Bakıda bu yollarda sıxlıq var
Cəmiyyət 12 İyun 2026, 08:18
474
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Həmçinin oxuyun
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Politico" nəşri Ukraynanın müttəfiqlərindən 20 milyard dollar istədiyini öyrənib.
"Politico" nəşrinin Ukraynanın yüksək vəzifəli hərbi rəsmisinə istinadən verdiyi məlumata görə, Kiyev Qərb tərəfdaşlarından əlavə 20 milyard dollarlıq hərbi yardım istəmək niyyətindədir.Citypost.az xəbər verir ki, Nəşrə istinadən xəbər verir ki, "Ukrayna müttəfiqlərindən əlavə 20 milyard dollar istəyir... 20 milyard dollarlıq tələb iyunun 18-də Ukrayna üçün Müdafiə Məsələləri üzrə Təmas Qrupunun, həmçinin Ramşteyn formatı kimi tanınan növbəti iclasında təqdim olunacaq".Qəzet qeyd edib ki, bu məsələ artıq Ukraynanın müdafiə naziri Mixail Fyodorov və digər hökumət nümayəndələri tərəfindən Norveç, İsveç, Almaniya və Kanadadan olan nümayəndə heyətləri ilə görüşlər zamanı qaldırılıb.Almaniya Sosial Ədalət və İqtisadi Səbəb Birliyi partiyasının lideri Sara Vagenknext Almaniyanı və Baltikyanı...
12 İyun 2026, 11:07
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində 10 məsələ var.İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.
12 İyun 2026, 11:06
Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.DİN-in Mətbuat xidmətinin regional qrupundan Citypost.az-a verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 55 yaşlı Ənvər Ələskərov saxlanılıb. Həmin şəxsə məxsus həyətyanı sahədən xüsusi qulluq edərək yetişdirdiyi 50 ədəd çətənə kolu və marixuana aşkarlanıb.Keçirilən digər tədbir zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 33 yaşlı Elman Abdulovdan isə psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
12 İyun 2026, 11:00
Sabiq deputat: Kitab mədəniyyəti məhv edilib
Təhsil eksperti, sabiq deputat Etibar Əliyev Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirəyə münasibət bildirib.Citypost.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında yazıb ki, tədbirdən yayılan fotolardan görünür ki, müzakirəyə kitab sahəsini bilən bir neçə nəfər dəvət olunub. O, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlunun hansı inkişaf perspektivlərindən danışa biləcəyini sual edib.Ekspert bu məqamda Mirzə Ələkbər Sabirin “Çatlayır, Xanbacı, qəmdən ürəyim” satirik şeirindəki “Biz olan evdə haçan vardı kitab?” misrasını xatırladaraq bildirib ki, Polad Bülbüloğlu və sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin rəhbərlik etdikləri dövrlərdə kitab mağazalarının, kitabxanaların və incəsənət ocaqlarının kütləvi bağlanması...
12 İyun 2026, 10:39
FHN “Son zəng”lə bağlı sürücülərə müraciət edib
Fövqəladə Hallar Nazirliyi “Son zəng”lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.Həmçinin, tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil...
12 İyun 2026, 10:30
Elçin Bayramlı: Azərbaycan dilində olan obyekt adları da dəyişdirilir
Sosioloq Elçin Bayramlı Bakıda fəaliyyət göstərən obyektlərin adlarının xarici dillərlə əvəzlənməsinə münasibət bildirib.Citypost.az xəbər veirr ki, sosial şəbəkə hesabında paylaşdığı statusda “Yeganə” şadlıq sarayının adının dəyişdirilərək “Valmora Deluxe Hall” qoyulduğunu qeyd edib.Elçin Bayramlı bu tendensiyanı tənqid edərək bildirib ki, Azərbaycan dilində ad daşıyan obyektlərin sayının getdikcə azalması narahatlıq doğurur. O, istehzalı şəkildə qeyd edib ki, sanki ana dilində ad qoymaq artıq müasirlikdən geri qalmaq kimi təqdim olunur.Sosioloq vurğulayıb ki, ana dili, milli dəyərlər və milli kimlik məsələləri cəmiyyətdə yalnız sözlə deyil, praktik addımlarla da qorunmalıdır.“21-ci əsrdir deyə, obyektlərə Azərbaycan dilində ad qoymağın ayıb hesab edilməsi düzgün yanaşma deyil”, – deyə...
12 İyun 2026, 10:25