Bizə yazın

Baku

-°C

USD

-

Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb 

Siyasət 10 İyun 2026, 17:43

455

2026-cı il mayın 1-də Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə - Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına Açıq Məktub ünvanlayıb.

Citypost.az-ın xəbərinə görə, məktubda deyilirdi ki, Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır.

Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir. Müraciət müəllifləri Ermənistana gedən Avropa liderlərini Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırdı: “Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4000 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Güclü dəlillər ortadadır ki, bu insanlar işgəncəyə məruz qalaraq öldürülüb, bu isə müharibə cinayətləridir. 30 ildən artıqdır ki, Ermənistan bu şəxslərin taleyi və kütləvi məzarlıqların yerləri barədə məlumat vermir. Bu 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin ağrı və əzabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqətdən kənarda qalmış humanitar faciədir”.

O da vurğulanırdı ki, 2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəri 32 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlardan aşkar edilmiş qalıqlar əsasında 91 nəfərin kimliyi müəyyən edilib və onlar dəfn olunub. Bu şəxslərin dəfnləri ailələri üçün çoxdan intizarında olduqları təskinlik yeri olub: “Bəzi erməni səhra komandirləri I Qarabağ müharibəsi zamanı öldürülən azərbaycanlıların kütləvi məzarlıqlarının yerləri barədə məlumatlara sahib olduqlarını bildiriblər. Sizi və bütün iştirakçıları çağırırıq ki, bu şəxsləri sorğu-sual etmək və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etmək üçün Ermənistana təzyiq edəsiniz”.

Məktubda həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin minalarla çirklənməsi qabardılırdı: “Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçırması 2020-ci ildə II Qarabağ müharibəsinin bitməsindən bəri 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub. Bu "gizli müharibə" Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir və yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına mane olur”.

Avropa liderlərini Ermənistanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatları açıqlamağa və Azərbaycanın azad olunmuş ərazilərinin dəqiq mina xəritələrini verməyə vadar etməyə dəvət edən Açıq Məktubda xüsusi vurğulanırdı ki, bu məsələlərin həlli etimad quruculuğu baxımından Ermənistan tərəfindən atıla biləcək praktiki addım ola bilər.

2026-cı il iyunun 10-da Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin ofisi Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərliyə cavab məktubu yazıb. Məktubda deyilir: “Müraciətinizi diqqətlə nəzərdən keçirdik və onu EEAS-a (“European External Action Service”) ötürdük. Onlar qaldırdığınız məsələləri nəzərdən keçirərək ən yaxın vaxtlarda Sizə geridönüş edəcəklər”.

Qeyd edək ki, bundan əvvəl Avropa Şurası da Azərbaycan Milli QHT Forumuna cavab məktubu yazaraq, müraciətin Avropa Şurasının prezidenti Antonio Kostanın ofisinə göndərildiyini bildirmişdi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşüb 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tokioya səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.“Bu səfər hər iki ölkənin ikitərəfli münasibətləri daha da dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək əzmini nümayiş etdirir”, - məlumatda bildirilib.

10 İyun 2026, 15:21

Samir Feyruzov: Ermənistanın güclənməsi maraqlarımıza ziddir

Ermənistanın güclənməsi Azərbaycanın strateji maraqlarına tamamilə ziddir. II Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas strateji hədəflərindən biri də məhz bu olmalı idi - İrəvanın addımları Azərbaycanın manevrlərindən asılı olsun, iqtisadi və hərbi inkişafının düyməsi Bakıya bağlansın.Citypost.az xəbər verir ki, bu sözləri jurnalist Samir Feyruzov bildirib."Biz ikinci, üçüncü, dördüncü qüvvələr vasitəsilə Ermənistan iqtisadiyyatını Azərbaycandan asılı salmağın planlarını hazırlamalıyıq. Ermənistanla münasibətlərin normallaşması müsbət haldır, amma bu, onun güclənməsinə xidmət etməməlidir. Reallıq budur ki, Azərbaycan qonşu ölkələr arasında hərbi, siyasi və iqtisadi üsullarla (kompleks halda) yalnız iki ölkədə - Ermənistan və Gürcüstanda möhkəmlənə bilər. Biz elə etməliyik ki, gələcəkdə Ermənistan Azərbaycana qarşı hərbi təhdid ünsürünə,...

