Pərvanə Vəliyeva: Şuşa Bəyannaməsi qardaşlığın siyasi təsdiqidir
Siyasət 11 İyun 2026, 15:10
512
15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, “Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi. Bu gün biz əminliklə deyə bilərik ki, dünyada elə iki dövlət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-biri ilə bu qədər yaxın dostluq və qardaşlıq münasibətlərində olsun. Şuşa bəyannaməsi məhz, bu dostluq və qardaşlığın institutsionallaşdırılması, “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsi idi.
Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, bu Bəyannamənin məhz Şuşada imzalanması xüsusi məna kəsb edir. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində şəhərin işğaldan azad edilməsindən sonra burada belə mühüm sənədin imzalanması ölkəmizin ərazi bütövlüyünün bərpasının və regionda yaranmış yeni geosiyasi reallıqların təsdiqi idi.Şuşa Bəyannaməsində tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə birgə fəaliyyət göstərmək, xarici siyasət sahəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəlmişlər. Sənəddə beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət öz əksini tapır. Bəyannamənin ən mühüm müddəalarından biri hərbi əməkdaşlıqla bağlıdır. Sənədə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya təcavüz halında qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri dəstək göstərəcəklər. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik xarakterini açıq şəkildə nümayiş etdirir. Bununla yanaşı, müdafiə sənayesi, hərbi təlimlər, silahlı qüvvələrin modernləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
Həmçinin oxuyun
Pərvanə Vəliyeva əlavə edib ki,Şuşa Bəyannaməsində iqtisadi əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və nəqliyyat-logistika layihələrinin inkişaf etdirilməsi mühüm yer tutur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti vurğulanmışdır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır.Regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılması, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin vacibliyi Bəyənnamədə önəmli yer alır. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Bu layihənin Azərbaycan, Türkiyə və bütövlükdə region ölkələri, o cümlədən Ermənistanla normallaşma kontekstində bu ölkə ilə iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyi şübhəsizdir.Bəyənnamə həmçinin təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində əməkdaşlığın inkişafını da əhatə edir. İki ölkə arasında ortaq tarixi və mədəni irsin qorunması, türk dünyasının inteqrasiyasının gücləndirilməsi əsas prioritetlərdən biridir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir.
Deputat vurğulayıb ki,Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərin sənədi deyil, həm də regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasına təsir edən strateji sənəddir. Bəyannamə Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın təmin olunmasına yönəlmiş mühüm siyasi mesaj kimi qiymətləndirilir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.
"Beləliklə, Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmiş, münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Bəyannamə həm Azərbaycan-Türkiyə qardaşlığının rəmzi, həm də regionun gələcək inkişafına istiqamət verən mühüm siyasi-hüquqi sənəd kimi tarixə daxil olmuşdur." - deyə Pərvanə Vəliyeva bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vüqar Rəhimzadə: Azərbaycan–Türkiyə birliyi dünyaya nümunədir
Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin dünyaya təqdimatı olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il keçir. 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşanın şahidliyi ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki dost, qardaş ölkənin münasibətlərində deyil, ümumilikdə regionun gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm sənəd kimi dəyərləndirildi. Zəngin tarixə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri bütün dövrlərdə uğurla inkişaf edir. Azərbaycan və Türkiyə prezidentlərinin 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsini imzaladıqdan sonra mətbuata birgə bəyanatlarında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə...
11 İyun 2026, 14:00
Hakan Fidan və Məhəmməd İshaq Dar Yaxın Şərqdə sülhün bərpasına çağırış ediblər
Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər."Report" Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.Qurumun məlumatında qeyd edilib ki, tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar."Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək...
