Bayramda bu qatarlar şənbə-bazar cədvəli ilə işləyəcək
Cəmiyyət 10 İyun 2026, 16:48
531
15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə şənbə-bazar günlərinin hərəkət cədvəli tətbiq ediləcək.
Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Həmçinin oxuyun
Qeyd olunnur ki, hərəkət cədvəli ilə ADYnin saytında və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında iyunun 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
10 İyun 2026, 17:50
Pərviz Şahbazov növbəti vətəndaş qəbulu keçirib
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.Citypost.az quruma istinadən xəbər verir ki, qəbul zamanı mənzilin təbii qaz təchizatı, elektrik enerjisi sərfiyyatı və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib....
10 İyun 2026, 17:27
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Citypost.az "Azəriqaz"a istinadən xəbər verir, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq....
10 İyun 2026, 17:18
Starmer: Belfastda kütləvi iğtişaşların iştirakçıları cəzalandırılacaq
Belfastda (Şimali İrlandiya) kütləvi iğtişaşların iştirakçıları cəzalandırılacaq."Report"un məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu barədə "X" hesabında yazıb."Ötən gecə Belfastdakı səhnələr şokedici və tamamilə qəbuledilməz idi. İcmalarımızı təhdid edən zorakılıq və iğtişaşlara, eləcə də buna təhrik edənlərə heç bir haqq qazandırıla bilməz. Günahkarlar qanunun bütün gücünü hiss edəcəklər", - o qeyd edib.Britaniya mediasının məlumatına görə, şahidlər yaşayış binalarında partlayışlar və yanğınlar, avtomobillərin yandırılması barədə məlumat veriblər. Sosial şəbəkələrdə polisin sakinləri evlərindən təxliyə etdiyini əks etdirən videolar yayılıb....
10 İyun 2026, 17:00
“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşları qəbul edəcək
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaşlarla görüşü iyunun 12-də saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Cəbrayıl şəhərində yerləşən inzibati binasında keçiriləcək.“Azəriqaz”ın mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər”,- deyə məlumatda qeyd edilib....
10 İyun 2026, 16:40
“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub.QSC-dən Citypost.az-a bildirilib ki, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Qafqaz regionunun ən böyük qızıl yatağı hesab edilən Zod yatağında dövlət şirkəti tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. O deyib ki, 2025-ci ilin avqust ayından etibarən genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb, mövcud tarixi geoloji məlumatlar təhlil olunub. Eyni zamanda yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb, yataqda ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri icra edilib.Zakir İbrahimov diqqətə çatdırıb ki, tədqiqat işlərinin nəticəsi olaraq Zod...
10 İyun 2026, 16:00