1 yanvar 2026-cı ildən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştlərinin önəmi xüsusilə vurğulanıb və sahibkarların yaradılan bu əlverişli imkanlardan istifadə edərək fəaliyyətlərini genişləndirdikləri, eyni zamanda yeni istehsal və xidmət sahələri yaratdıqları ifadə olunub.

Bildirilib ki, tekstil sahəsində yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması iqtisadi fəallığın artırılması, əhalinin məşğulluğunun təmin edilməsi və yerli məhsulların bazardakı payının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Yeni fabrik, həmçinin Naxçıvanda qadınların məşğulluğunun artırılmasına imkan yaradır.

Çıxışlarda müəssisənin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb, fabrikin muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfələr verəcəyinə əminlik ifadə olunub.

Müəssisə rəhbərliyi Naxçıvanda sahibkarlığın inkişafına göstərilən diqqət və dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib. Ardınca açılış mərasimində iştirak edən qonaqlar fabrikdə yaradılan şəraitlə tanış olub, istehsal prosesi və gələcək fəaliyyət planları barədə məlumatlandırılıblar. Müəssisədə işçilər üçün müasir iş şəraiti ilə yanaşı, onların gündəlik qidalanması üçün imkanlar da yaradılıb.

Qeyd edək ki, müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb və istehsal prosesində əsasən adıçəkilən ölkədən idxal olunan parçalardan istifadə ediləcək. Fabrikdə müxtəlif növ tekstil məhsulları istehsal ediləcəkdir ki, bu məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı da nəzərdə tutulur. Layihənin ilk mərhələsində 100 nəfərin məşğulluğunun təmin edilməsi, sonrakı mərhələdə isə işçi sayının 150 nəfərə çatdırılması planlaşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İKİ ƏSRLİK MİLLİ QURTULUŞ – Xanlıqlardan Xankəndinə: tam suveren Azərbaycan dövlətinə doğru 

Zahid ORUC, millət vəkiliTarixdə siyasi təqvim vahidləri millətlərin qanlı mübarizələri ilə formalaşır. 15 iyun 1993-cü il iki əsr ərzində itirilmiş siyasi subyektliyin, parçalanmış dövlətçilik ənənəsinin, məhv edilmiş milli elitanın və yarımçıq qalmış istiqlal hərəkatının bir dövlət daxilində yenidən birləşdirilməsinin rəmzidir.Dövlətlərin tarixi müharibələrin, imzalanan müqavilələrin və sərhəd dəyişikliklərinin xronologiyası ilə yanaşı, siyasi ideyanı millətin ümumi iradəsinə çevirən şəxsiyyətlərin rolu ilə də izah olunur. Amerika dövlətçiliyinin qurucu atalarından biri Tomas Cefferson 1776-cı il İstiqlal Bəyannaməsinin əsas müəllifi kimi koloniyaların Britaniya imperiyasından ayrılmasını siyasi qərarla gerçəkləşdirdi, xalqın öz müqəddəratını müəyyənləşdirdi və dövlət hakimiyyətini vətəndaşın təbii hüququ kimi əsaslandırdı. Ceffersonun tarixi rolu bir dövlətin...

14 İyun 2026, 11:30

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ 

Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır.CityPost.az  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.Qeyd olunub ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində müvafiq nəzarət və profilaktik tədbirlər davam etdirilir. Bununla yanaşı, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Dördpendirli pizza"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, sürət həddinə ciddi riayət etməyi, təhlükəli ötmə və manevrlərdən çəkinməyi,...

13 İyun 2026, 20:02

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər.Citypost.az xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olub.Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır....

13 İyun 2026, 12:10

Zahid Oruc: "Vətəndaş ona verilən evin və mülkiyyətin çıxarışını alır”..   

Müzakirəyə təqdim edilən qanun layihəsi Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra vətəndaş hüquqlarının bütövləşdirir, məcburi köçkünlük dövrünün yaratdığı hüquqi və sosial fərqliliyi, gerçəkliyi ortadan qaldırır.CityPost.az xəbər verir ki,bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc bildirib."Dünyadakı vəziyyətlə müzakirə etdiyimiz qanun layihəsi arasında kəskin təzad var. BMT Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, Azərbaycan müharibənin ağır nəticələrini yaşayanda, 1994-cü ilin sonunda dünyada Ali Komissarlığın mandatı üzrə təxminən 23 milyon şəxs var idi; 2024-cü ilin sonunda isə dünyada zorla yerindən didərgin salınan insanların sayı 123 milyona çatıb. Azərbaycan xalqı 30 il...

12 İyun 2026, 23:36

Bu otel yaşıllıqların məhv edilməsinə görə cərimələndi 

Bakının Xətai rayonunda fəaliyyət göstərən “Günəşli Hotel” böyük məbləğdə cərimə olunub.Teleqraf-ın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Xətai rayonu, Babək prospekti 106D ünvanında fəaliyyət göstərən “Günəşli Hotel”də yoxlama aparılıb.Məlum olub ki, MMC-yə məxsus “Günəşli Hotel” adlı iaşə obyektinin qarşısında olan yaşıllıqlar götürülüb.Bununla da hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə protokol tərtib edilib.Xətai Rayon Məhkəməsinin qərarı ilə “Günəşli Hotel” 25 min manat miqdarında cərimə edilib....

12 İyun 2026, 17:44

Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir 

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürən Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyasında iştirak edirlər.Bu barədə Citypost.az-a MOK-dan məlumat verilib.İki gün davam edəcək tədbirə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkə MOK-larının rəsmiləri qatılıblar. Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılacaq.İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndiriləcək, həmçinin Milan-Kartino XXV Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatı dinləniləcək.Baş Assambleya zamanı həmçinin...

12 İyun 2026, 17:22