Qulu Məhərrəmli: Simonyanın açıqlamaları yeni Ermənistanın konturlarını göstərir
Siyasət 11 İyun 2026, 10:28
393
Jurnalist, Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlamalarını şərh edib.
Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın komandasının fəaliyyətinə diqqət çəkib.
“Hiss olunur ki, N.Paşinyanın yaxşı komandası var. Onlardan birinin – A.Simonyanın ağıllı bəyanat və müsahibələrini izlədikcə yeni Ermənistanın konturlarını görmək olur”, – deyə o bildirib.
Professor xüsusilə Alen Simonyanın parlament seçkilərindən sonra Rusiyanın Ermənistana mümkün təzyiqləri ilə bağlı suala verdiyi cavabı diqqətəlayiq hesab edib. Onun sözlərinə görə, Simonyan ölkəsinin müstəqilliyi və azadlığı məsələsində qəti mövqe nümayiş etdirib.
Həmçinin oxuyun
“Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz”, – deyə Ermənistan parlamentinin sədri bildirib.
Qulu Məhərrəmli hesab edir ki, bu cür açıqlamalar Ermənistanın xarici siyasətdə və dövlət idarəçiliyində yeni yanaşmalar formalaşdırmaq niyyətini göstərir. Onun fikrincə, Simonyanın bəyanatları ölkədə baş verən siyasi transformasiyaların və yeni siyasi xəttin əlamətləri kimi qiymətləndirilə bilər.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hakan Fidan və Məhəmməd İshaq Dar Yaxın Şərqdə sülhün bərpasına çağırış ediblər
Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər."Report" Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.Qurumun məlumatında qeyd edilib ki, tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar."Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək...
11 İyun 2026, 11:27
Sahib Alıyev: Nüvədidəki Rusiya hərbçiləri ilə bağlı suallar cavabsız qalır
Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanda yayımlanan materiallardan birinə diqqət çəkərək Nüvədi istiqamətində yerləşən Rusiya hərbçiləri ilə bağlı bir sıra suallar qaldırıb.Citypost.az xəbər verir ki, Deputat sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, Ermənistan hakimiyyətinə yaxın və hərbi mövzularda yazılar dərc edən media resurslarından birində Rusiya hərbçilərinin Nüvədi ətrafında hələ də mövcudluğu barədə məlumat yer alıb.Onun sözlərinə görə, xəbərdə Rusiya hərbçilərinin kəndin yaxınlığında yerləşdiyi, bəzi şəxslərin əraziyə girişinə icazə verdiyi, bəzilərinin isə girişini məhdudlaşdırdığı iddia olunur.Sahib Alıyev qeyd edib ki, həmin materialda jurnalistlə Rusiya hərbçisi arasında baş tutduğu bildirilən dialoq da yer alıb. İddiaya görə, jurnalistin “Bağışlayın, bizi ora niyə buraxmırsınız?”...
11 İyun 2026, 10:58
Bədəl Bədəlov: 15 İyun dövlətçiliyimizin dönüş nöqtəsidir
15 İyun - Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə dönüş nöqtəsi olaraq xüsusi əhəmiyyət daşıyır. Hər il Azərbaycanda böyük ehtiramla qeyd olunan həmin gün ölkənin ictimai-siyasi həyatında sabitliyin bərpası və yeni inkişaf mərhələsinin başlanğıcı kimi yadda qalmışdır. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəlişindən sonra ölkənin sosial-iqtisadi həyatında genişmiqyaslı yüksəliş mərhələsi başlanmışdır. Sənayeləşmə prosesinin sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi nəticəsində respublikanın sosial-iqtisadi tərəqqisi sürətlənmiş, ümumi inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatlar məhsuldarlığın artmasına, yeni aqrar texnologiyaların tətbiqinə və meliorasiya sistemlərinin genişləndirilməsinə səbəb olmuşdur. Elm və təhsil sahəsində...
11 İyun 2026, 10:55
Azər Niftiyev: İrəvandan gələn mesaj yeni reallıqların qəbuludur
Jurnalist və siyasi şərhçi Azər Niftiyev Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edib.Citypost.az xəbər verir ki, Azər Niftiyev sosial şəbəkədə paylaşdığı yazıda bildirib ki, yayılan “exit-poll” nəticələri təsdiqlənərsə, bu, təkcə Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti seçki qələbəsi deyil, həm də Ermənistan cəmiyyətində son illərdə baş verən siyasi və ictimai transformasiyanın göstəricisi olacaq.Azər Niftiyevin sözlərinə görə, ilkin nəticələrə əsasən Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 56,7 faizini toplayaraq açıq üstünlük əldə edib və bu nəticə təsdiqlənərsə, hökuməti təkbaşına formalaşdırmaq imkanı qazanacaq.Siyasi şərhçi hesab edir ki, nəticələrin əsas səbəblərindən biri Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış siyasi miflərin və qeyri-real...
11 İyun 2026, 10:53
Bəxtiyar Nəbiyev: 15 İyun müasir Azərbaycanın təməl günüdür
15 İyun Milli Qurtuluş Günü, Azərbaycanın dövlətçilik tarixinə müasir geosiyasi qüdrətimizin və sarsılmaz milli birliyimizin ideoloji təməl daşı kimi həkk olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, ölkəmizi daxili xaos və parçalanma təhlükəsindən qurtararaq, müstəqil xarici siyasət yürüdən güclü dövlət modelinin əsasını qoydu. Bu tarixi dönüş nöqtəsi, milli maraqların ali tutulduğu yeni bir məfkurə formalaşdıraraq, Azərbaycanın gələcək hərbi zəfərlərinin və beynəlxalq müstəvidə diktə etdiyi sülh gündəliyinin strateji hərəkətverici qüvvəsinə çevrildi. Qurtuluş fəlsəfəsindən qaynaqlanan bu uzaqgörən siyasi xətt, bu gün qlobal güclərin masasında Azərbaycanın suveren iradəsini və sarsılmaz mövqeyini təmin edən ən böyük milli qarantdır....
11 İyun 2026, 09:30
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb
2026-cı il mayın 1-də Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə - Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına Açıq Məktub ünvanlayıb.Citypost.az-ın xəbərinə görə, məktubda deyilirdi ki, Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır.Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir. Müraciət müəllifləri Ermənistana gedən Avropa liderlərini Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırdı: “Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla,...
10 İyun 2026, 17:43