Bizə yazın

Baku

-°C

USD

-

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib 

Cəmiyyət 10 İyun 2026, 16:00

380

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub.

QSC-dən Citypost.az-a bildirilib ki, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Qafqaz regionunun ən böyük qızıl yatağı hesab edilən Zod yatağında dövlət şirkəti tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. O deyib ki, 2025-ci ilin avqust ayından etibarən genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb, mövcud tarixi geoloji məlumatlar təhlil olunub. Eyni zamanda yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb, yataqda ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri icra edilib.

Zakir İbrahimov diqqətə çatdırıb ki, tədqiqat işlərinin nəticəsi olaraq Zod qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.

İdarə Heyətinin sədri vurğulayıb ki, yatağın resurs bazasının artırılması potensialı nəzərə alınaraq yaxın və uzaq cinahlarda intensiv kəşfiyyat işləri davam etdirilir.

Z.İbrahimov əlavə edib ki, Zod qızıl yatağının işlənməsi ölkənin dağ-mədən sənayesinin iqtisadiyyatda rolunun daha da güclənməsinə xidmət edəcək. Müasir texnologiyalar və beynəlxalq ekoloji standartlar əsasında yatağın gələcəkdə kompleks şəkildə istismara cəlb olunması regionun uzunmüddətli sosial-iqtisadi inkişafına, ölkənin qeyri-neft-qaz sektorunun tərəqqisinə müsbət təsir göstərəcək. Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılması, peşəkar kadr hazırlığının gücləndirilməsi, xidmət və logistika sahələrinin inkişafı, eləcə də yerli sahibkarlığın genişlənməsi üçün əlavə imkanlar yaranacaq.

Bəşir Hacıyev Kəlbəcər rayonunda dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq regionun zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan Zod yatağının işlənməsi layihəsi rayonun sosial-iqtisadi inkişafına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək strateji layihə hesab olunur. Layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyası və dayanıqlı məskunlaşma prosesinin dəstəklənməsi baxımından da mühüm rol oynayır. Layihənin həyata keçirilməsi Kəlbəcərin iqtisadi potensialının reallaşdırılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə əlavə imkanlar yaradacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Starmer: Belfastda kütləvi iğtişaşların iştirakçıları cəzalandırılacaq 

Belfastda (Şimali İrlandiya) kütləvi iğtişaşların iştirakçıları cəzalandırılacaq."Report"un məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu barədə "X" hesabında yazıb."Ötən gecə Belfastdakı səhnələr şokedici və tamamilə qəbuledilməz idi. İcmalarımızı təhdid edən zorakılıq və iğtişaşlara, eləcə də buna təhrik edənlərə heç bir haqq qazandırıla bilməz. Günahkarlar qanunun bütün gücünü hiss edəcəklər", - o qeyd edib.Britaniya mediasının məlumatına görə, şahidlər yaşayış binalarında partlayışlar və yanğınlar, avtomobillərin yandırılması barədə məlumat veriblər. Sosial şəbəkələrdə polisin sakinləri evlərindən təxliyə etdiyini əks etdirən videolar yayılıb....

10 İyun 2026, 17:00

Bayramda bu qatarlar şənbə-bazar cədvəli ilə işləyəcək

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə şənbə-bazar günlərinin hərəkət cədvəli tətbiq ediləcək.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Qeyd olunnur ki, hərəkət cədvəli ilə ADYnin saytında və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.

10 İyun 2026, 16:48

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşları qəbul edəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaşlarla görüşü iyunun 12-də saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Cəbrayıl şəhərində yerləşən inzibati binasında keçiriləcək.“Azəriqaz”ın mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər”,- deyə məlumatda qeyd edilib....

10 İyun 2026, 16:40

Abituriyent hazırlığı məktəb daxilində təşkil ediləcək

X-XI sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Citypost.az-a bildirilib ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Yeni model üzrə qəbulda 10-11-ci sinif şagirdləri iştirak edə bilərlər.Yeni təmayül tədris modelinin əsas üstünlükləri aşağıdakılardır:- Akademik nəticələrin yüksəldilməsinə...

10 İyun 2026, 15:53

MEDİA rəhbəri: Rəqəmsal mühit daha təhlükəsiz olmalıdır

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.Citypost.az xəbər verir ki, MEDİA-nın təşkilatçılığı ilə keçirilən müzakirələrdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, aparılan araşdırmalar uşaqların erkən yaşlardan sosial şəbəkələrdən nəzarətsiz istifadəsinin gələcəkdə müxtəlif psixoloji və sosial problemlərə yol aça biləcəyini göstərir.Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə biləcək rəqəmsal məzmunun qarşısının alınması üçün qanunvericilik səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir.Əhməd İsmayılov qeyd edib ki, hazırda müzakirə olunan qanun layihələri uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasına, təhlükəsiz informasiya məkanının formalaşdırılmasına və...

10 İyun 2026, 15:34

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib 

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.Citypost.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ekspertlər iştirak edirlər.Müzakirələr zamanı qanun layihəsində nəzərdə tutulan yeniliklər və onların tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

10 İyun 2026, 15:25