Azərbaycan və Tailand arasında konsulluq məsləhətləşmələri baş tutub
Cəmiyyət 12 İyun 2026, 08:15
378
İyunun 11-də Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tailand nümayəndə heyətinə isə Konsulluq məsələləri departamentinin baş direktoru Munqkorn Pratoomkaev rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri çərçivəsində Azərbaycanla ilə Tailand arasında konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və aidiyyəti sahələr üzrə qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin oxuyun
Tərəflər böhran vəziyyətlərində vətəndaşların təxliyəsi və onlara operativ konsulluq yardımının göstərilməsi sahəsində mövcud təcrübə və qabaqcıl mexanizmləri nəzərdən keçiriblər.
Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbacanda yeni səfirlik açıldı
Bakı şəhərində Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri (XİN) arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan XİN-dən məlumat verilib.Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Martin Roger rəhbərlik edib.Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Estoniya arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, ikitərəfli dialoqun davamlılığının təmin olunmasında qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda keçirilən görüşlərin rolu xüsusi qeyd edilib.Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından məmnunluq ifadə edilib.Görüş zamanı iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan strateji enerji...
12 İyun 2026, 09:50
Bakının bu rayonlarında qaz olmayacaq
Bu gün Bakının Sabunçu, Suraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq....
12 İyun 2026, 09:13
Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Bakı və Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, iyunun 12-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamalın Tağı Şahbazi, Azad Mirzəyev, Abdulla Şaiq, Nizami rayonunun Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmçinin Zirə ETSİ ərazisində TM-də görüləcək iməcilik işləri ilə əlaqədar fasilə saat 09:00-dan 12:00-dək Qala qəsəbəsi yaxınlığında yerləşən Xaşaxuna bağları yaşayış massivinin bəzi yerlərini əhatə edəcək.Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra kənd və qəsəbələrdə...
12 İyun 2026, 09:07
“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf - 2026” beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.Citypost.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.Əvvəlcə beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib.Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndiriblər.Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.Qeyd edək ki, təcrübə mübadiləsinin aparılması, sülhməramlı əməliyyatların icrası zamanı...
12 İyun 2026, 08:30
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur....
12 İyun 2026, 08:18
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.Citypost.az “Unikal”a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlarıdır. İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.
11 İyun 2026, 21:43