11 İyun 2026, 11:27
Sahib Alıyev: Nüvədidəki Rusiya hərbçiləri ilə bağlı suallar cavabsız qalır
Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanda yayımlanan materiallardan birinə diqqət çəkərək Nüvədi istiqamətində yerləşən Rusiya hərbçiləri ilə bağlı bir sıra suallar qaldırıb.Citypost.az xəbər verir ki, Deputat sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, Ermənistan hakimiyyətinə yaxın və hərbi mövzularda yazılar dərc edən media resurslarından birində Rusiya hərbçilərinin Nüvədi ətrafında hələ də mövcudluğu barədə məlumat yer alıb.Onun sözlərinə görə, xəbərdə Rusiya hərbçilərinin kəndin yaxınlığında yerləşdiyi, bəzi şəxslərin əraziyə girişinə icazə verdiyi, bəzilərinin isə girişini məhdudlaşdırdığı iddia olunur.Sahib Alıyev qeyd edib ki, həmin materialda jurnalistlə Rusiya hərbçisi arasında baş tutduğu bildirilən dialoq da yer alıb. İddiaya görə, jurnalistin “Bağışlayın, bizi ora niyə buraxmırsınız?”...
11 İyun 2026, 10:58
Bədəl Bədəlov: 15 İyun dövlətçiliyimizin dönüş nöqtəsidir
15 İyun - Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə dönüş nöqtəsi olaraq xüsusi əhəmiyyət daşıyır. Hər il Azərbaycanda böyük ehtiramla qeyd olunan həmin gün ölkənin ictimai-siyasi həyatında sabitliyin bərpası və yeni inkişaf mərhələsinin başlanğıcı kimi yadda qalmışdır. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəlişindən sonra ölkənin sosial-iqtisadi həyatında genişmiqyaslı yüksəliş mərhələsi başlanmışdır. Sənayeləşmə prosesinin sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi nəticəsində respublikanın sosial-iqtisadi tərəqqisi sürətlənmiş, ümumi inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatlar məhsuldarlığın artmasına, yeni aqrar texnologiyaların tətbiqinə və meliorasiya sistemlərinin genişləndirilməsinə səbəb olmuşdur. Elm və təhsil sahəsində...
11 İyun 2026, 10:55
Azər Niftiyev: İrəvandan gələn mesaj yeni reallıqların qəbuludur
Jurnalist və siyasi şərhçi Azər Niftiyev Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edib.Citypost.az xəbər verir ki, Azər Niftiyev sosial şəbəkədə paylaşdığı yazıda bildirib ki, yayılan “exit-poll” nəticələri təsdiqlənərsə, bu, təkcə Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti seçki qələbəsi deyil, həm də Ermənistan cəmiyyətində son illərdə baş verən siyasi və ictimai transformasiyanın göstəricisi olacaq.Azər Niftiyevin sözlərinə görə, ilkin nəticələrə əsasən Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 56,7 faizini toplayaraq açıq üstünlük əldə edib və bu nəticə təsdiqlənərsə, hökuməti təkbaşına formalaşdırmaq imkanı qazanacaq.Siyasi şərhçi hesab edir ki, nəticələrin əsas səbəblərindən biri Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış siyasi miflərin və qeyri-real...
11 İyun 2026, 10:53
Qulu Məhərrəmli: Simonyanın açıqlamaları yeni Ermənistanın konturlarını göstərir
Jurnalist, Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlamalarını şərh edib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın komandasının fəaliyyətinə diqqət çəkib.“Hiss olunur ki, N.Paşinyanın yaxşı komandası var. Onlardan birinin – A.Simonyanın ağıllı bəyanat və müsahibələrini izlədikcə yeni Ermənistanın konturlarını görmək olur”, – deyə o bildirib.Professor xüsusilə Alen Simonyanın parlament seçkilərindən sonra Rusiyanın Ermənistana mümkün təzyiqləri ilə bağlı suala verdiyi cavabı diqqətəlayiq hesab edib. Onun sözlərinə görə, Simonyan ölkəsinin müstəqilliyi və azadlığı məsələsində qəti mövqe nümayiş etdirib.“Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya...
11 İyun 2026, 10:28