Bizə yazın

Baku

-°C

USD

-

Bu ərazilərdə işıq olmayacaq

Cəmiyyət 11 İyun 2026, 09:05

387

Paytaxt və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək.

Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə həmin saatlarda Bəhruz Nuriyev küçəsini əhatə edəcək.

Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq "BMTZ" yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə, İlqar Məmmədov, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

İyunun 11-də həm də Salyan Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/6 kV-luq “Salyan” yarımstansiyasından qidalanan 35 kV-luq 710 saylı hava xəttinə toxunan ağaclar budanacaq. İməclik işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kərimbəyli, Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq. Həmçinin Noxudlu kəndinin elektrik şəbəkəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar həmin saatlarda Aşağı və Yuxarı Noxudlu kəndləri gərginliksiz qalacaq.

Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nigar Sabirqızı DİN-ə müraciət etdi: “Avant” qanunu heçə sayır

Tanınmış teleaparıcı Nigar Sabirqızı “Avant”la bağlı növbəti dəfə narazılığını ifadə edib.Citypost.az xəbər verir ki, aparıcı  sosial şəbəkə hesabında paylaşdığı statusda gecə saatlarında aparılan işlərin ətrafda yaşayan sakinlərin istirahətinə mane olduğunu bildirib.Aparıcının sözlərinə görə, gecə saat 3 radələrində belə ərazidə səs-küylü işlər davam etdirilir və bu, insanların rahatlığını pozur.“Gecə saat 3 və yenə “Avant” sakinlərə yatmağa imkan vermir. Bu işi bir az sakit görmək olmaz? Əlbəttə, olar. Amma bunlara elə şərait yaradıblar ki, heç kimi düşünmürlər. Ətrafdakıları düşünmək üçün ən başlıcası insanlıq lazımdır. Bunlarda nə insanlıq var, nə mədəniyyət, nə də qanuna hörmət”, – deyə Nigar Sabirqızı qeyd edib.Teleaparıcı paylaşımında məsələ...

11 İyun 2026, 10:19

Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir, arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 11-i saat 10:00-a olan məlumatında qeyd edilib.Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna...

11 İyun 2026, 10:15

Tural İrfan: Kitaba xor baxmaq tarixə xor baxmaqdır

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan kitabxanaların fəaliyyətinin məhdudlaşdırılması və onların cəmiyyətdəki rolunun zəiflədilməsi cəhdlərini tənqid edib.O, Citypost.az-a açıqlamasında bildirib ki, kitabxanalar cəmiyyət üçün ən müqəddəs məkanlardan biridir və onların əhəmiyyətini heç bir müasir texnoloji resurs əvəz edə bilməz.Tural İrfanın sözlərinə görə, kitabxana yalnız kitabların toplandığı yer deyil, həm də mənəvi dəyərlərin, bilik və mədəniyyətin qorunduğu bir məbəddir:“Kitabxanalar məscidlər qədər müqəddəsdir. Kitab ətri, kitabxana qoxusu, onun yaratdığı nostalji hisslər insanın mənəvi, psixoloji tərbiyəsinə, əxlaqına, etik və estetik dünyagörüşünə təsir göstərir. Müasir texnologiyalar inkişaf etsə də, kitabın və kitabxananın yerini tam şəkildə verə bilmir”.Dinşünas vurğulayıb ki,...

11 İyun 2026, 10:05

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar Ucar stansiyasında hər iki istiqamətdə dayanacaq 

Bakı-Qəbələ-Bakı marşrutu üzrə 4 iyul 2026-cı il tarixindən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.

11 İyun 2026, 09:55

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Laçın Rayon Polis Şöbəsinin rəhbərliyi, Dövlət Yol Polisi Bölməsi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində işğaldan azad olunmuş Laçın şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir.Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Citypost.az-a verilən məlumata görə, layihə çərçivəsində şəhər ərazisində aparılan monitorinqlər zamanı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün çatışmayan yol nişanları quraşdırılıb, istismar müddəti başa çatmış yol nişanlanma xətləri yenidən çəkilərək bərpa olunub.Həmçinin yol infrastrukturunun müasir standartlara...

11 İyun 2026, 09:30

Zakir Həsənov Pakistana başsağlığı verib 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, başsağlığında deyilir:"Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin”....

11 İyun 2026, 09:10