Bu gün geomaqnit qasırğası olacaq
Cəmiyyət 04 İyun 2026, 10:26
297
Bu gün Günəş aktivliyi yüksək olacaq.
Citypost.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib. Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Bu gün saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecə yarısı (5 iyun saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.
İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsir etmə ehtimalı var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb
Azərbaycanda ət məhsullarının istehsalının artımının qarşısında duran hədəflərdən, yaxud çağırışlardan biri odur ki, istehsal həm mövcud tələbatı, həm də artan istehlakı qarşılamalıdır.Citypost.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.Onun sözlərinə görə, Azərbaycanda mövcud ət istehlakının istehsal hesabına təmin edilməsi hədəflənir: "Paralel olaraq başa düşürük ki, növbəti dövrlərdə ölkədə ət istehlakı da artacaq. Bu istiqamətdə son illərdə istehlak artım qeydə alınıb. Məsələn, 2025-ci ildə quş ətinin istehlakında 2021-ci illə müqayisəsində adambaşına 2 kiloqramdan çox...
04 İyun 2026, 11:59
Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna silah tətbiq edilib
Ötən ay dövlət sərhədində 1 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna qarşı "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.Yaralıya ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb....
04 İyun 2026, 11:25
Qatarlar hamar metal təkərlərlə yoxuşu necə qalxır?
İlk baxışda qəribə görünə bilər: tonlarla ağırlığa malik qatarlar hamar metal təkərlər üzərində hərəkət edir, relslər də metaldandır. Buna baxmayaraq, onlar uzun məsafələri qət edir, yüksək sürətlə hərəkət edir və hətta yoxuşları rahatlıqla qalxa bilirlər. Bəs sürüşkən görünən bu sistem necə işləyir?Citypost.az-ın məlumatına görə, əslində qatarların hərəkəti təkərlə rels arasındakı sürtünmə qüvvəsinə əsaslanır.Metalın metal üzərində sürtünmə əmsalı avtomobil təkərlərinin asfaltla təmasından daha aşağı olsa da, qatarların böyük çəkisi təkərlərin relsə sıx təzyiq göstərməsinə imkan yaradır. Bu da normal şəraitdə kifayət qədər tutunma qüvvəsi yaradır.Lakin yoxuşlarda vəziyyət dəyişir. Qatarın ağırlıq qüvvəsinin bir hissəsi onu geriyə doğru çəkməyə başlayır. Xüsusilə yağışlı və...
04 İyun 2026, 10:47
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək.Citypost.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq.Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərin qonaqlarına Dənizkənarı Milli Parkda musiqi proqramı təqdim ediləcək.Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq....
04 İyun 2026, 10:43
Elvin Abbasov: Milli Kibertəhlükəsizlik Agentliyi vaxtında verilmiş qərardır
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması rəqəmsal mühitdəki dağınıqlığın aradan qaldırılması, tənzimləmə və nəzarət mexanizmlərinin mərkəzləşdirilməsi baxımından obyektiv qərardır. Gündəlik fəaliyyətlərin, fərdi verilənlərin və biznes proseslərinin sürətlə onlayn mühitə daşındığı bir reallıqda, kibertəhlükəsizlik artıq sırf texniki bir İT məsələsi olmaqdan çıxıb, milli təhlükəsizliyin və gündəlik həyatın birbaşa tərkib hissəsinə çevrilib.Bu sözləri Citypost.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib"Hüquqi struktur və idarəetmə modeli baxımından yanaşdıqda, yeni Agentliyin fəaliyyət mexanizmində üç əsas rasyonal məqam önə çıxır. Birincisi, reaktiv rejimdən preventiv analitikaya keçiddir. Qurumun əsas iş...
04 İyun 2026, 10:40
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
Sabah Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.Citypost.az xəbər verir ki, üç gün davam edəcək tədbirlər çərçivəsində Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.Proqramda konsertlər, sərgilər və müxtəlif mədəni tədbirlər nəzərdə tutulur.Bu layihə iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də mədəni dialoqun genişlənməsinə xidmət edir....
04 İyun 2026, 10:00