10 İyun 2026, 10:45

Vüqar Rəhimzadə: “Heydər Əliyevin Bakıya qayıdışı dövlətçiliyimizi xilas etdi”

1993-cü ilin 9 iyunu adi bir təqvim günü deyil, müasir müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış ilə  Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının, yenicə dövlət müstəqilliyini  bərpa etmiş ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsinin əsası qoyuldu. Ümumilikdə 1991-1993-cü illər Azərbaycanın müasir tarixində ən mürəkkəb və ziddiyyətli dövrlərdən biri kimi xarakterizə olunur. Müstəqilliyimizin bərpasının ilk  illərində ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, şəxsi maraqlarının əsirinə çevrilmələri ucbatından Azərbaycan  bir dövlət təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə hökm sürən xaos, idarəetmədə yol verilən ciddi səhvlər, ayrı-ayrı...

09 İyun 2026, 16:10

Əziz Əlibəyli: Ermənistanın əsas gücü diaspora və lobbi şəbəkəsindən qaynaqlanır

Siyasi şərhçi Əziz Əlibəyli Ermənistanın son illərdə həyata keçirdiyi xarici siyasət kursunu və bunun arxasında duran amilləri dəyərləndirib.Citypost.az xəbər verir ki, Ə.Əlibəyli bildirib ki, Ermənistanda keçirilən seçkilərin nəticələri ölkənin xarici təsirlərə qarşı müəyyən müqavimət imkanlarına malik olduğunu bir daha nümayiş etdirib.Ə.Əlibəylinin sözlərinə görə, Ermənistan Rusiyanın müxtəlif təzyiq və təsir mexanizmləri ilə üzləşsə də, bir sıra hallarda bu təsirləri neytrallaşdırmağa nail olub.“Bu necə baş verdi? Ermənistanın əsas gücü diaspora və lobbi şəbəkəsindən qaynaqlanır”, – deyə siyasi şərhçi qeyd edib.O vurğulayıb ki, erməni diasporunun müxtəlif ölkələrdə formalaşdırdığı əlaqələr və təsir imkanları Ermənistanın iqtisadi və siyasi dayanıqlılığına dəstək verir.Şərhçi nümunə kimi Rusiyanın Ermənistanın...

09 İyun 2026, 11:08

Nicat Dağlar: Ermənistanda növbəti mərhələ Konstitusiya dəyişikliyi olmalıdır

Jurnalist Nicat Dağlar Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin davamı üçün Ermənistanın üzərinə düşən mühüm öhdəliklərin hələ də qaldığını bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, Ermənistanda növbəti əsas mərhələ Konstitusiyaya dəyişikliklərin edilməsi və Azərbaycana qarşı ərazi iddialarının tamamilə aradan qaldırılması olmalıdır.“Ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarılmalıdır”, – deyə jurnalist vurğulayıb.Nicat Dağlar hesab edir ki, bununla yanaşı, “Qarabağ” adı altında fəaliyyət göstərən müxtəlif nümayəndəlik və təmsilçilik strukturlarının da fəaliyyətinə son verilməlidir.Onun sözlərinə görə, belə qurumlar təkcə Ermənistanda deyil, Fransa, ABŞ, Rusiya və digər ölkələrdə də ləğv edilməli, erməni təşkilatlarının “Qarabağ” adından istifadəsinə birdəfəlik son qoyulmalıdır.Jurnalist bildirib...

09 İyun 2026, 11:01

Politoloq: Yaxın Şərqdə böyük sülh planı Azərbaycanın maraqlarına uyğundur  

Yaxın Şərqdə davamlı sülhün əldə olunması hazırda çətin görünsə də, region ölkələri ilə İsrail arasında genişmiqyaslı razılaşma bunun mümkünlüyünü təmin edə bilər. Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Turab Rzayev sosial şəbəkə hesabında paylaşdığı açıqlamada səsləndirib.Politoloqun sözlərinə görə, belə bir ssenari İran, Türkiyə, Pakistan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Körfəz ölkələrinin İsraillə münasibətlərinin normallaşmasını nəzərdə tutur. O hesab edir ki, bunun üçün ilk növbədə İsraildə daha mülayim və praqmatik hökumətin formalaşması, eyni zamanda İranın İsrailə qarşı sərt ideoloji yanaşmadan imtina etməsi vacibdir.T.Rzayev qeyd edib ki, region ölkələrinin hamısının İbrahim Sazişlərinə qoşulması və yeni təhlükəsizlik arxitekturasının yaradılması Yaxın Şərqdə sabitliyin...

09 İyun 2026, 10:45