Bizə yazın

Baku

-°C

USD

-

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Cəmiyyət 10 İyun 2026, 20:05

446

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir.

Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərmanında əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində aşağıdakı büdcə təşkilatlarının yaradılmasını təmin etməlidir:

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi;

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti;

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi;

Eyni zamanda Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvanat Parkının “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən yaradılması nəzərdə tutulan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğıb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkilini təmin etməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət “İnterservis”in Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkilini təmin etməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.

NK yuxarıda nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi, habelə həmin qurumların maddi-texniki təminatı, əsasnamələrinin (nizamnamələrinin) təsdiqi, işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla işçilərinin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər görməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti strukturunun və ştat vahidlərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş nümunəvi struktura və ştat vahidlərinə uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturunun və əməkhaqqı sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla zəruri tədbirlər görməli, bu Fərmanda yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun dörd ay müddətində təsdiq olunmasını təmin etməli, bu Fərmanın tətbiqi ilə əlaqədar ştatları ixtisar olunan dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya Ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, bu Fərman nəzərə alınmaqla, ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri ilə bağlı öz fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görməlidir.

Maliyyə Nazirliyi bu Fərmana əsasən yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı BŞİH-dən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərmanında əksini tapıb.Fərmana əsasən, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir....

10 İyun 2026, 20:20

Prezident Heydər Məscidi ilə bağlı qərar verdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi yaradılır.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində büdcə təşkilatlarının yaradılmasını təmin etməlidir.

10 İyun 2026, 20:09

"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1248 (Cild I) dəyişikliklər edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb."6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.";"7.6. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) bu Qanunun 6.3.5-ci və 6.3.6-cı maddələrində nəzərdə...

10 İyun 2026, 19:58

Məhkəmə Ramiz Mehdiyev və Əli Kərimli barədə qərar verdi

Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib.Citypost.az xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində onlar barəsində istintaq orqanı tərəfindən daxil olan təqdimatlara baxılıb.Məhkəmə Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin 5 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Ə. Kərimli ilə birgə həbs olunan AXCP Rəyasət Heyətinin üzvü M. İbrahimin də həbs müddəti 5 ay uzadılıb.Bundan başqa, bu gün həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri R. Mehdiyevin...

10 İyun 2026, 18:15

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 

Azərbaycanın avtomobil yollarında iyunun 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

10 İyun 2026, 17:50

Pərviz Şahbazov növbəti vətəndaş qəbulu keçirib

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.Citypost.az quruma istinadən xəbər verir ki, qəbul zamanı mənzilin təbii qaz təchizatı, elektrik enerjisi sərfiyyatı və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib....

10 İyun 2026, 17:27